Qonaq Kitabı
YEDDİ GÖZƏL

Taxtın olsun görüm daima yüksək,

Göndərdiyim əsər sənə mübarək.

Şerimdən həyatın suyunu iç, al,

Sən də Xızr kimi daim diri qal,

Mulkündə əbədi yaşa sən azad,

Mulkünlə, ömrünlə, taxtınla ol şad.

Məzur tut nöqtəmdən incisən hərgah,

Sənə incə nöqtə söylərəm, ey şah!

Bəzmində varsa da əzəmət, calal,

Bu bir bəzmdir ki, cənnətdən misal.

Xəznəndə cəvahir, qaş-daş, hər nə var,

Tamam əziyyətdir, bu nəşə saçar.

Vursalar yüz deyil, beş yüz il başa,

Puç olub dağılar, sən uzun yaşa!

Saraya aiddir verdiyim xəznə,

Əbədi bir yoldaş olacaq sənə.

Ağlın yetirdiyi bu xəznəyə bax,

Duan ilə ona son vurulacaq.

Dövlətin hər yerdə görüm baş olsun!

Fələk rikabında bir fərraş olsun!

Dövlətin yayılmış, ey şah, hər yana,

İşlər səadətlə yetişsin sona!

 

 

 

 

 

 

MÜNDƏRİCAT

 

Nağıllar aləmi və həyat həqiqətləri

Başlanğıc

Peyğəmbərin mədhi

Peyğəmbərin meracı

Kitabı yazmağımın səbəbi

Əlaəddin Körpə Arslan şaha səna

Təzim xitabı

Sözün tərifi və hikmət haqqında

Oğlum Məhəmmədə nəsihət

Dastanın başlanğıcı. Bəhramın anadan olması

Simnarın tərifi və Xəvərnəq qəsrinin tikilməsi

Xəvərnəqin tərifi və Nemanın gözdən itməsi

Bəhramın ova çıxması və gurları dağlaması

Bəhramın bir oxla guru və şiri öldürməsi

Bəhramın əjdahanı öldürməsi və xəzinə tapması

Bəhramın Xəvərnəqdə yeddi qızın şəklini görməsi

Bəhramın atasının ölümündən xəbər tutması

Bəhramın İran torpağına qoşun çəkməsi

İranlıların Bəhrama məktub yazması

Bəhram Gurun iranlılara cavabı

Bəhramın iki şir arasından tac götürməsi

Bəhramın padşahlığı. Bəhramın taxta əyləşməsi

Bəhram Gurun ədalət və səxavəti

Quraqlıq ili və Bəhramın rəiyyətə mərhəməti

Bəhramın öz kənizi ilə macərası

Bəhramın ovlaqdan sərhəngə qonaq getməsi

Çin xaqanının qoşun çəkməsi və Bəhram Gurun zəfər qazanması

Bəhramın ordu əmirlərinə acıqlanması

Yeddi günbədin tikilməsi. Bəhramın yeddi iqlimin qızını istəməsi

Bəhramın qış məclisinin tərifi və yeddi günbəd tikdirməsi

Yeddi günbədin tərifi və Bəhramın orada işrətə dalması

Yeddi gözəlin yeddi hekayə söyləməsi. Bəhramın şənbə günü qara günbədə getməsi və birinci iqlim padşahı qızının hekayə söyləməsi

Hekayə

Bəhramın yekşənbə günü sarı günbədə getməsi və ikinci iqlim padşahı qızının hekayə söyləməsi

Kəniz satan padşahın hekayəsi

Bəhramın düşənbə günü yaşıl günbədə getməsi və üçüncü iqlim padşahı qızının hekayə söyləməsi

Bişrin hekayəsi və onun aşiq olması

Bəhramın çərşənbə günü qırmızı günbədə getməsi və dördüncu iqlim padşahı qızının hekayə söyləməsi

Rus qızının Bəhrama hekayə söyləməsi

Bəhramın çərşənbə günü firuzə rəngli günbədə getməsi və beşinci iqlim padşahı qızının hekayə söyləməsi

Mahanın hekayəsi

Bəhramın pənçşənbə günü səndəl rəngli günbədə getməsi və altıncı iqlim padşahı qızının hekayə söyləməsi

Xeyir ilə Şər hekayəsi

Bəhramın cümə günü ağ günbədə getməsi və yeddinci iqlim padşahı qızının hekayə söyləməsi

Hekayə

Baharın tərifi

Xaqanın Bəhram üzərinə qoşun çəkməsi və Bəhramın öz qoşunundakı qarışıqlıqdan xəbər tutması

Bəhramın qoca çobanın evinə yetişməsi

Bəhramın vəzirdən hesab istəməsi

Birinci məzlumun şikayəti

İkinci məzlumun şikayəti

Üçüncü məzlumun şikayəti

Dördüncü məzlumun şikayəti

Beşinci məzlumun şikayəti

Altıncı məzlumun şikayəti

Yeddinci məzlumun şikayəti

Bəhramın zalım vəziri öldürməsi

Çin xaqanının Bəhramdan üzr istəməsi

Bəhramın son günləri və mağarada yox olması

Şaha səna və kitabın xətmi

İzahlar

 

 


İZAHLAR

 



[1] Gözəl sözü ilə tərcümə edilmiş peykər məfhumu daha geniş və çoxçalarlıdır. Peykər sözünün əsil mənası cisim, bədən, can, surət, səmavi cisim deməkdir. Peykəri gözəl mənasında yalnız məcazi şəkildə işlətmək olar. Nizami əsərin özündə heç bir yerdə onun adını “Həft peykər” (“Yeddi gözəl”) qoyduğuna işarə etmir. Əlyazmalarının əksəriyyətində, daş basmalarında əsərin adı “Bəhramnamə” getmişdir. Şair başqa poemalarının adını da əsas qəhrəmənların adı ilə bağlamışdır: “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “İskəndərnamə”. “Həft peykər” adını şair yalnız bircə yerdə – “İskəndərnamə” poemasında işlətmişdir:

Vəzin qesse çon baz-pərdaxtəm,

Soye “Həft peykər” fərəs taxtəm.

Bu dastanı (“Leyli və Məcnun” nəzərdə tutulur) bitirdikdən sonra “Həft peykər” tərəfə atımı çapdım. Bu beytdən aydınca görünür ki, şair atını yeddi gözələ tərəf deyil, səmalarda yerləşmiş yeddi səyyarəyə tərəf çapmışdır. Təsadüfi deyildir ki, Nizaminin

xələfləri də peykər sözünü səyyarə, planet mənasında işlətmişlər. Böyük özbək şairi Əlişir Nəvai “Həft peykər”ə cavabən yazdığı əsərin adını “Yeddi səyyarə” qoymuşdur. Beləliklə, əsərin əsil adı “Bəhramnamə”, ləqəbi isə “Yeddi səyyarə”dir. Bununla bərabər, “Yeddi gözəl” vətəndaşlıq hüququ qazandığı üçün həmin adı saxlamağı məqsədə uyğun bildik.

 

[2]                      Ağıl sahibləri önündə hər an

Surət bəzəməklə olursan əyan.

Sənin varlığın görmək qabiliyyətinə malik olanların qarşısında aydındır. Həmin bəsirət sahibləri sənin surətini yaratdığın, məxluq “etdiyin varlığın vasitəsi ilə görürlər, dərk edirlər”.

 

 

[3]                      Sənə baş əymədi kim qafil oldu,

Dərhal qapısına qıfıl vuruldu.

Dini rəvayətə görə, bəşər cinsinin banisi Adəm bütün mələklərdən üstün yaradılmışdır. O, dünyaya gələrkən bütün mələklər ona səcdə etmiş, lakin iblis (şeytan) bu əməldən boyun qaçırmışdır; Allah onu cəzalandıraraq tövbə qapısını, yəni əfvedilmə qapısını onun üzünə həmişəlik bağlamışdır.

 

[4]                      Sübhün çırağını yalnız sən verdin,

Səhərə quş verdin, quşa dən verdin.

Səhərin quşu – Günəş, günəşin ruzisi – onun işığı. Başqa sözlə: sən gündüzə günəş bəxş edirsən, günəşə isə işıq.

 

[5]                      Bir yerdə ki ağıl ayaqdan düşə,

Xəyal nə iş görər, çox da əlləşə.

Yəni ağıl Allahın zatını, vücudunun sirrini dərk etmək qabiliyyətinə malik deyildir.

 

[6]                      Biz yeddi fələkdən çüzük bu darda,



 
[ 1-15 ] [ 16-30 ] [ 31-45 ] [ 46-60 ] [ 61-75 ] [76] [77] [78] [79] [80] [81] [82] [83] [84] [85] [86] [87] [88] [89] [90] [ 91-98 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info