Qonaq Kitabı
DƏHNAMƏ

Könlü bu xəbərdən oldu məhzun.

Ğayətdə məlul, halı zəbzəb.

Bu fikr ilə sürməz idi mərkəb.

Aydır: – Necə varım ol cəvanə?

Eşidə bu sözü, odə yanə.

Hər fikr ilə, hər ğəm ilə yetdi,

Gülşən yörəsini ab dutdi.

Şad oldu könül ki, gəldi Yaşim,

Titrər zi həvəs içimlə daşim.

Çün gəldi mənim yanuma yetdi,

Sordum ana kim, nigar netdi?

Ğəm könlünə xeyli kar qılmış,

Ya cövrü cəfami yar qılmış?

Der – Sorma, əya ğəribü məhrum,

Verməz sana vayə taleyi-şum.

Gər qıldı qəbul töhfəmizni,

Görmədi vəli çü töhfə bizni.

Çün yenə bu sözni eylədim səm,

Ah oduna can tutuşdu çün şəm.

Dedim yenə ol rəfiqi-halə,

Yaşdan dəxi yetmədim vüsalə.

Bəs dəxi nedim, nəsihət eylə.

Əltafü kərəm, mürüvvət eylə.

Aydır – Yenə göndərin ana Yaş,

Ğəmxardurur sana o qəllaş.

Dərdi-dilini o yaxşı bilür.

Əldən gələni yolunda qılur.

Çün töhfəni eyləmiş qəbul ol,

Mehr etməginə ümidvar ol.

Bir ləhzə fəğanü zari qıldım,

Yaşı yüzüm üstə cari qıldım.

Əhlən – dedim – ey gözüm çırağı,

Dur yenə sən eyləgil yarağı.

Ğeyr əz tu bu işdə piş görmən,

Hər yadı özümə xiş görmən.

Sən vargil, əya cigər parası,

Məskən sanadır gözüm arası.

Mərdümlik edib söz etdi qəbul,

Almış nəfəsi xəsisü məchul.

Durdu yenə aldı ərməğani,

Ol sərvə saru gedər rəvani.

Dedim ki, səna qıl ol həbibə,

Bəs halımı ərzə qıl həbibə.

Bəs oxu bu şeri yarə qarşu,

 Bülbül kimi gülüzarə qarşu.

Ta yad edə bu şikəstə halı,

Az edə məgər ğəmü məlalı.

 

 

Şeir əzzəbane-aşeq

(Aşiqin dilindən şeir.)

 

Ey yar, noleydi dilbər olsan,

Ey mah, noleydi mehtər olsan.

 

Bədtərdir işim, ləbim dəxi xüşk,

Tər qılsan oları behtər olsan.

 

Qəhr ilə cəfanı xeyrə döndər,

Kim dutar əlin əgər şər olsan?

 

Rəhm eyləgil imdi bər müsəlman,

Bütsən, nə əcəb ki, kafər olsan.

 

Gümrahdurur könül ğəmindən,

Vəslin saru ana rəhbər olsan.

 

Rəhm eylər idin Xətayiyə sən,

Bir qatla ana bərabər olsan?

 

 

Nameye-həştom. Rəftəne-əşk Bare-dovvom besuye-məşuq

(Səkkizinci məktub. Göz yaşının ikinci dəfə Məşuqənin yanına getməsi.)

 

Çün yola düzəldi, Yaş getdi,

Əqlü dilü didə, baş getdi.

Bulandıvü daşdı, çayə döndü,

Gəh suyəvü gəh həvayə döndü.

Ol sərvi rəvan saru yeridi,

İrişməgə yarə yürür idi.

Ol bağə irişdi hər neçük var,

Etmişdi məqamin anda dildar.

İstib yenə bağibani buldu,

Bir cism idi ol ki, cani buldu.

Dedi ki, həm ol fəqirü bimar

Göndərdi məni sana digər bar.

Var bir dəxi lütf edüb nigarə,

Rəhm edə məgər o dilfikarə.

Ol rüşvə ki, demişəm, bər anəm,

Əz qofte xelaf mən nədanəm.

Mehr etsə, sənindir anda minnət,

Mən mərdüm isəm, sən eylə hörmət.

Almağa cəvabi yeri, var tez,

Al get göhəri bedəst aviz.

Çün bağban aldı ol göhərni,

Vardı ki, ala nədir xəbərni.

Yetürdü nigarə töhfəni çün,

Gördü pərirüx o töhfəni çün,

Der: – Söylə ki, gəlsün ol rəsulə,

Varmı görəli sözü qəbulə.

Gər qabil olursa həzrətimdə,

Xas eyləyəm anı xidmətimdə.

Çün gəldivü bağban dedi – Dur.

Xas etdi səni o yari-məşhur.

Yaş getdi rəvani həzrətinə,

Mədh etdi duayi-dövlətinə.

Yar aydır ana ki, ey cigərxun,

Çox etmə bu yolda sən cigər xun.

Derlər səni çünki zadi-mərdüm,

Olmuş vətənin səvadi-mərdüm.

Hər yerdə ki var, hörmətin var,

Hər xanda ki olsa, izzətin var.

Çün əslilə mərdüməklisən sən,

Gəlgil mana kim, gərəklisən sən.

Sərvəm, dilərəm yanımda bir cu,

Gülzari-cəmalimə gərək su.

Bir çeşmə gərək önümdə pür ab,

Ta bola ləbim anınla sirab.

Şirin ləb isəm xoş ola gülgün,

Xunxarə isəm, mana gərək xun.



 
[ 1-15 ] [16] [17] [18] [19] [20] [21] [22] [23] [24] [25] [26] [27] [28] [29] [30] [ 31-31 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info