Qonaq Kitabı
DƏHNAMƏ

Nameye-şəşşom. Rəftəne-name Behəmrahiye-ah Besuye-məşuq

(Altıncı məktub. Məktubun Ahın yoldaşlığı ilə Məşuqənin yanına getməsi)

 

Qıldı sözümü qəbul məktub,

Əzm etdi, yeridi suyi-məhbub.

Mindi yenə Ahımın rikabın,

Tərk etdi bu yolda xurdü xabın.

Yetürdü özin be kuyi-dildar,

Çün aldı dimağə buyi-dildar.

Uğraşdı yenə o bağbanə,

Sordu – Nişə gəldin, ey fəsanə?

Dün munca məlamət etdi ol yar,

Yox səndə, nə onda ğeyrətü ar.

Mindin niyə neyçün atəşin at,

Gəldin çü piyadə, qaldı şah mat.

Ol sözlə səni çü göndəribdir,

Bir söylə ki, nişə döndəribdir?

Der Nanə ki, ana söylədim çox,

Dutmaz sözümü, qərarı heç yox.

Zinhar qılur ki, tanriçün var,

Ta rəhm edə mən fəqirə ol yar.

Ya qıla səni bu yolda parə,

Ya dəxi qılam bir özgə çarə.

Bir dəxi var anda, ey vəfalu,

Xeyr olur işin əgər xətalu.

De müshəfi-ruyiniz həqiçün,

De heykəli-muyiniz həqiçün,

Gəlmiş yenə ol rəsuli-aşiq,

Ol pak nəzər qulami-sadiq.

Bir neçə pəyami var qatında,

Ərz eyləyə anı həzrətində.

Vardı yenə yarə bağbani,

Təşviş oduna əridi cani.

Toxuşdu dili gəlib kəlamə,

Aydır – Yenə gəldi dünki Namə.

Miskin yenə fikri-xam bişürmiş,

Ol bihudəni yola düşürmüş.

Eşitdi bu sözni, cuş qıldı,

Peymaneyi-qəhri nuş qıldı.

Der var gətir ki, kimdürür ol,

Munca nə gəlür beqovli-mahövl,

Qorxmadı məgər zi kari-mazi?

Qurtulduğuna degilmi razi?

 

 

Amədəne-bağban pişe-name. Be xedməte-məşuq bordən

(Bağbanın məktubun yanına gəlməsi və onu Məşuqənin xidmətinə aparması.)

 

Ol dəxi gəlib edir ki, dur, dur.

Gəlsin dedi munda yari-məşhur.

Leyk etdi itabilən xitabi,

Der anlamadımı dün cəvabi.

Yüz qaralığilə vardı Namə,

İrişmədigin bilirdi kamə.

Çün gördü onu nigari-məhru,

Der – Yenə nə gəldin, ey əbəsgu?

Heç söyləmədin alıb əlinə,

Baxdı açıb anın əvvəlinə.

Qazıdı, götürdü nami-cəbbar,

Pəs eylədi naməni du səd par.

Çün gördü anın bu halına huş,

Gəldi mana biqərarü bihuş.

Gəldivü iraxdan etdi avaz:

- Qəhr etdi rəsulə türki-tənnaz.

Səd parə qılıbdır ol sitəmkar,

Gəlməz dəxi var, özünə qıl çar.

Bu söz yenə qıldı canı büryan,

Ğəmnak könülni, çeşm giryan.

Vardım yenə ol rəfiq qatına,

Ol munisü dil şəfiq qatına.

Çox etdi mənimçün ahü vayi,

Gözündən axıtdı dürlü çayi.

Der: – Xanda bulam əlacın, ey yar,

Kimdən bitə ehtiyacın, ey yar.

- Sən bil, – dedim, – ey mana mürəffəq,

Öldüm bu ğübar ilən mühəqqət.

Fikr edüb aşağə saldı başin,

Der – Göndər ol ayə çeşm Yaşin.

Mərdümzədələrcə möhtərəmdir,

Kim möhtərəm olsa, ol hərəmdir,

Dilbər qapusuna ol səpər su,

Qoymaz gözünə bağəflət yuxu.

Axar sənəm ayağına çün çay,

Dürdanə bilən səni qılur bay

Xüşk olsa damağ, edər tər ol yaş,

Pür qıldı gözün zi gövhər ol yaş.

Həm dəmbədəm ol yüzün aridür,

Hiç olmaz anın təki arı dür.

Dür töksün önünə danə-danə,

Yar andan edər qulağə tanə.

Eynindən olur rəvan çü zəmzəm,

Oldur sənin ilə doğru həmdəm.

Boldum çü vüquf bu xəbərdən,

Qan doldu iki gözüm cigərdən.

Mərdümə dedim ki, nuri-eynim

Kim, səndən alur bu nuri eynim.

Bu gün mənim ilə bir iş işlən,

Fərzəndinizi mana bağışlan.

Kim, elçi qılam o dilrübayə,

Şayəd ki, bulam anınla vayə.

Gözüm bu sözün dutub dedi: – Al,

Fərzəndi-əziz, caməsi al.

Çox sərzəniş etdi ana kirpük,

Ta ola mənim işimdə çabük.

Mərdümdən alub betöhfə gövhər,

Axdı, yeridi besuyi-dilbər.

Dedim ki, nigarə ver səlami,

Sonunda oxu bu qaç kəlami.

Ol səxt dili məgər ola nərm,

Sərd ikən ola bizimlən ol gərm.

Bəs oxu bu şeiri yar qatında,

Ağla bəsi zar-zar qatında.

 

 

Şeir əzzəbane-aşeq be təriqe-elhah

(Aşiqin dilindən yalvarış tərzində şeir.)

 

Ey tuba budağı, sərvi-dilcu,

Ey bağça nihalı, yari-niku.

 



 
[ 1-15 ] [16] [17] [18] [19] [20] [21] [22] [23] [24] [25] [26] [27] [28] [29] [30] [ 31-31 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info