Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - Şərəfnamə

Xoş təbiətimi alaram azıq.

Bəzənmiş ruhun bu təbiətimlə,

Mən belə yaşadım, ölərəm belə.

Hər kəsi mədhlə etdim sərəfraz,

Indi də özümdən söyləyim bir az.

Nə qədər şair var, söz var, şer var,

Dünyada onlardan mənəm yadigar.

Mənimlə canlandı, söz tapdı qüvvət,

Yenə də mənimlə edər qiyamət.

Mən söz gülşəninin sərv ağacıyam,

Sərv ağacı kimi xidmətdə varam.

Həsudun əlçatmaz fələyi mənəm,

Başçıyam hamıya, ayaq öpənəm.

Kim mənə kin etsə düşmən olaraq,

Bərcistək oxum var, atmaram ancaq[52].

Zöhrətək çəkiyə qoyaram dirhəm[53].

Bəxşişə nə çəki, seltək tökərəm.

Dərdliyə gülmərəm şimşək kimi mən,

Canıma od düşər öz şimşəyimdən.

Tikana gül kimi saçaram ətir,

Hər yara ney kimi məni inlədir.

Ürəyim odmudur, nədir ki, yanır,

Tikanı yedikcə hey alovlanır.

Mənəm dərya kimi hər eybi yuyan,

Deyiləm güzgütək göstərən nöqsan.

Elə mal verərəm istəyən şəxsə,

Zəhmətə düşməyim geri verərsə.

Arpanı göstərsəm buğda verərəm,

Arpanı buğdatək satan deyiləm.

Günəşəm, ön, arxam birdir, fərqi yox,

Azdır aldatmağım, işığımsa çox.

Kimsənin dalınca demərəm yaman,

Utanım üz-üzə gəldiyim zaman.

Yamanlar sözünü almaram dilə,

Peşiman edərəm mükafat ilə.

Düşmənə kinli söz demərəm, inan.

O sözlə özümə olaram düşman.

Pisdən yaxşılıqla qorunmaq mümkün.

Dünyada yaxşılıq hər şeyə üstün.

Yaxşılığım üçün hər bir diyardan

Salamdır hey gəlir namidarlardan,

Yaxşılıqla atsam mən bu dəzgahı,

Olaram yaxşılar ziyarətgahı.

Bir dirhəm verənə inci ataram,

Dikbaşlıq edənə qürur sataram.

Bucağa girmədim hünərsizlikdən,

Dünya yeldir, narınc qorxar küləkdən.

Dünya şahlarından, bax, hansı biri

Tapmışdır mən kimi incə şairi?

Bağçada, söyləyin, hansı qızılgül

Görmüşdür mən kimi xoş səsli bülbül?

Mənəm hər bilikdə dəftər bəzəyən,

Hər incə nüktədə qələm işlədən.

Bilikdən dünyada nur alaram mən,

Mənəm hər bilikdə başlıca bir fənn.

Istəsəm, hər kəsi mən güldürərəm,

Bəzən də gözlərdən gülab çəkərəm.

Hər kimi buludtək ağlatsam, yəqin,

Günəştək güldürrəm, qoymaram qəmgin.

Şer dövlətindən əldə var kəsər,

O, bəzən ağladar, bəzən güldürər.

Istəsəm, mümkündür bu zöhdü atmaq,

Hər bir yığıncaqda məclis parlatmaq,

Neyləyim, ağacım bitmişdir yandan,

Tərpətsəm kökünə yetişər ziyan.

Hər çillə qırx gündür, xəlvəti mindir,

Bu yerdən məclisə girmək çətindir[54].

Daşqın sel gəlirkən ağıllı kəslər

Reydən Buxaraya eyləməz səfər.

Bu kəskin küləkdən budur məsləhət,

Gül kimi pərdədə eyləyə xəlvət.

Az bələdçilik et xalqa, dur kənar,

Humay az görünsə humayun olar.

Yatmaqdan, çapmaqdan başım dönərkən,

Başqa bir çarəm yox, gərəkdir ki, mən

Hər sözdən yaradım incə bir çiçək,

O gülə ağlayım dərdli bülbültək.

Görsəydim özümdən gözəl bir gülşən,

Al, sarı gülünü dərməzdimmi mən?

Hazıram budumdan kabab yeməyə,

Günəştək getməyim dilənçiliyə[55].

Simurğtək çəkilim xəlvət bucağa.

Şerimdən nəşələr verim qulağa.

Məndən bu dünyanı aldı qəm, kədər,

Mənimçün rahətdir xəlvət guşələr.

Göy kimi qapıma qıfıl vuraraq,

Oldum xalqdan uzaq, dünyadan uzaq.

Bilmirəm nə sayaq keçir bu cahan,

Dünyada nə vardır yaxşı-yamandan?

Mən ölü olsam da, ən mərd kəsəm,

Karvanda gedərəm, karvansız şəxsəm[56].

Min könül dərdilə nəfəs alıram,

Yatmayım deyə hey zəngi çalıram.

Elə dost varmıdır, qızğın ürəklə

Əziz tutsun məni canından belə?

Vəfasız kəslərdən çəkərək ayaq,

Öz kimsəm özümü gördüm mən ancaq.

Aşiqlər yanında olsa da yaman,

Özümü sevməyim yaxşıdır ondan.

Ruzi gəlməyirsə yadlar eşqindən,

Ruzini o böyük tanrıdır verən.

Daha ehtiyacım qalmasın xalqa,

Məni incitməsin qapıçı, darğa.

Elə bir ixtiyar olsaydı məndə,

Qoymazdım bəndəyə möhtac bir bəndə.

Tilsimli torpaqda qandan qorxaraq.

Cızıqdan qırağa qoymaram ayaq.

Elə bir tilsimdə yaşarmı insan,

Olsun qanlı cızıq ona bir zindan.

Xalq ilə söhbəti, ülfəti atdım,

Dünyada dincliklə dövlət yaratdım.

Nəfsin noxtasını bərk tutdum qırx gün,

Qırx günün içində hazır olur gön[57].

Çünki dörd balışda görmədim səbat,

Dörd divar içində keçirdim həyat[58].

Hər arpa ki, atdım bu dəyirmana,

Bir inci yaratdım gövhər alana.

Eşq olsun, söz düzən böyük şairlər

Kiçik bir arpadan yaradır gövhər.

Saralmış çöhrəmdə quruyan yaşdan



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-30 ] [ 31-45 ] [ 46-60 ] [ 61-75 ] [ 76-90 ] [ 91-105 ] [ 106-120 ] [ 121-128 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info