Qonaq Kitabı
DƏHNAMƏ

Yalğuz mən olam, əgər qıla ədl,

Tənha mən olam əgər qıla bəzl.

İzzət kim, edər hücumi-kəsrət,

Məqbuli-dua olur bu vəhdət.

Dedim: – Kərəm etdin, ey müvafiq,

Məhfuz olasan zi hər münafiq.

Yetür yerə anda hər ədəb var,

Yetməz işi xanda biədəb var.

Qatında sözün degil ki, ey şah,

Ol bəndə gərəklidir be dərgah.

Sən şahsən, ol ğulami-kəmtər,

Baxmazmı ğulamə şahi-kişvər.

Zülfin ki, bənövşədir, yüzün gül,

Güllər diləməzmi sövti-bülbül?

Gər ləlin isə çü Şirin, ey yar,

Fərhad gərəkdir ana bir zar.

Gər zülfi-siyahın oldu Leyli,

Məcnun ona gər qılursa meyli,

Gər şəmi-rüxündür atəş əfruz,

Pərvanə gərəkdir ana dilsuz,

Gər ləblərin oldu şəkkər əfşan,

Bir tuti gərək yanında xoşxan.

Zülfin isə dami-pür bəladır,

Olmazmı o damə mübtəladır.

Ol ğəmzə ki, tir edər fəşanə,

Bir sinə gərək ana nişanə.

Gər Yusif isən be Misri-dil şah,

Yəqub gədək ğəmində pür ah.

Ol mur misali, sən Süleyman!

Bir mur gərək çü bəndə fərman!

 

 

Şeir əz zəbane-aşeq

(Aşiqin dilindən şeir.)

 

Şah şahlığ edər çü nökər olsa,

Eşikdə ğulami-kəmtək olsa.

 

Xoşdur fələk üstə mahi-dilcu,

Amma ki, yanında ülkər olsa.

 

Xurşid önündə zərrə xoşdur,

Göglərdə müzəyyən əxtər olsa.

 

Daim yaşım ayağına damsun,

Sərv ayağı xub olur tər olsa.

 

Hüsni sifətin yazım kitabə,

Vəsfində xoş ola dəftər olsa.

 

Çövkan kimi zülfi var eşitdim,

Top olmağa ana bir sər olsa.

 

Alsun qulağa Xətayi şeirin,

Şahlar qulağında gövhər olsa,

 

 

Be təşbih quyəd

(Bənzətmə üçün deyir.)

 

Bəs söyləgil, ey Səba, İsara,

Ol mürdəni zində qıl, xudara.

Var anda münasibət sizinlə,

Təşbihi-mütabiət sizinlə.

Zülfin kimi qəddi xəm bolubdur,

Türrən ğəmində behəm bolubdur.

Könlü dəhənin misalidir təng,

Bağrın təkidir məqam ana səng.

Çeşmin kimidir əlilü rəncur,

Xəttin kimidir vücudi bir mur.

Ləlin təki çeşmi gövhər əfşan,

Zülfin kimi fikridir pərişan.

Ğəmzən kimi cismi tir ilən pür

Dişin kimi çeşmi dopdolu dür.

Müjən kimi könlü səhm içində,

Ağzın kimi zatı vəhm içində.

Muyin təki muyədən çü mudur,

Tiğin kimi çeşmi dolu sudur.

Hicrin təki vəslə çox ümidi,

Mehrin kimi fikri naümidi.

Türrən kimi bağlu biqərar ol,

Əksin kimi xəlqə mehrdar ol.

Kəfşin tək işi ayağa düşmək,

Saçın kimi solü sağə düşmək.

Qoy pirəhənin tək ola məhrəm,

Tərlik tək ola boyunla həmdəm.

Uzun saçınız təki ricası,

Cüz ğəm dəxi yoxdur aşinası.

Yaman gün içində xuyiniz tək,

Olmuş təni incə muyiniz tək.

Qucmaq dilər ol belin kəmərvar,

Yolunda anın təki kim ər var.

Saçın təki qəddi dalə dönmüş,

Ləlin kimi yaşı alə dönmüş.

Dür kimi sözün dutub qulağə,

Düşmüş çü vəfan özü irağə.

Belin təkidir zəif avaz,

İşin təki halı müxtəlif saz.

Gözü yüzünüzdə zəngulun tək,

Pür lərzə vücudu mərğulun tək.

Düşmüş zənəxin misali çahə,

Baxar yüzüni ananda mahə.

Cədin kimi əgri qəddi anın,

Mehrin təki yox da həddi anın.

Gözün təki cismi sayruluğda,

Qaşın kimi taği ayruluğda.

Güzgün tək özin dilər müqabil,

İrməz çü rəqib rəncə qabil.

Saçın təki başı payə düşmüş,

Fəryad ilə çəngü nayə düşmüş.

Alətləri mehr ola günüz tək,

Ğərqə yaşına çü səfiniz tək.

Var hümməti boyunuz tək əla,

Zülfin təki başı pür zi sevda.

Doğru yoluna misal balan,

Pürxun cigəri besani-lalan.

Çün səndə nə vardır anda dəx var,

Ağlatma yetər ki, xəndə dəx var.

 

 



 
[ 1-15 ] [16] [17] [18] [19] [20] [21] [22] [23] [24] [25] [26] [27] [28] [29] [30] [ 31-31 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info