Qonaq Kitabı
DƏHNAMƏ

Üç nəstədürür səbəb bu namə

Kim, boldu zəruri qılmağ ani.

 

Əvvəl səbəb oldu nəzmi-tövhid

Kim, bəndəligin odur nişani.

 

İkinci bu kim, olanda ğəmgin

Bu könlünün ola mehribani.

 

Üçüncü bu kim, qalursa xoşdur

Bu dünyədə hər kimin nişani.

 

Ta deyə ani görən mühüblər,

Rəhmətlik ola anın rəvani.

 

Hər kim ki, bizi anarsa bolsun

Dər bürci-səadət aşiyani.

 

Kiməm ki, deyəm Xətayiyəm mən,

Əhsəntü təbarək, ey filani.

 

Kim muni oxur, yazarü dinlər,

Həq lütf ilə yarlığasun ani.

 

 

 

 

 



[1]  Mən kömək istəyəndə səni gördüm, bütün yaxınlaşanlara köməyə səy et. Lütf edib geri qayıtmaq istəsən, allah sənə min əcr verər.

[2] Bu beytdə poemanın yazılma tarixi bildirilmişdir: zad – 800, nun – 50, sin – 60. Bu rəqəmləri toplayıb üstünə bir gəlsək (bir füzun sözünə  görə), poemanın hicri 911-ci, miladi 1506-cı ildə yazıldığı müəyyənləşər.

 



 
[ 1-15 ] [ 16-30 ] [31] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info