Qonaq Kitabı
DƏHNAMƏ

Leyliyə gərək səbuyi-pür ab,

Ta naqə bolsa səfərdə sirab.

Həna xoş ola bu mən nigarə,

Ta hər dəm əlim dutam nigarə.

Çün hüsn iləyəm şəhi-Xorasan,

Həm Xosrovi-mülkü təxti-İran.

Mülkimdə gərəkdir abi-Ceyhun,

Sürxab gərək kim, ola dəmgun.

Şiraz şəhi mənəm, ləbim xəmr,

Bağdad məhi mənəm, ləbim səmr.

Axsun vətənimdə şətti-Bağdad,

Gəzsün çəmənimdə Rükniabad.

Mərdüm çü səni oxur dürəfşan,

Xaki-dərim üstünə dür əfşan.

Çün muca gərəklüsən mana sən,

Neyçün varasan dəxi ana sən?

Gər beylə səni irağə salur,

Yüzdən sürübən ayağə salur,

Qoyman dəxi anda gedəsən sən,

Qasidliğin anın edəsən sən.

Yaşım dedi ki, əya pəri ru,

Səndən xaçan eyləyəm bəri ru?

Çün sana gərəklüyəm, mana sən,

Bir xidmət edər qulam sana mən.

Ondan dəxi səndən ötrü gəldim,

Gördüm çü yüzüni, baxa qaldım.

Amma dilərəm ki, ey pəri ru,

Bir dəxi varam o xəstə saru.

Dəsturun olursa, varayım bir,

Olan xəbərini verəyim bir.

Mərdümdən alam yenə iradət,

Xoşdur oğul işi ba icazət.

Aydır – Yeri var, zud gəlgil,

Od kimi varub çü dud gəlgil.

Məndən dəx aparma naümidi,

Nə ümid apar, nə naümidi.

Degil dəxi kəsməsün ricayi,

Şayəd qılam ana mən vəfayi.

Degil çü yanımda kəşfin oldu,

Vəslim diləmək bəs işin oldu.

Şəh qatda kimin ki, adəmi var,

Əz cövrü sitəm nədən ğəmi var?

Göz yaşı sevindi, düşdü bər rah,

Der bəndəyə mürvət etdi ol şah.

Təcil ilə axdı ol axar su,

Nurkən yügürür misali-ahu.

Gördüm ki, gəlür, rəvan yügürdüm,

Baxdım yüzünə qılıb təbəssüm.

Aydır ki, ver imdi müjdəgani,

Meyl etdi sana nigari-cani.

Nomid oturma gəl vüsalə,

Şayəd səni hicr əlindən alə.

Çün bu xəbəri eşitdi guşim,

Gəldi yerinə qərarü huşim.

Əql ilə könül birər barışdı,

Aram ilə səbrü dil qarışdı.

Əltafi-xudayə şükr qıldım,

Bu şeiri o dəmdə fikr qıldım.

 

 

Şeir əz zəbane-aşeq betəriqe-şokr

(Aşiqin dilindən razılıq tərzində şeir.)

 

Meyl eylədi yar, həmdülillah,

Dil tapdı qərar, həmdülillah.

 

Demiş ki, vüsalə qabil oldu,

Ol sevgi nigar, həmdülillah!

 

Mərhəm edəsi cigərdə dağə,

Ol lalə üzar, həmdülillah!

 

Qılsun eşigimdə demiş ol sərv,

Yaşımni nisar, həmdülillah!

 

Hər ləhzədə səd hezar bər həq,

Hər gündə hezar həmdülillah!

 

Nəsx olmağı bilmişəm mühəqqəq

Dildən bu ğübar, həmdülillah!

 

Vəslinə həbibinin Xətayi

Ümmid dutar, həmdülillah!

 

 

Tərif kərdəne-aşeq əşkra

(Aşiqin göz yaşını öyməsi.)

 

Ol Yaşə dedim ki, nuri-didəm,

Kim, səndən alur bu nuri didəm.

Qıldın mənim ilə mərdümi sən.

Çün çeşmim içində mərdümisən.

Yerin ola təxti-didə daim

Kim, gözüm önündəsən mülayim.

Mərdümlə həmişə aşinasən,

Gözlərdə müdam rövşənasən.

Bu saru yüzümni al edənsən,

Öz cismini paymal edənsən.

Bir dəxi mənimlə mərdümi qıl,

Var yarə yenə yeni xəbər bil.

Gör kim, bu ümid ta be keydir,

Vəslilə xaçan bu mürdə heydir?

Ta ki, dəmi-vədə olmaya fovt,

“Əlmontəzirü əşəd minəl movt”.

Bu şeiri nigarə söyləgil sən,

Mehr edici yarə söyləgil sən.

 

 

Şeir əz zəbane-aşeq berəsme-tərife-məşuq

(Aşiqin dilindən Məşuqəni tərif tərzində şeir.)

 

Ey şux, həmişə olasan şad,

Həm sərv misali ğəmdən azad.

 

Şəhla bola ol du çeşmi-nərgis,

Rüx tazəvü tər çü bərgi-şümşad.

 

Bünyadi-cəmalın ola qaim,

Qıldın bu xərab evimni abad.

 



 
[ 1-15 ] [16] [17] [18] [19] [20] [21] [22] [23] [24] [25] [26] [27] [28] [29] [30] [ 31-31 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info