Qonaq Kitabı
DƏHNAMƏ

Dedi – Yenə gəldin, ey siyəh ru.

Qorxu bilə namə düşdü lərzə,

Olmaya dedi sözümdə hərzə.

Şükr etdi başında hu görəndə,

Öz adimə qıldı tu görəndə.

Sər ta qədəm oxudu kitabi,

Başladı itab ilən xitabi.

 

 

Həzl kərdəne-məşuq namera

(Məşuqənin məktuba istehza etməsi.)

 

Ey yüzü qara, füzul, ədəbsiz,

Heç bilmədiniz nədir ədəb siz.

Ari su toxunsa tər bolursan,

Yeldən dəxi dərbədər bolursan.

Əslindürür ol çürük ləvatə

Kim, dirələr ani əz sibatə.

Gərçi səni əhli-məni derlər,

Çox sözüni bülməəni derlər.

Yüzün ikidir, biri siyəhdir,

Hər ruyi-siyah pür günəhdir.

Qəddini qılur yazan kişi xəm,

Ta olmayasan hava görüb nəm.

Kim sən təki sudan eyləsə bak,

Nabak derəm ki, olmaz ol pak.

Nə suyə giricisən, nə oda,

Daim sən olasan uş bu xuda.

Gər zahirinizdə nəstə yoxdur,

Leyk alacalığ içində çoxdur.

Salus kimi əridübən daş,

Bir barmağ açub sirin qılur faş.

Görən kişi səndə bu səbati,

Sürtər yüzünə gəhi dəvati.

Hey beylə cəvanü hərzə gusən,

Ğeybətçi, yalançı tubetusən.

Çox yerdə yüzünə xak edərlər,

Çox suda yaxanı çak edərlər.

Biəqlü zəbanü bibəsərsən,

Anın içün çü xaki-sərsən.

Qılsam səni parə-parə şimdi,

Etsəm yüzüni qarə şimdi,

Heyfa ki, başında nami-həqdir

Kim, əksük işin təmami həqdir.

Məndən hələ var o xamə söylə,

Çox elçi uyurma, namə söylə.

Hər ləhzə xəyali-fasid etmə,

Özin tanımazni qasid etmə.

Çox etmə dəxi bu fikri-xami,

Bir çöpə degil yanımda nami.

Sevdayi-əbəs dəxi bişürmə,

Ol mərtəbədən özün düşürmə.

Dutma dəxi vəslimə ümidi,

Çün adətim oldu naümidi.

Demə dəxi möhməlü əbəslər,

Söylər əbəs işi bulhəvəslər.

De məndən ana bu neçə sözni,

Dutmayə dəxi vüsalə gözni.

 

 

Şeir əz zəbane-məşuq be təriqe-naomidi

(Məşuqənin dilindən ümidsizlik tərzində şeir.)

 

Ey bülhəvəsü şikəstə ğəmnak,

Yüz sən tək olursa, eyləmən bak.

 

Kur olsa be giryə hər du çeşmin,

Nə sürmə verəm, nə bir ovuc xak.

 

Əlin kəsərəm bu damənimdən,

Gər yaxən olursa yüz gəz çak.

 

Gər bəhri-cəvahir olsa şerin,

Sallam bekənar həmçu xaşak.

 

Sən adəm isən, firiştəyəm mən,

Pak ilə hərim olurmi napak?

 

Mən yerdə ününi dinləməzmən,

Fəryadın əgər yetər be əflak.

 

Vəslümə Xətayi şad bolmaz,

Ğəmnak dil olsa, didə nəmnak.

 

 

Nameye-pəncom. Əz tərəfe-məşuq be aşeq

(Beşinci məktub. Məşuqdan aşiqə.)

 

Bu sözü çü Namə guş qıldı,

Sərtasər özüni puş qıldı.

Çox oldu məlul, piçə düşdü,

Kim, lafi bu yolda hiçə düşdü.

Der: – Necə varım mən ol fəqirə?

Biçarəyə, dərd ilən əsirə.

Mindi yenə huş atını Namə,

Yüz ğəm ki, irişmədim məramə.

Mən anda şikəstə, zarü giryan,

Yola baxuban cigər çü büryan.

Müştaq rəsulə gecə bixab,

Tökürdü rəfiq didədən ab.

Nagah göründü, Namə gəldi,

Dedim ki, işim nizamə gəldi.

Verdi gəlübən mana səlami,

Sordum: – Necədir yarın kəlami?

Dil bəstəvü xəstə görünürsən,

Ğəmginü şikəstə görünürsən.

Der: – Sorma, əya zəlilü məhrum,

Verməz sana yari taleyi-şum.

Olmadı sözüm qəbul yarə,

Qəsd etdi qıla tənimni parə.

Ünvanimə hörmət etdi bari,

Həqq adına qıldı etibari.

Andan səni andı, qıldı bidad,

Mən qılamazam o sözləri yad.

Çün yenə bu sözü eylədim guş,

San ağu şərabin eylədim nuş.

Axdı yenə qanlı yaş gözümdən,

Getdim bixud oluban özümdən.

Dildən yenə atəş etdi cuşi,

Həm dərdi-dərun edib xüruşi,



 
[ 1-15 ] [16] [17] [18] [19] [20] [21] [22] [23] [24] [25] [26] [27] [28] [29] [30] [ 31-31 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info