Qonaq Kitabı
DƏHNAMƏ

Hörutdan ol be fitnə fəttan,

Həm sehr ilə Samiridən ustad.

 

Görməyə cəhan içində nöqsan,

Ol hüsni mələk, rüxü pərizad.

 

Hər dəm yaşım, ey Əzizi-Misri,

Yanında axar çü şətti-Bağdad.

 

Çün sana Xətayi aşinadır,

Olmuşsan ana nə mənidən yad?

 

 

Nameye-nohhom. Rəftəne-əşk bare seyyom besuye-məşuq

(Dördüncü məktub. Göz yaşının üçüncü dəfə Məşuqənin yanına getməsi.)

 

Ol əşk yenə çü mindi atı,

Ümmid ilə atı sürdü qatı.

Çox lölö götürdü ərməğani,

Ol sərv saru gedər rəvani.

Çün yetdi bekuyi-kaxi-dilbər,

Gördü sənəmi-firiştə peykər.

Bər səhni-sərirü tac bər sər,

Durmuş ayağ üstə sərvi-ərər.

Yaşım çü irişdi həzrətinə,

Ol yari-vəfalu xidmətinə.

Məndən çox ana qılıb dualar,

Kəşf etdi dua ilən sənalar.

 

 

Şeir əz zəbane-aşeq betəriqe-dua və səna

(Aşiqin dilindən dua və alqış tərzində şeir.)

 

Yarəb, sana həq bola nigəhdar,

Üşşaqinə bol ğəmində ğəmxar.

 

Bimarə vüsalın oldu şərbət,

Hər işdə sana həq edə timar.

 

Hafizliğ içün du zülfi-zəngi

Ol Rumi rüxündə ola dəvvar.

 

Gülzari-cəmalınız ğəmindən

Bülbül təki eyləsün məni zar.

 

Gənci-rüxün üstə hafiz etsün

Bir həlqə saçını həmçü şəhmar.

 

Mən kimi hezar aşiq olsun

Ol mehri-rüxün ğəmindən əfkar.

 

Gül kimi üzarınız cəfası

Qılsun dilü canları pür əz xar.

 

Hicrində Xətayi xəstə halə

Vəslini qıla çələb nigəhdar.

 

 

Nərm şodəne-dele-məşuq və həvadariye-əşk və tərif kərdəne-ura

(Məşuqənin ürəyinin yumşalması, göz yaşına Havadarlığı və onu öyməsi)

 

Eşitdi bu sözni sərvi-dilcum,

Oldu dili-səxti nərm çün mum.

Çox eylədi Yaşə mədhü təhsin,

Təhsin ilə qıldı sözni təzyin.

Aydır ki, əya düri-məani,

Kim mərdüm ola budur nişani.

Qıldın çü mənimlə əhdinə cəhd,

Bəs mərdüm olan dürüst edər əhd.

Bəs sordu neçükdürür bu miskin,

Hicran qəfəsində mürği-ğəmgin?

 

 

Şeir berəsme-porsidəne-məşuq hale-aşeq

(Məşuqənin Aşiqin vəziyyətini soruşması tərzində şeir.)

 

Der söylə ki, ol ğəmin əsənmi?

Hicrində gözü nəmin əsənmi?

 

Ol eşqimə sadiqim nə işdə?

Ol könlü arı zi kin əsənmi?

 

Kafir gözüm anı çox qınadı,

Mehrim təki əhli-din əsənmi?

 

Ayrıldı cəmali-Yusifimdən,

Yəqubi-dili-həzin əsənmi?

 

Ğəm yükün o mur çəkdi çün fil,

Səbr ancaq ola həmin, əsənmi?

 

Çox etdi Xətayiyə cəfa hicr,

Ol əhdü vəfayə çin əsənmi?

 

 

Rəha kərdəne-məşuq səbara və ozr xastəno ferestadən be aşeq

(Məşuqənin Səbanı azad etməsi, ondan üzr istəməsi və Aşiqin yanına göndərməsi.)

 

Dilbər çü oxudu bu sənanı,

Dağıtdı kəməndi-dilfəşanı.

Ol peyk Səbanı qıldı azad,

Şirinə yürütdü mehri Fərhad.

Çox verdi ana nəsihətü pənd,

Aydır ki, əya şikəstə dər bənd,

Laf edər idin zi danişü kar,

Bala ilə zirdənəm xəbərdar.

İsa nəfəsilə həmdəməm mən,

Hər türreyi-yarə məhrəməm mən.

Afaqi-cahanda uraram laf,

Olur səfərim zi Qaf ta Qaf.

Bəs nişə zi bəhri-aşiqi-nov

Bənd olasan, ey həmiqi-gəcrov.

Xaçan ələ girə nuş biniş?

Mərhəm qılunur həmişə bər riş.

Bilməz çü vəfayi kim cəfalər,

Bilür çü cəfa görən vəfalər.

Həm qədri-behişti ol bilür kim,

Kim yanmış ola o dər cəhənnəm.

Kim çəkməsə rahi-Kəbəni həm,

Rahət nə bilür zi abi-zəmzəm?



 
[ 1-15 ] [16] [17] [18] [19] [20] [21] [22] [23] [24] [25] [26] [27] [28] [29] [30] [ 31-31 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info