Qonaq Kitabı
DƏHNAMƏ

 

Dəstur dadəne-məşuq Aşeqra

(Məşuqənin Aşiqə buyruq verməsi.)

 

Düşmən – dedi dust – dər kəmindir.

Vəslim günü bu idi himindir.

Bir busə mana verib pərizad,

Dedi bu, sana yetər, yeri rad.

Yar etmə dedim bizi fəramuş,

Durdum ki, gedəm nizarü bihuş,

Gög qübbəsindən asıldı qəndil,

Yüzündən alub niqabu məndil.

 

 

Şeir dər babe-vedae-məşuq

(Məşuqə ilə vidalaşma mövzusunda şeir.)

 

Ey sevgi nigar, sən qal imdi,

Ey işvəli yar, sən qal imdi.

 

Vəslindən irağ ah-vaylı,

Dil xəstəvü zar, sən qal imdi.

 

Hicranın odunda gecə-gündüz

Dil yenə yanar, sən qal imdi.

 

Ğəm qışı mana cəfalər eylər,

Ey tazə bahar, sən qal imdi.

 

Umar bu Xətayi yadigari,

Ta tuta qərar, sən qal imdi.

 

 

Şeire-yadeqar dadəne-məşuq Aşeqra

(Məşuqənin Aşiqə yadigar şeir verməsi.)

 

Der var biləndir səninlə qayğu,

Qan yaş iləruyi-rəngi saru.

 

Bəd halətə düşmə, çünki vardır

Biləncə xəyali-ruyi niku.

 

Tiği-ələm iki bölsə cismin,

Yarusu mənimlə, səndə yaru.

 

Qılma məni cüstcu ki, bəsdir

Çeşmində xəyali-yari-dilcu.

 

Bu ahu gözümdən ayru düşsən,

Var həmnəfəsin ğəm ilə yahu.

 

Bu incə belim ğəmi, Xətayi,

Etməzmi tənin misali-yek mu?

 

 

Şeir der babe-həlali xastəne-aşeq əz məşuq

(Aşiqin Məşuqədən halallıq istəməsi mövzusunda şeir)

 

Xoş qal – dedim – ey həbib canan,

Bu mürdə tənim içində çün can.

 

Çox tökdün isə həlal bolsun,

Afət bıçağilə didədən qan.

 

Cəm olmadı dil ğəmində, vəh, vəh!

Ey zülfi mənim təki pərişan.

 

Sən min yaşagil be kamrani,

Mən ölür isəm, nə ğəmdir, ey can!

 

Su səpdi yüküş qapunda hər dəm

Eşqin yoluna bu çeşmi-giryan.

 

Bağrımla gözüm yaşı evində

Çox odlu gözün nəmək yedi, nan.

 

Bu xəstə Xətayi yad qılma,

Zinhar, unutma əhdü peyman!

 

 

Der mofareqət əz vosale-duste-cani

(Könül dostunun vüsalından ayrılmaq barədə.)

 

Çün oldu tamam nəzm təkmil,

Vəsl oldu həman fəslə təbdil.

Səndən necə kim, can ayru düşdü,

Tən ya çürüdü, ya sayru düşdü.

Ölüncə unutman ol həbibi,

Gül bəs unudarmı əndəlibi?

Təqdirə var isə ola tədbir,

Yox isə nə çarədir be təqdir.

Hicrində çü zadü nun keçdi,

Sindən dəxi bir füzun keçdi.[2]

Çün sərvəri-Çin irişdi Şamə,

Xətmində mükəmməl oldu namə.

Xətm oldu by namə ruzi-şənbə,

Eşq ilə həmişə suz şənbə.

 

 

Şeir der xatəmeye-ketab və səbəbe-təlif

(Kitabın bitməsi və yazılmaasının səbəbi barədə şeir)

 

Yarəb, irağ etmə cismü cani,

Heç bəndəyə verməgil sən ani.

 

Sanma bu sözü bəyani-vaqe,

Sözdür qamusu be sərzəbani.

 

Vəslin dilərəm vəfalı yarın

Kim, fanidürür məcaz, fani.

 

Çox məstə sifətdə zahir, ey dust,

Görsət yüzünü bizə nihani.

 

Bu fani ömür cahanda qalmaz,

Bəxş et bizə ömri-cavidani.

 

Bu dari-cahan çü bir fənadır,

Vergil bizə xaneyi-bəqani.

 



 
[ 1-15 ] [16] [17] [18] [19] [20] [21] [22] [23] [24] [25] [26] [27] [28] [29] [30] [ 31-31 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info