Qonaq Kitabı
DƏHNAMƏ

 

 

Nameye-sevvom. Rəftəne-Səba be suye-məşuq

(Üçüncü məktub. Səbanın məşuqənin yanına getməsi.)

 

Ol peyk Səba çü mindi atı,

Xoş sürdü iradət ilə qatı.

Gəh gerdə bulaşdı, gəh ğubarə,

İrişdi məqami-gülüzarə.

Gördü ki, çəmən yenə münəvvər,

Zülfindən anın cahan müəttər.

Gördü anı bağbani-məhrəm,

Kim, gözlər idi yolunu hər dəm.

Çəmən yenə münəvvər,

Zülfindən anın cahan müəttər.

Gördü anı bağbani-məhrəm,

Kim, gözlər idi yolunu hər dəm.

Yanına gəlib dedi ki, ey Bad,

Qıldınmı yenə bu kari bünyad?

Qayıt ki, bu işə çarə yoxdur,

Mundan nə cigərdə yarə yoxdur?

Anın təki iti var hezaran,

Fəryad konan, qəm ilə nalan.

Qılmaz birisi anın şikayət,

Olmaz, qamusu bilür, inayət.

Növ aşiq olubdurur o miskin,

Ol dəxi dapar son ucu təskin.

Qayıt, yenə bizni qılma bədnam,

Nagah özüni salma dər dam.

Söylədi Səba ki, əbsəm, əbsəm.

Öldürsə dəxi ki, çəkməzəm ğəm.

Sən varmaz isən varuram özüm,

Ərz eylərəm ana cümlə sözüm.

Mehr etsə, nə ğəm olu himayət,

Qəhr eyləsə, bəs degil kifayət.

 

 

Rəftəne-Səba tənha be didare-məşuq

(Səbanın tək məşuqənin görüşünə getməsi.)

 

Yeridi Səba çü bargahə,

Bağladı təvəkkülin ilahə.

Qıldı yer öpüb dua səlamı,

Ərz eylədi ol şaha kəlamı.

Çün gördü Səbanı Hüsn ilən Key,

Der – Yenə nişə gəlibdürür hey.

Əl urdu, yapışdı yaxəsinə,

Saldı anı bəndi-türrəsinə.

Bağladı cəmin-tarəsilən,

Tar etdi günün sitarəsilən.

Bəs kari-Səba budur müdami,

Zülfi-sənəm ola bəndü dami.

Gördü anı huş rəfte əz tən,

Baxırdı ana zi ruyi-rövzən.

Bəs qıldı mənim sarı səfərni,

Der aşiqə verəyim xəbərni.

Qıldı qəlibən iraxdan avaz,

Bənd etdi Səbanı türki-tənnaz.

Getdi bu sözü deyib rəvani,

Göndərdim ana rəvani cani.

Ol huş nigarə getməsün baz,

Bədxudurur ol nigari-tənnaz.

Nagah bir işdə keyd edər yar,

Ol elçi tək anı qeyd edər yar.

Demiş ki, var ol fəqirə söylə,

Ğəm ləşkərinə əsirə söylə

Kim, oldu yerim bedərgəhi-şah,

Gəlmən mən ana məgər ki, nagah.

Bu söz yenə məni saldı narə,

Ağlıb yenə düşdüm ahü zarə.

Oldu yerim od çün səməndər,

Oldum yaxa yırtubən qələndər.

Çox şikvə qılubzi gərdişi-bəd,

Həm dəxi zi bəxtü taleyi-xəd,

Bixud qılubən fəğanü fəryad,

Bu şeir özümdən eylədim yad.

 

 

Şeir berəsme-şekayət əz tale

(Taledən şikayət yolu ilə şeir.)

 

Vaveyla ki, yar getdi əldən,

Ol sevgi nigar getdi əldən.

 

Yandım ğəm oduna sərbəsər, ah,

Dəstimdə nə var, getdi əldən.

 

Şad olma, könül, çək imdi ğəmlər,

Ğəm həmdəmi yar getdi əldən.

 

Neysan kimi tək gil, ey gözüm, yaş,

Ol tazə bəhar getdi əldən.

 

Bülbül təki dil fəğanə düşgil,

Güldəstə üzar getdi əldən.

 

Bu səbrü qərar getdi məndən,

Namus ilə ar getdi əldən.

 

Canım diləgi, rəfiqü yarım,

Hər nəstə ki, var getdi əldən.

 

Düş ayağa kölgə tək, Xətayi,

Ol sərvi-çinar getdi əldən.

 

 

Məsnəvi

 

Gəh zari, gəhi dilimdə nalə,

Düşdüm yenə mən şikəstə halə.

Yandım ğəm oduna sərbəsər mən,

Oldum yenə məstü bixəbər mən.

Dildən yenə atəş etdi cuşi,

Həm dərdi-dərun edib xüruşi.

Gördüm ki, kim isə yox rəfiqim,

Bu işdə ənisü həm şəfiqim.

Səbr etmək idim dedim behər hal,

Faş olmaya xəlqə sirri-əfal.

Heç səbrü təhəmmülüm yox idi,

Dərdim yüküşü ğəmim çox idi.



 
[ 1-15 ] [16] [17] [18] [19] [20] [21] [22] [23] [24] [25] [26] [27] [28] [29] [30] [ 31-31 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info