Qonaq Kitabı
DƏHNAMƏ

Həm huş yerindən eylədi nəql.

Əmzirdi ləbi-pür əz həyati,

Tapdı yenə dil bər əz nicati.

Şirin dodağilə toxdadı can,

Ölürmi içənlər abi-heyvan?

Açdım yenə çün gözümni nagah,

Görəndə dedim ki, həmdülillah.

Bu sənmisən, ey nigari-məhru?

Ta xeyli-xəyalım olmasun bu?

Vəslin anuban ola könül xoş,

Mənidə xəyal ola əlim boş.

Bihuş könül çü gəldi ba huş,

Aldım anı can kimi dər ağuş.

Kam aldı bu dil be buseyi-çənd,

Ləlindən əmirdi şəkkərü qənd.

Gəh yüzün öpüb, gəhi ləbanın,

Gəh ləlin əmib, gəhi zəbanın,

Gəh zülfin edirdim əldə dəstə,

Gəh said olub, gəhi xocəstə.

Gəh ağzım ilən dutub dilini,

Gəh qolum ilən qucub belini.

Gəh hüsni təki vüsalə məğrur,

Gəh çeşmi misalı məstü məxmur.

Gəh payinə döşəyib yüzümni,

Gah heyrət ilən görüb özümni.

Gəh sinə qoyub bu sinəsinə,

İkram edər idi sinə-sinə.

Gəh zülfi təki öpüb ayağın,

Dişlib çü məgəs gəhi dodağın,

Gəh qucar idim belin kəmərvar,

Gəh dişlər idim dilin səmərvar.

Gəh kəfşinə can olurdu qurban,

Gəh yaşım ana gedirdi ğəltan.

Gəh boynuna qolum eyləyib piç,

Ləlin qıç edib, dəhanını miç.

Gəh qaşına can olurdu qurban,

Gəh oxuna cism olurdu qalxan.

Gəh tökər idi du didə Ceyhun

Dişlib dodağın olurdu pür xun.

Gəh ruzi-fəraqi fikr edirdim,

Gəh vəsl güninə şükr edirdim.

Gəh zülfi təki boyundan aslu,

Gəh kəfşi təki ayağda yaslu.

Gəh hali-dilim qılıb təfəkkür,

Derdim neçə beyti dər təhəyyür.

 

 

Şeir əz zəbane-aşeq bər vəche-təhəyyore-məqame-vəslət

(Qovuşma çağının heyrəti münasibətilə Aşiqin dilindən şeir)

 

Can xoşdur əgər buluna canan,

Qul xoşdur əgər yetər be sultan.

 

Aşiq nə xoş ola hicr əlindən

Qurtulavü yarə ola mehman.

 

Gər dönsə fərağə vəslət, eyvay,

Xoşdur ki, vüsalə dönsə hicran!

 

Xoşdur ğəm içində piri-məhzun,

Ta ki, yetə ana xubi-Kənan.

 

Xoş bola qaranğu gecələrdə

Görünə tülui-mahi-taban.

 

Ya zülmət ara qalan Sekəndər

Xoş buldu zülali-abi-heyvan.

 

Ğəm yemə, Xətayi, şad bol kim,

Mehr ilə vüsalə döndü hicran.

 

 

Məsnəvi

 

Ol gül kim, ana dil oldu bülbül,

Gülzari-rüxündə verə nur gül

Ol şuxə ki, can olurdu Fərhad,

Şirin dodağından aldı yüz dad.

Ol yarə ki əql olurdu Məcnun,

Uş Leyli saçına oldu məqrun.

Pərvanə idi o şəmə bu can,

Bir tabi-rüxündən oldu büryan.

Ol mahə ki, can müştəridi,

Vəslət gecəsində xoştər idi.

 

 

 

Təhsin kərdəne-məşuq Səbre-aşeqra. Hecran və fəraq

(Məşuqənin Aşiqin dözümünü öyməsi. Ayrılıq)

 

Təhsinim edərdi ol pəri ru,

Çəkdinmi fəraqü dərdü qayğu.

Zar etdi səni bu ruyi-çün gül,

Gül görməsə, səbr edərmi bülbül?

Bir badə qurur, zi tabi-hicran

Gər içməsə səbzə abi-baran.

Halın nə ləbimdən ayru miskin?

Fərhad ölür zi dərdi-Şirin.

Pərvərdə bolurmu cismi-biruh?

Olmasa gəmisi, ğərq olur Nuh.

Zar oldu be dərdi-eşq Əyyub,

Səbr eyləmədi fəraqə Yəqub.

Gər hicr yüki düşər bəirə,

Kafir xaçan uğraşur səirə?

Gər yükləsə hicr odun cibalə,

Çovğundan olur zühur nalə.

Gər firqəti salsan asimanə,

Göglərdə mələk cəmii yanə.

Hicran odu gər düşər zəminə,

Yandıra zəmini-həftüminə.

Gər hicrin odu düşərsə bəhrə,

Bəhr ola çü bər düşüb be qəhrə.

Gər olmasa firqətü bəla, bil,

Olmazdı həzar nitqə qabil.

Pərvanə əgər fəraqə yanmaz,

Ğəltan oluban oda boyanmaz.

Eşq əhli fəraqə düşməsəydi,

Məşuqə pəri qarışmasaydı.

Məndən sorar idi yari-cani,

Sevməkdə qılırdı imtahani.



 
[ 1-15 ] [16] [17] [18] [19] [20] [21] [22] [23] [24] [25] [26] [27] [28] [29] [30] [ 31-31 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info