Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - Şərəfnamə

Başqa bir zəfərlə səadət qazan!

Dünya gənc ömrünə dadımlıq olsun,

Qismətin dünyadan qoy artıq olsun!

 

 

 

 

 

KİTABIN İÇİNDƏKİLƏR

 

Qəhrəmanlıq dastanı (Qəzənfər Əliyev)

"Ey tanrı, dünyada sənsən padşah"

Minacat

Sonuncu peyğəmbərin tərifi

Peyğəmbərin meracı

"Şərəfhamə"ni yazmaq haqqında

Hekayət

Öz halına və zəmanənin gedişinə dair

Öz nəfsinə öyüd və nəsihət

Xızrın Nizamiyə təlimi

Nüsrətəddin Əbubəkr padşahın tərifi

Padşaha xitab

Dastanın xülasəsi və İskəndərin cahangirlik tarixi

Bu əsərin yazılmasının səbəbi

Dastanın başlanğıcı

İskəndərin təlim alması

İskəndərin taxta çıxması

Zənci qoşununun gəlməsindən İskəndərin xəbərdar olması

İskəndərin Zəngibar şahına xəbər göndərməsi

İskəndərin Zəngibar şahını məğlub etməsi

İskəndərin Misirdən Ruma qayıtması

İskəndərin ovda xoş fal vurması

İskəndərin güzgü qayırması

Dara elçisinin İskəndərin yanına gəlməsi

Daranın İskəndərlə müharibəyə qoşun çıxarması

Daranın sərkərdələri ilə məsləhəti

Daranın İskəndərə məktubu

Daranın məktubuna İskəndərin cavabı

Daranın İskəndərlə müharibəsi

Daranın sərkərdələri tərəfindən öldürülməsi

İskəndərin İran başçıları ilə əhd-peyman bağlaması

İskəndərin İran atəşgədələrini dağıtması

İskəndərin İsfahanda Daranın qızı Rövşənəyi alınması

İskəndərin İstəxrdə taxta oturması

İskəndərin Daranın qızı Rövşənəyi Ruma göndərməsi

İskəndərin Ərəbistana getməsi və Kəbəni ziyarət etməsi

İskəndərin Bərdəyə gəlməsi və Nüşabə ilə görüşməsi

İskəndərin Nüşabə ilə məclisdə oturması

İskəndərin Əlbürz dağına getməsi

İskəndərin Dərbənd qalasını alması

İskəndərin Sərir qalasına getməsi və Keyxosrovun qəbrini ziyarət etməsi

İskəndərin Keyxosrov məqbərəsinə getməsi

İskəndərin Rəy və Xorasana getməsi

İskəndərin Hindistana getməsi

İskəndərin hindli Keydə məktubu

İskəndərin Hindistandan Çinə getməsi

İskəndarin Xaqana məktubu

Xaqanın İskəndərə cavabı

Rum və Çin nəqqaşlarının yarışı

Xaqanın İskəndəri qonaq etməsi

İskəndərin rus qoşununun hücumundan xəbər tutması

İskəndərin Qıpçaq çölünə çatması

İskəndərin rus ölkəsinə çatması və müharibəsi

İskəndərin ruslarla vuruşması

İskəndərin rusları məğlub etməsi

Nüşabənin xilas edilməsi

İskəndərin çinli kənizlə şənlik etməsi

İskəndərin dirilik suyu axtarması

İskəndərin zülmətə getməsi

İskəndərin zülmətdən çıxması

İskəndərin Ruma qayıtması

Nüsrətəddin Atabəyin sitayişinə dair

İzahlar

 

 

 


İZAHLAR

 



[1]                      Göyləri sən qurdun, ucaltdın, Allah,

Ona yer üzünü etdin güzərgah.

Qədim insanların təsəvvürünçə, bütün kainatın mərkəzi yer hesab edilirdi; Göy isə yerin ətrafinda dolanır. Buna görə, - yer göylərin güzərgahı, keçdiyi yoldur, - deyilir.

 

[2]                      Sənsən bu aləmdə bir damcı sudan,

Günəşdən işıqlı gövhər yaradan.

Burada Günəşdən işıqlı gövhər ifadəsi ilə insan da nəzərdə tutula bilər. Bir damcı sudan (nütfədən) insanı yaradan sənsən, - mənası da anlaşıla bilər.

 

[3]                      Fələyi uca bir hasara aldın,

O yerdə idrakı kəməndə saldın.

Yəni insanın şüuruna, fikrinə göylərin xaricində nə olduğunu bilməyə imkan vermədin.

 

[4]                      Sənin varlığındır o laməkandan,

İdrak elçisini hər an daşlayan.

Yəni sənin yersiz - məkansız olan varlığın səni tapıb öyrənmək istəyən idrak elçisi insanı hər an daşlayıb, yaxına buraxmaz.

 

[5]                      Yollardan tüstünü qaldırsan əgər,

Bir çibin Nəmrudun beynini yeyər.

Dini rəvayətlərə görə, Nəmrud allahlıq iddiası edərkən bir çibin onun burnundan beyninə getmiş, onu öldürmüşdü. Nəmrud Babili tikdirmiş və orada hökmranlıq etmişdir. Özü bütpərəst olmuşdur. Guya imana gəlmədiyindən vücuduna milçəklər daraşaraq onu tələf etmişdir.

 

[6]                  İstəsən əzilsin düşmənin beli,

Quşlarla qırarsan əshabi-fili.

Dini rəvayətə görə, müsəlmanların peyğəmbəri Məhəmmədin anadan olduğu 569-cu ildə Həbəş padşahı Ərəbistana gələrək, Kəbəni dağıtmaq məqsədi ilə Məkkəni mühasirəyə alır. Onun ordusunda müsəlləh hərbi fillər də var imiş. Lakin Allah onun üzərinə Əbabil quşlarını (dağ qaranquşları) göndərir. Bu quşlar dimdiklərində xırda daşlar gətirib, Həbəş qoşununun üstünə salırlar. Kimin başına bu daşlardan düşürsə, o, yara çıxardıb ölür. Bu hadisə həbəşləri geri qayıtmağa məcbur edir. Hərbi fillər ərəblərə dərin təsir bağışladığı üçün həmin ili fil ili, onların sahiblərini isə əshabi-fil (fil sahibləri) adlandırırdılar.

 

[7]                      Gah kiçik nütfəyə qoydun qızıl tac,

Gah xırda çərdəkdən yaratdın ağac.

Yəni gah bir damcı sudan ibarət olan nütfədən bir xoşbəxt adam – bir padşah, bir fılosof, bir peyğəmbər yaradırsan, gah da bir çəyirdəkdən bir ağac çıxarırsan.

 

[8]                      Gah Xəlil alırsan bütxanələrdən,

Gah dost yaradırsan biganələrdən.

Dini rəvayətə görə, İbrahimxəlil peyğəmbər öz atasının dinini, yəni bütpərəstliyi atmış, bütxanəyə gedib, bütləri qırmışdır. Burada Xəlil - İbrahimxəlil peyğembəre işarə olmaqdan əlavə, eyni zamanda dost mənasını verir. İbrahimxəlil əvvəl bütpərəst ikən biganə idi, Allahı tanımırdı, sonra Allahı tanıdı, bütləri qırdı, biganəlikdən çıxıb dost oldu.

 

[9]                      Qiymətli cavahir doğan bir evdən,

Əbu Talibi də çıxaran sənsən.

Burada qiymətli cavahir dedikdə, ya Məhəmməd peyğəmbər və ya onun əmisi oğlu, dördüncü xəlifə Əli nəzərdə tutulur. Məhəmmədin atası öldükdən sonra əmisi Əbu Talib yetim qalmış Məhəmmədi oğulluğa götürmüşdü. Nizami burada demək istəyir ki, Əbu Talibin böyüklüyünə, yəni peyğəmbərin atalığı və Əlinin atası olduğuna baxmayaraq, yenə də onu qapıdan qovdu, çünki Əbu Talib, sünnilərin əqidəsinə görə, islamiyyəti qəbul etməmişdi.

 

[10]                     Kəsərli ayəni öyrətmək səndən,

Şeytanın gözünü tikməksə məndən.

İslam dininə görə, güya Şeytan "Quran"ın ayələrini eşitdikdə orada dura bilməz, qaçıb geder. Nizami bu beytində demək istəyir ki, sən mənə ayələrini öyrət, yəni mənə yardım et, mən də Şeytanın gözünü bağlayım, günah işlər görməyim.

 

[11]                 Adın mehribanlıq etsə bir qədər,



 
[ 1-15 ] [ 16-30 ] [ 31-45 ] [ 46-60 ] [ 61-75 ] [ 76-90 ] [ 91-105 ] [106] [107] [108] [109] [110] [111] [112] [113] [114] [115] [116] [117] [118] [119] [120] [ 121-128 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info