Qonaq Kitabı
DƏHNAMƏ

 

Pəh, pəh ki, mənəm əzizi-Kəbə,

Hənnanə irişdi, buldu Mənnan.

Pəh, pəh ki, mənəm o muri-pamal

Kim, verdi ana nigin Süleyman.

 

Ey Xəstə Xətayi şakir ol kim,

Mehr ilə vüsalə döndü hicran.

 

 

Afərin kərdəne-aşeq besəba və ferestadəne-pişe-məşuq

(Aşiqin Səbanı öyməsi və Məşuqənin yanına göndərməsi.)

 

Dedim ki, Səbayə şad bolgil,

Bər kami-dilü murad bolgil.

Xoş zindədilü rəvan fərəssən,

Pür müşk sözün, qəbul nəfəssən.

Qıldın bu vəfalığı mənimlən,

Can ola fəda sana tənimlən.

Dur bir dəxi var ol həbibə,

Ol dərdə düşənlərə təbibə.

Söylə ki, dedi o mehribanın,

Layiq nə gətirsin ərməğanın?

Şəhlər nəzərində töhfə xoşdur,

Yazıq anadır ki, dəsti boşdur.

Gözdən düri-şahvar aparsam,

Ya cani-pür ğübar aparsam,

Can nəstə degil bərayi-canan,

Dür qədri nədir be pişi-sultan.

Gövhər kişinin öz ərməğani,

Öz qədrimisali-tərcümani.

Kim, muri-fəqir ba Süleyman

Payi-mələxi apardı bürhan.

 

 

 

Nameye-dəhhom. Rəftəne-Səba be pişe-məşuq cəhəte-ərməğano hədiyye

(Onuncu məktub. Səbanın hədiyyə ilə bağlı Məşuqənin yanına getməsi)

 

Çün yetdi Səba o yar qatına,

Ol türki-vəfagüzar qatına,

Söyləşdi, cəvabın aldı, gəldi,

Hər sözdə səvabın aldı, gəldi.

Başdan diləmiş ki, dür gətürsün,

Bir damən anınla pür gətürsün.

Həm bilə əqiqi-pür bəhalər,

Yüzdən dəxi dürlü kəhrübalər.

Qılsın yenə neçə nəzmi-əbyat,

Fikr etsin ana hezar kərrat.

Bu qəsd ilə kim, qavuşdu həsrət,

Dəf oldu ğəmü bəlavü möhnət.

Bir vəchilə nəzmin eyləsin der,

Dürtək qulağımda eyləsin yer.

Bu sözləri çün eşitdi guşim,

Qalmadı qərarü səbrü huşim.

Daldım gözüm içrə həmçü qəvvas,

Aldım düri-pakü gövhəri xas.

Yaşımdan alub əqiqi-gülgun,

Yüzüm təbəqin pür etdim əz xun.

Nəzm etdim o dəmdə neçə əbyat,

Fikr etdim ana hezar kərrat.

 

 

Şeir əz zəbane-aşeq nəhce-tələbe-məşuq

(Məşuqənin istəyi ilə Aşiqin dilindən şeir.)

 

Xoş dəm ki, bu cismü canqavışdı,

Canan ilə həm cahan qavışdı.

 

Bu gündürür ol ki, xəstə Yəqub

Yusifdən azub rəvan qavışdı.

 

Bu gecədir ol ki, təşnə Xızra

Heyvan suyu nagəhan qavışdı.

 

Bu dün odurur ki, fəxri-aləm

Ba həzrəti-laməkan qavışdı.

 

Adəmlə bu gün buluşdu Həvva,

Yüz cəhd ilə dər cahan qavışdı.

 

Oldur bu gecə ki, əhli-iman

Uçmağ ilə cavidan qavışdı.

 

Fərxəndə zəman ki, dilbərinə

Ölmüş tən ilə bu can qavışdı.

 

 

Şükr eylə Xətayi, kim səninlə

Ol şahidi-mehriban qavışdı.

 

 

Təvvəccoh kərdəne-aşeq besuye-vəsle-məşuq.

(Aşiqin Məşuqənin vəslinə diqqət yetirməsi.)

 

Qıldım yazuban sözü vərəquş,

Biəql yeridim anda, bihuş.

Şad idim vücudum, oynar idi,

Can həsrət odunda göynər idi.

Səbr etmək idi tənimdə canım,

Axmazdı həvəslə rəgdə qanım.

Varmazdı ayaqlarım zi həsrət,

Görməzdi gözüm yolu zi heyrət.

Xoş yoldur o kim, ulaşa ba yar,

Mənzur ola ana ruyi-dildar.

Xoş varə qədəm be suyi-dilbər,

Mənzil ana bola kuyi-dilbər.

Bixud yerir idim edib əfğan,

Əz buyi-şərabi-vəsli-canan.

Tən canı yetirdi hər neçük var,

Gördüm çü pəri besəhni-gülzar.

Bir şəkl göründü, bir şəmayil,

Əqlim ilə huşum oldu zayil.

Bisəbrü qərarü huş düşdüm,

Qıldım meyi-vəsli nuş, düşdüm.

Dilbər yanıma gəlib oturmuş,

Nazik dizinə başım götürmüş.

Vermiş ləbin ağzıma çü sordum,

Açdım gözümü, yüzüni gördüm.

Başdan yenə getdi ah edib əql,



 
[ 1-15 ] [16] [17] [18] [19] [20] [21] [22] [23] [24] [25] [26] [27] [28] [29] [30] [ 31-31 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info