Qonaq Kitabı
DƏHNAMƏ

Bir yar idi var mənə qədimi

Kim, könlümün ol idi nədimi.

Qılmışdı mənimlə elmi təhsil,

Çox ay rəfiqim idi, çox il.

Həm dərs oxur idi bir səbəqdə,

Ancaq nə səbəqdə, bir vərəqdə.

Görüş yox idi dər mədaris,

Qəmxanə bolub ana məcalis.

Olmuş məni istəyə müsafir,

Tərk olmuş ana zi ğəm dəfatir.

Mənsiz bu cahan ana daralmış,

Rüxsarı mənim təki saralmış.

Gəldi məni istəyə begülzar,

Gördü məni munda ağlaram zar.

Olmuş bu ğəm ilə didə giryan,

Der – Noldu sana, e munisi-can?

Dedim – Nə sorarsan, ey bəradər?

Kim, yuddu rəfiqi eşqi-əjdər.

Sataşdı gözümə yari-məhvəş,

Gül yüzlü pəri, nigari-məhvəş

Qalmadı qərar, usum tükəndi,

Ol nəng ilə namusum tükəndi.

Dərs imdi fəğanü dadə döndü,

Biliş mana qamu yadə döndü.

Uş peyki-Səbanı bəndə saldı,

Mən xanda idim ki, xanda saldı.

Məktubimi aldı parə qıldı,

Ağ yüzüni dəxi qarə qıldı.

Halım budurur, e həmdəmi-dil,

Tədbir nədir, mana dəva qıl,

Leykin demə səbr edim, təhəmmül.

Canım tükənir dəmi-təəllül.

Der bir dəxi göndər ana məktub,

Meyl edə məgər görəndə məhbub.

Amma biləsincə kişi qoşun,

Hər xansı xoş isə əqlü huşun.

Dedim ki, bu qatla huş varsun,

Bu naməyə pərdəpuş varsun.

Yondum yenə ba həvəs qələmni,

Qirtas üzə çəkib rəqəmni.

Dil yazdı mühəqqəq ol nişanı,

Nəsx etməyə xətti-reyhan anı.

Allahın adını yazdım əvvəl,

Söz xətmi kəlamə boldu əkməl.

Qıldım anı sərbəsər xəmidə,

Bolmaya hava görüb dəmidə.

Ey namə, dedim ki, var ana sən,

Yanında məgər məni anasən.

Naməmdə qılıb bu şeiri məktub,

Ünvani içində nami-məhbub.

 

 

Şeir əz zəbane-aşeq be təriqe elhah

(Xahiş yolu ilə aşiqin dilindən şeir.)

 

Ey naz məkani, sərvi-rəna,

Ey didə məqami, hüsni-ziba!

 

Hicran oxu birlə yürəgimdən

Axıtmaq isə yetər hüveyda.

 

Ol zülfi-siyəh ğəmində hər dəm

Başımda qəti yer etdi sevda.

 

Yusif təki gördü göz cəmalın,

Dil düşdü zəvalə çün Züleyxa.

 

Lalə kimi çəkdi bağrıma dağ,

Ol zülfi-kəlaleyi-səmənsa.

 

Sevdayi-saçın şikəncü bəndi

Başımni çəkib yetirdi bər pa.

 

Qurtulmadı hicrdən Xətayi,

Munca ki, vüsal edər təmənna.

 

 

Məsnəvi

 

Bükdüm çü tamam edib kitabi,

Kəs dedim işimdə xurdü xabi.

Der dutunuz imdi hümməti-düz,

Məzulü şikəstə gəlməyə yüz.

Dedim ki, biləncə lütfi-mərdan,

Tən qaldı, səninlə getdi bu can.

Ol imdi rəvanə sağlığ ilən,

Gəl munda yenə yüz ağlığ ilən.

 

Nameyi-çəharom. Rəftən be suye-məşuq

(Dördüncü məktub. Məşuqənin yanına getməsi.)

 

Huşimni çü mərkab etdi namə,

Əzm etdi ki, varə dilrübamə.

Götürdü anı həvayə ol huş,

Pər çaldı gedər çü namə bir quş.

Gəh pay ilə getdi, gah bər sər,

Gəh bəhr keçərdi, gah bər bər.

Saxlardı özüni cayi-xəmdən,

Eraz qılurdu abü nəmdən.

Gəh yazı kəsib gedirdi yola,

Gəh yel aparırdı anı kola.

Yetürdü özüni hər neçük var,

Ol bağə ki, mənzil etdi dildar.

Gördü yenə bağbani nagah,

Bir namə yenə be huş həmrah.

Gəldi yanına nihani ol dəm,

Ta qıla məlamət ani ol dəm.

Görgəc ani namə boldu lərzan,

Çün bid bevəqti-badü baran.

Der, yenə gəlibsən, ey həyasız,

Əldən bu işi nola qoyasız.

Bu sözü dəxi demə yanında,

Çox acığı var anın canında.

Namə dedi gey mürəbbiyi-bağ,

Qoy mən oluram bu yerdə toprağ.

Sən eylər isən əgər müdarə,

Mən yetürərəm sözümni yarə.

Namə çü varub yükündi yarə,

Mədh etdi nigari-gülüzarə.

Çün baxuban ani gördü məhru,



 
[ 1-15 ] [16] [17] [18] [19] [20] [21] [22] [23] [24] [25] [26] [27] [28] [29] [30] [ 31-31 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info