Qonaq Kitabı
YEDDİ GÖZƏL

O, demək, düşmənlə ittifaq eylər.

Milçək ki hər yana qonur uçaraq

Ağı qara eylər, zil qaranı ağ[72].

Bu quldur tayfadan çəkil kənara,

Doğra bu dörd bəndi, et para-para[73].

Bir yerdə ki, düşə hörmətdən dindar,

Zahid sərxoş olur, Yusif canavar.

Can qurtarmağa var indi iki yol:

Ya pisliyi bəyən, ya pis adam ol.

Ancaq görməz rəva, həqiqi bəndə

Ki, düşsün ayağı belə kəməndə.

Cəhənnəm qalamaz belə bəndələr,

Neft arayıb təlqi tökməzlər hədər[74].

Qalx, əzək başını bu fitnənin biz,

Məhv eyləyək tamam, bu – vəzifəmiz.

Bəs deyil baş əydin pula, qızıla –

Saldın dörd düyünə, yeddi qıfıla[75]?

Yel, qızıldan ötrü, yaxşı nəzər sal,

Gör necə eylədi laləni pamal[76],

Çayır ki yoxsuldur, ona dəyməyir,

Onu məhv etməyir, əsla əyməyir.

Gəzmə ağ buludtək başında xəznən,

Ayaqla xəznəni günəş təki sən.

Torpaq ki buluddan rütubət çəkər,

Öpsə ayağını, dönüb olar zər.

Eylə qızılları günəşə şabaş,

Uyma, gün ləlinin başına vur daş.

Qızılı saymaqda, bil ki, səhvin var,

Dünyanın gözünü ağıl parladar.

Zər birləşməz iki hərfdir, gerçək,

Birləşsinlər deyə nədir bu əmək[77]?

Qızılla doldurma könlü yer kimi,

Yoxsa dağılarsan sən də zər kimi.

Sarılıq azarı tutsa bir gözəl,

Lacivərdi köynək geyər əlbəəl[78].

Bir tərəzi çəksə qızıl cağbacağ,

Minlərlə qapıdan olar daş-qalaq.

Hay-küydən qoparıb guya, et xəyal,

Yığdın az-çox qızıl, haram, ya halal,

Bir qayğısız gəlib xəlvəti çalmış,

Qızıl yığan ölmüş, oğrusa qalmış.

Qızıl xərclənəndə işrət gətirər,

Saxlansa əziyyət, heybət gətirər.

Kim qızıldan ötrü ölür boş yerə,

Demək, o sitayiş eyləyir zərə.

Bax bir əbləhlərə, vurulub qaşa,

Dost dostla gör necə girir savaşa.

Bir xəznə ki, ancaq cəfa naxşıdır,

Ondan üz çevirmək daha yaxşıdır.

Çoxmu hambal olub bu dünyaya sən

Yerdə qızıl yükü gizlədəcəksən?

Üç işlək qəhrəman, qoç hambalın var,

Dördüsə evini eylər tarü-mar[79].

Səninlə zidd olan torpaqla külək

Əlifsiz yazılan xak və bad demək[80].

Xurma ağacına tac olan tikan

Ayrılsa, fərqi yox onun maşadan[81].

Tutar qarınqulu çox əziz hər an

Xingal yarpağını gül yarpağından.

Öz tamah dişini çıxart, at yerə,

Ta ki, oxşayasan əziz gövhərə.

Daraq olmasaydı mindişli, bəli,

Xalqın saqqalında gəzməzdi əli,

Bir can dərmanına çatmaqçün, əlbət,

İçilər min kərə zəhərli şərbət.

Qəssab dükanının ağzında hanı

Pay alan, içmədən bir ciyər qanı[82]?

Yüz ciyər doğranır parçalanaraq,

Ta ki, bir böyürdə qat bağlasın yağ,

Bir girdəbudlunun şişsin peysəri

Deyə, yüz min boyun qanrılır geri.

Bu – xəznə başına qoymuşdur ayaq,

O – bir zərrə qızıl tapmaz heç sayaq.

Kimin muradınca olur bu işlər?

Muradsız yaşamaq hər şeyə dəyər.

Kim tapsa gec murad, onu sal başa,

Müjdə ver, de ki, o dolacaq yaşa.

Çox yaşar murada gec yetən adam,

Murada yetincə ömr olur tamam.

Ləl çox gec doğur, ömrü çox olur,

Lalə tez göyərir, tez də yox olur.

Məclis nurlandırdın şam kimi yetər,

Yandırma özünü, satma cilvələr.

Bu şəhvət bəndindən ayağını çək,

Başını bu küpdən çıxart, bir görək[83].

Başdan yeddi kökü kəsib atmalı,

Ayağından çıxart dörd mıxlı nalı[84].

Həşəmlə örtülü quyu üstündən

Həsir ya daş kimi ölü keçmə sən[85].

Şimşəktək diriykən öl ki, güləsən,

Candır əsil həyat, nə lazım bədən?

Çəkilsən qabağa bir mürid, deyə,

Elə get olasan mürşüd dəstəyə.

Bəzi müridlər tək olma bimurad,

Bəslə təvəkkülə daim etiqad.

Hər zaman yarardım müşküldə, darda,

Mən kəndxuda qaldım kənddən kənarda[86].

Çıxıb qarşılayan qərib mehmanı,

Süfrə açan hanı, su verən hanı?

Ağıl, nə deyirəm anlayar məni,

Nələr axtarıram, o duyar məni.

Mənim şikayətim yoxluqdan deyil,

Ondandır, ondandır, bunu sən də bil.

Almaz türklüyümü həbəş ölkəsi,

Olmuş xoş dovğadan məhrum cümləsi[87].

Bir zaman vardı ki, qoraydım, kaldım,

Onda sevilirdim, elə bil baldım.

Məni budağımdan ayırardılar,

Suyumdan tutiya qayırardılar.

Onda ki, üzümtək kamala doldum,

Arı neştərinə nişanə oldum.

Şərabı torpağa töksələr hədər,

Üzümün qiyməti puç olar gedər.

Nə sayaq sürdülər, yeridim, elə

Yatmış su – ad qoyub, saldılar dilə.

Deyirlər, məsəldir xalq içində bu,

Qızıl çeşməsidir yatsa əgər su.

Yatmış su gümüşdür, demə zər ona,

Buz belə şahidlik eyləyir buna.

Gümüşü buz ilə qızılın, zərin



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-30 ] [ 31-45 ] [ 46-60 ] [ 61-75 ] [ 76-90 ] [ 91-98 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info