Qonaq Kitabı
DƏHNAMƏ

Sən şad olasan cahanda daim,

Öldürdü məni yolunda qayğu.

 

Bir mu mana vermədin saçından,

Ey hüsnü pəri, nə xudurur bu?

 

Hicrin məni uştə dağə saldı,

Sən nerdəsən, ey ğəzalə ahu?

 

Ülkər kimi yolda qıldı çeşmim,

Görsət yüzün; ey nigari-məhru.

 

Döndərdi ğəmin tənim hilalə,

Bir gəz mana görsət axir əbru.

 

Ol incə miyanınız ğəmindən

Hicr ilə vücudum oldu bir mu.

 

Çox yaşimi didədən bu dəm al,

Gəl abi-vüsal ilən məni yu.

 

Sən necə sitarəsən ki, hər şəb

Apardı ğəmin gözümdən yuxu?

 

Dərd ilə Xətayi oldu bimar,

Tiryaki-ləbindən eylə daru.

 

 

 

Nameye-həftom. Rəftəne-əşq besuye-məşuq

(Yeddinci məktub. Göz yaşının Məşuqun yanına getməsi.)

 

Çün yola düzəldi, Yaş getdi,

Əql ilə rəvanü baş getdi.

Axdı, yeridi besuyi-dildar,

Mərdümək adı, özü göhərbar.

Qılmadı bu yolda bir dəm aram,

Sidq ilə işimə qıldı ehram.

Xub sürdü rikabın ol vəfadar,

Ol gülşənə yetdi k-ondadır yar.

Görgəc anı çəkdi atı başin,

Səncidə qılurdu içü daşin.

Heyrət gözü birlə baxar idi,

Yar suyinə könlü axar idi.

Qılmaqda tamaşa gülstanə

Oldu gözü tuş bağbanə.

Çün gəldi yanına bağbanın,

Sordu xəbərin nədir nişanın.

Der: – Qasidəm ol şikəstə zarə

Kim, aşiq olubdur ol nigarə.

Lütf eylə yeri, bu bəndədən var,

Ərz eylə ana dilimdən əsrar.

Degil yenə gəldi özgə qasid,

Təhqiq gəlibdir ol nə qasid.

Bir töhfə əlində gövhəri var,

Arizdir özüvü cövhəri var.

Gər mehr qılursa sərvi-dilcu,

Bağına həmişə bağlayım su.

Çün ona bu növi rüşvə verdi,

Naziklik işinə işvə verdi.

Tez vardı, nigarə söylədi ol,

Ol sevgili yarə söylədi ol.

Der: – Yenə sizə rəsul gəlmiş,

Ba tövrəvü ba üsul gəlmiş.

Pak eyləmiş ol üyuni-zati,

Bənzər kişi oğluna sifati.

Bir töhfə əlində gövhəri var,

Özü əvəz əldə cövhəri var.

Dedim: – Nerədən gəlürsən, ey yar?

Aydır ki, zi aşiqi-cigərxar.

Dildar yenə itabə düşdü,

Zülfi təki piçü tabə düşdü.

Der: – Var, degil ki, getsin anı,

Algil mana əldə tərcümanı.

Var de, desin ol cəfagüzinə

Qatımda özü nədir, sözü nə?

Çox etmə şikayət firqətimdən,

Qurtarmanam anı hirqətimdən.

Məndən apar ana naümidi,

Ta dutmuya vəslimə ümidi.

Bu şerimi qılsun anda ağaz,

Dutmaya ümidi mehrimə saz.

 

 

Şeir əz zəbane-məşuq betəriqe-naomidi

(Məşuqənin dilindən ümidsizlik tərzində şeir.)

 

Ey əbləhü bimuradü bihuş,

Peyğamına dəxi dutmanam guş.

 

Alman səni mən fəraq əlindən,

Qılgil bu xəyali sən fəramuş.

 

Meydanda başını top çalman,

Çövkani-saçım yüz olsa bər duş.

 

Min qatla səni mən eyləmən yad,

Gər qılmaz isən məni fəramuş.

 

Yüz sən təki huşyar könlüm

Eşqim anı qıldı məstü mədhuş.

 

Yetərmi əlin, e dəsti-kutah,

Mən sidreyi-sərvəmü qəbapuş.

 

Bu nəqşi- üzarımın ğəmindən

Yüz lövhi-könüllər oldu mənquş.

 

Niş oldu Xətayiyə bu ənam,

Çün şəhdü şəkər sən eyləgil nuş.

 

 

Amədəne-bağban be suye-əşk. Xəbəre-naomidi

(Bağbanın göz yaşının yanına gəlməsi. Ümidsizlik xəbəri.)

 

Gətirdi çü bağban xəbərni,

Der: – Qıldı qəbul ol göhərni.

Leykin sana şah verdi dəstur,

Getsün dedi tez, oturma, dur, dur!

Göz yaşı bulandı, oldu meygun,



 
[ 1-15 ] [16] [17] [18] [19] [20] [21] [22] [23] [24] [25] [26] [27] [28] [29] [30] [ 31-31 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info