Qonaq Kitabı
DƏHNAMƏ

Bəxtim əlidən şikayət etdim,

Ucundan anın çü canə yetdim.

 

Şeir əz zəbane-aşeq berəsme-şekayət əz tale

(Aşiqin dilindən taledən şikayət tərzində şeir.)

 

Dedim ki, ilahi, bəxti-bədkar,

Görüm ki, həmişə ola bidar.

 

Qurtulmadı can bu dərdü ğəmdən,

Ta necə bolam şikəstə bimar?

 

Ta key qılasan gədani məhrum,

Gəlmə dəxi yanimə, yeri, var.

 

Həq qatda şikayət edəsimən,

Cövründən, əya nügunü bədkar.

 

Dil pür ğəmü can işində rəncur,

Göz qan ilə dolu, canım əfkar.

 

Dövründə sənin bu xəstə halın

Gəh zaridir işi, gah bizar.

 

Ey tazə güli-bəhari-xubi,

Ta key qılasan cigərni pür xar?

 

Ta necə Xətayi dərdməndin,

Rövşən gününi sən edəsən tar?

 

 

Məşvərət kərdəne-aşeq ba rəfiq

(Aşiqin dostu ilə məsləhətləşməsi.)

 

Yenə dedim ol rəfiqə halım,

Artırdı qatı ğəmü məlalım.

Bu işə həq içün eylə tədbir,

Əldən gələn işi qılma təqsir.

Bu dərdilə mən həmişə zarəm,

Ğəmxar beh əz tu kəs nədarəm.

Fikr etdi başın çəkib becamə,

Der – Bir dəxi göndər ana namə.

Əvvəl göricək şəfi olur kəs,

Çox görsə sözü qəbul edər bəs.

Həm aləmin oldurur rəsuli,

Kəs söz deyən eyləməz üduli.

Şahdan gedər ol həmişə şahə,

Girər biicazə bargahə.

Çindən yazılıb Xətayə namə,

Gəh Rumdan elçi getdi Şamə.

Hökm etdi anın bilə qəyasir,

Qılmışlar ol çox oldu nasir.

Ol yaxşı-yamandan eləməz xovf,

Saxlar qamunun sirini dər cövf.

Hər söz desən anda ani söylər,

Nə özgə kimi yalanı söylər.

Saxlarlar anı baş daim,

Qoyarlar öpüb qaş üstə daim,

Söylər sözü, gərçi dili yoxdur,

Avaz ilə qalü qili yoxdur.

Yazılı başında nitqi-allah,

Hər yerdə var ana mənzilü cah.

Cahil kişi birlə yox səfası,

Aləmlərin oldur aşinası.

Gəh dili əcəm, gəhi ərəbdir,

Pür rəsmü üsul, ba ədəbdir.

Qılurlar ana çox ehtirami,

Xətmində görəndə vəssəlami.

Andandurur adı pak damən,

Yaman deməz ana yaxşı-yamən.

Mən dəxi yonub rəvani xamə,

Yazdım be həvəs fəraqnamə.

Yazdım başı üstə nami-cəbbar,

Sonunda hezar barə zinhar.

Kim, sana ğulamü çakərəm mən,

Əz cümlə kəminə kəmtərəm mən.

Çox yalvaruban çü yazdım ani,

Dedim – Aparıcı şimdi xani?

Der – Qoşgil anınla peyki-ahın,

Varmaya yüzinə padşahın.

Kim, bəddir anın nəfəs məqali,

Tünd etməyə ayinə cəmali.

Söylə xunu olsun ol şəfiqi,

Yandırmaya yolda ta rəfiqi.

Çün Ahimə verdim uş bu pəndi,

Dur indi dedim, sözüm tükəndi.

Çün Ahilə gögə çıxdı Namə,

Əzm etdi gedər o dilrübamə.

Dedim ki rəsulə yari-ğarım,

Tez gəl ki, gedibdir ixtiyarım.

Hər işdə çü ittifaq xoşdur,

Ağacda pərü budağ xoşdur.

Puş etdi yüzüni, aç gözüni,

Bəs ərzə qıl anda hər sözüni.

Bu şeirimi yarə söyləgil sən,

Ol lalə üzarə söyləgil sən.

 

 

Şeir əz zəbane-aşeqe-sadeq

(Sədaqətli aşiqin dilindən şeir.)

 

Ey sevgi nigar böyləmolur?

Üşşaqinə yar böyləmolur?

 

Hicran qışı birlə zar qaldım,

Ey tazə bahar, böyləmolur?

 

Gülzari-rüxün ğəmindən oldu

Bağrum dolu xar, böyləmolur?

 

Ol nuri-rüxündən ayru, ey mah,

Yaxdı məni nar, böyləmolur?

 

Zülfinlə üzarın aldı canım,

Hər leylü nahar, böyləmolur?

 

Oxunla Xətayi boldu məcruh,

Hər oxa şikar böyləmolur?

 

 



 
[ 1-15 ] [16] [17] [18] [19] [20] [21] [22] [23] [24] [25] [26] [27] [28] [29] [30] [ 31-31 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info