Qonaq Kitabı
DƏHNAMƏ

Kim çəkməsə zəhməti-müğilan,

Hənnanə yetər, nə xud be Mənnan.

Çünki dura-dura xeyr olur şər,

Səbr eyləmək ilə nəf olur zər.

Gər çəkməsə mur qəhri-divan,

Yetməzdi be dərgəhi-Süleyman.

Əyyub çü dərdə sabir oldu,

Gör, şəninə “nəm”sadir oldu.

Səbr eyləməsəydi piri-Kənan,

Yusif yüzüni görördi xandan?

Qıldı çü Züleyxa səbri-muxtar,

Verdi Əziz ana Misri ba yar.

Səbr ilən olur zi ğurə mey dəx,

Səbr ilə yetər muradə şey dəx.

Tut yaprağı səbr ilən olur ğəz,

Səbr ilən olur şərab əz rəz.

Səbr ilən açıldı ğönçeyi-təng,

Həm səbr ilən oldu ləl əz səng.

Həm səbr ilə dutdu çini zəngi,

Səbr ilən alur çətük pələngi.

Səbr ilə kişi məramə yetdi,

Həm səbr ilə təşnə camə yetdi.

Məcnun be səbr buldu Leyla,

Səbr ilə çıxar zi sər bu sevda.

Səbr ilə dutar cahan nizamı,

Səbr ilə yetər könül məramı.

Səbr ilə tapar cahan vüqarı,

Qul səbr ilə buldu kirdigarı.

Səbr ilə zəmin verür nəbatat,

Səbr ilə yetər gögə münacat.

Səbri yox olana çox xərəcdir,

Çün səbr fütuhi-hər fərəcdir.

Əksükligini budur yəqin bil,

Bəs qılma işində dəxi təcil.

Məndən yeri vargil ol fəqirə,

Ol hicrim əlidə dil əsirə.

Çox etdi əgərçi ol şikayət,

Çəkdi vəli cövri-binəhayət.

Ğəm yükünə qıldı fil təki zur,

Oldu ğəm ilən vücudu çün mur.

İçdi yüküş ol fəraq zəhrin,

Andan götürüm bu zəhr qəhrin.

Zəxm etdi ana sinani-ğəmzəm,

Ləlindən edim o zəxmə mərhəm.

Tükəndi qərarü səbrü huşi,

Rahət meyi ola şimdi nuşi.

Tökdü qanını bu ğəmzeyi-tiz,

Verim diyət əz ləbi-şəkər riz.

Verdim ana cövr ilən məmatı,

Bir bus ilə bəxş edim həyatı.

Boynuna qılım qolum həmayil,

Heyrət qılım qolum həmayil,

Heyrət bilə ola əqli zayil.

Vəslimə qılım bu gecə vasil

Kim, ola muradı cümlə hasil.

Bu şeiri degil o xəstə halə,

Bilsün ki, qəbul olur vüsalə.

 

 

Şeir əz zəbane-məşuq betəriqe-dəvəte-vosal

(Məşuqənin dilindən qovuşmağa çağırış tərzində şeir.)

 

Gəl, gəl bəri, ey görən cəfalər,

Kim, yar sana qılur vəfalər.

 

Gəl, gəl ki, əgərçi pür xətasən,

Çin oldu yanımda hər xətalər.

 

Gəl, gəl bəri, ey pür əz bəla dil,

İmşəb bulasan şəfa bəlalər.

 

Gəl, gəl bərü, ey ğəmimdə bimar

Kim, bu gecə yar edir dəvalər.

 

Ey Xəstə Xətayi, gəl ki, yarın

Könlün aluban qılur vəfalər.

 

 

 

Amədəne-səba besuye-aşeq ba xəbəre-mojde

(Səbanın muştuluq xəbəri ilə Aşiqin yanına gəlməsi)

 

Əzm etdi Səba beşadkami

Kim, tapdı o dilşikəstə kami.

Sürdü atını rəvan rəvani,

İstərdi kim, alə müjdəgani.

Çün gəldi irişdi tərfi-bağə,

Peyki-fərəh irdi bağü rağə.

Gizləndi betərfi-gülsitan ol,

Eşqimni qılırdı imtahan ol.

Mən dutmuş idim du çeşmi bər rah,

Ta kim, gələ əz təriqi-dərgah.

Nagah Səbayi-nikxahim

Qapdı gəlübən zi sər külahim.

Aydır – Di ver imdi müjdəgani,

Gəlsün dedi ol nigari-cani.

Kim, bu gecədir zəmani-vəslət,

Vəqti-tərəbü hüzuru işrət.

Bu sözün anın çü guş qıldım.

Xızr abı idi ki, nuş qıldım.

Bu mürdə tənim bulub həyati,

Tapdı dilü can zi ğəm nicati,

Rəqs eylər idi tənimdə canım,

Bu şeiri oxur idi zəbanım.

 

 

Şeir əz zəbane-aşeq betəriqe-kamran

(Aşiqin dilindən şadlıq bildirmək tərzində şeir.)

 

Pəh, pəh ki, mənəm o cismi-bican

Kim, nagah ona ulaşdı bir can.

 

Pəh, pəh ki, mənəm o Xızra nisbət

Kim, ana yoluxdu abi-heyvan.

 

Pəh, pəh ki, mənəm səqimi-möhlik,

Hatifdən ana irişdi dərman.

 

Pəh, pəh ki, mənəm şikəstə Yəqub

Kim, buldu vüsali-xubi-Kənan.



 
[ 1-15 ] [16] [17] [18] [19] [20] [21] [22] [23] [24] [25] [26] [27] [28] [29] [30] [ 31-31 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info