Qonaq Kitabı
DƏHNAMƏ

(Öz yaman bəxt və taleyindən şikayət yolu ilə şeir.)

 

Ey bəxt, dedim ki olmagil şad,

Ğəmdən məni qılmadın sən azad.

 

Könlümni ğəm eylədin, gözüm nəm,

Olmağni fəğan, işimni fəryad.

 

Sən dadi-dilimni vermədin heç,

Munca ki, əlindən eylədim dad.

 

Hər yanə dönərsə çərxi-kəcrov,

Sən andan irağə bir qədəm ad.

 

Xandan sana bu bəlavü bidət?

Nerdən sana bu sitəmlə bidad?

 

Möminləri xürrəm etmədin heç,

Kafər beçəsənmi, yoxsa müğzad?

 

Bir gəz nola, ey bəlalı gümrah,

Qılsan mana rahi-vəslin irşad?

 

Yarəb, olasan ğəm ilə viran,

Viranə əlindən olmaz abad.

 

Eşq ilə, görüm ki, bəndə düşgil,

Olsun bu Xətayi səndən azad.

 

Ozr xastəne əz Səba

(Aşiqin Səbadan üzr istəməsi.)

 

Dedim ki, əya Səba, usandün,

Asudə otur çözüb kəməndün.

Daim bu cahanda var olasan,

Eşq əhlinə ğəmgüsar olasan.

Bir dəm sən otur betərfi-gülşən,

Bir qasidi dəxi istəyim mən.

Kim, səbrü qərarə çarə yoxdur,

Bağrımda nə dürlü yare yoxdur.

Bir dəxi qılım cahanda tədbir,

Ya ayəti mən tələb bulum bir.

Ol durdu çəməndə, mən yeridim,

Bir elçi dəxi bulum der idim.

Ərvahım uçurdu fikr teyrin,

Bir dəmdə cəhanın etdi seyrin.

Qayıtdı yerinə, qıldı pərvaz,

Der: – Elçi Səbadən özgə yox baz.

Bir çarə var isə, ol qılur həm,

Ondan ola bu yürəgə mərhəm.

Aldım tutuqi-həyani əz dil,

Dedim yenə Badə k-ey müzəmmil,

Qədd innə ərakə müstəinən,

Səfihi bekülli müqtərinən.

Ən lütfikə in qətətə səbrən.

Yötikə iləh əlfü əcrən.[1]

Səndən dəxi özgə çarə bilmən,

Mən durub ayağə varə bilmən.

Bir dəxi kərəmlər et mənimlən,

Canım yoluna fəda tənimlən.

Qalmışlara çün müavin oldin,

Məqsudə yetürüb alxış aldin.

 

Tərif kərdəne-aşeq Səbara.

(Aşiqin Səbanı əyməsi.)

 

Qalmışlara gər mədəd bolansan,

Xızri-nəbi tək yetüb gələnsən.

Həm çar ənasirin birisən,

Çox mürdəni eylədin diri sən.

Hey qaldı dəminlə ibni-Məryəm,

Ənfasın edər behişti xürrəm.

Ol şey ki, ölüdür anda yoxsan,

Ol tən ki, diridir, anda çoxsan.

Oldun nəfəs ilə ətsi-Adəm,

Həm mərkəbi-sahibani-Xatəm.

Ey mötədil əlvücud bikövn,

Xoş dəmsənü həm məzaci-bilövn.

Dəryadə sürən çü Nuh kəşti,

Pür buyi-əbir edən behişti.

Əhməd dəmin ilə yari buldu,

Üşşaq sənin ilə yari buldu.

Aşiq kimi sübh cuş edərsən,

Dəryaləri pür nüquş edərsən.

Nəsrinlə sənin, e qüdrətullah,

Fərq oldu həmişədanədən kah.

Ruhül-qüdsün ki, həmdəmisən,

Həm türreyi-yar məhrəmisən.

Girən qapularə bitəkəllüf,

Qılmaz sana heç kişi təxəllüf.

Çün Xızr həmişə dər həyati,

Kim, bolmaya ta əbəd məmati.

Bu yedi yerin qərari sənsən,

Həm yedi dəniz buxari sənsən.

Gülləri açan zi bəhri-bülbül,

Gülzarə salan şəmayim əz gül.

Adın sənin oldu ruhə təcnis,

Həmmali-rəvani-təxti-Bilqeys.

Yox vəsfinə hədd ilən nəhayət,

Ey həddi-kəmal ilən beğayət.

Görsət mana bir dəxi vəfa sən,

Lütf əhlivü mədəni-səfasən.

Bir dəxi var ol nigarə məndən,

Rəf ola məgər bu yarə məndən.

Ol ğönçə ləbin cəvabın algil,

Həq dərgəhinin səvabın algil.

Aydır ki, xoş ola, qılmazam ar,

Ya dutavü öldürə məni yar.

Gedim du hezar barə dersən,

Olam du hezar parə dersən.

Hərçənd ad ilə mən Səbayəm,

Üşşaq yoluna can fədayəm.

Əhsənt, dedim, əya vəfadar,

Mən Müntəzirəm, oturma, dur, var.

Verdim çü Səbayə neçə pəndi,

Dur indi, dedim, sözüm tükəndi.

Aldım əlümə dəvatü xamə,

Der: – Yazma dəxi sən ana namə.

Ol şux anı yenə parə qılur,

Ağ yüzini dəxi qarə qılur.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-30 ] [ 31-31 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info