Qonaq Kitabı
DƏHNAMƏ

Derdim mən anı neçük qılım ədd,

Sevməkdə səni qılamazam hədd.

Yanımda hezar hur olursa,

Yüz işvəvü naz əgər qılursa,

Hər biridə səd girişmə bolsa,

Alışma ilən verişmə bolsa.

Bir dərdü xəyalın olsa dildə,

Ya mehri-cəmalın olsa dildə,

Qılmayam olarə könlü mayil,

Olmaya yüzün xəyalı zayil.

Hər gözüm əgər olursa yüz göz,

Bir yüzüm əgər oleydi yüz yüz,

Səndən kəsəmən o gözlərimni,

Sallam ayağına yüzlərimni.

Hər əldə hezar barmağ olsa,

Birində hezar dırnağ olsa,

Yazar sifətin hezar barmağ,

Pak edə qələmni nuki-dırnağ.

Hər payım içün gər olsa yüzpam,

Səd dəst ola gər bu dəsti-yektam,

Eşqinlə oları basmasaydım,

Daməndən əlimni kəsməsəydim.

Bir ağzıma gər oleydi yüz dil,

Bir qəlbim əgər oleydi min dil,

Bular sifətin sözün deyeydi,

Olar ğəmi-eşqiniz yeyeydi.

Hər başda hezar başım olsa,

Hər gözdə hezar yaşım olsa,

Başları yolunda oynadaydım,

Yaşları sana nisar edəydim.

Bir təndə hezar ruhum olsa,

Hər birinə ömri-Nuhum olsa,

Ruhumu qılam qaşına qurban,

Cismimi qılam türabə yeksan.

Bir dişdə hezar dişim olsa,

Hər dəmdə hezar işim olsa,

Dutam ləbini o diş ilən mən,

Hökmində olam hər iş ilən mən.

Ol gecə nə boldu yar ilən hal,

Dilim deyəməz sifati-əfal.

Zövqü tərəbü hüzuru vəhdət,

Əfsaneyi-hicrü qövli-həsrət.

Qorxardı bu könlüm əz səhərgah,

Pozmaya gəlib hüzüru nagah.

Gözüm baxar idi suyi-rövzən,

Daim siyəh ola ruyi-rövzən.

Yarəb, uzun eylə leyli-vəsli,

Üşşaqə budur muradi-əsli.

Faş eylə müdam ruyi-kövkəb,

Rəf etmə həmişə pərdeyi-şəb.

Xurşidi müdam dər hicab et,

Ğəmmaz gözünü dər niqab et.

Əşya gözidin götürmə tabi,

Aşiq qılur andan ictinabi.

Bu sözdə idim nigar dər bər,

Oxudu müəzzin “allah əkbər”.

Dedim ki, diriğ, gecə keçdi,

Heç biləmədim ki, necə keçdi.

Baz oldu fəraq ruzi-vəslət,

Kam almadı dil bevəqti-fürsət.

Ah eylər idim ki, düşməyim dur,

Yuxudan oyandı çeşmi-məxmur.

Aydır – Nədir ey vüsalə məhrəm,

Ahın nədir, ey yanımda həmdəm?

Xud vəslə səni hərəm qılıbmən,

Bağrın qanilən gözün silibmən.

Dedim – Nə sorarsan, ey pəri çöhr,

Anla gün irişdi dər şəbi-mehr.

Gündüz nə bilir bu sirri xali,

Əğyarə zühur edir xəyali.

Gecə irişür həbibə məhbub,

Talib gecə buldu kamü mətlub.

Ol fəxri-cahanü nuri-fürqan

Həm gecə irişdi nəzdi-sübhan.

Şəb çıxdı be kuyi-Tur Musa,

Şəb axdı fələk yüzünə İsa.

Vəh, vəh ki, tükəndi vədeyi-vəsl,

Göründü mana bu ruzi-biəsl.

Üstümə lihafi eyləyib puş,

Aldım yarı bir dəxi də ağuş.

Qoydum ləb-ləb, besinə sinə,

Qucdum qamu ruz kinəsinə.

Matəmdə idim ki, ayrılam, ah,

Görsətdi yüzün gün əz nəzərgah.

Xavər şahı yaxə çak qıldı,

Göglər təbəqini pak qıldı.

Pak etdi günəş yüzüni əz xun,

Qoşdu atını bu çərxi-gərdun.

Göglər qədəmində rəqsə düşdü,

Səyyarə şüayi nəqsə düşdü.

Çin ləşgərini dağıtdı zülmət,

İslam çərisini etdi dəvət.

Hər Müştəri boldu ana Zöhrə,

Rəqs etdi bu bəzmə çərxi-möhrə.

Gər gündüzə xəlq müştəriydi,

Amma mana gecə xoştəriydi.

Çün gün doğuşu buraxdı tələt,

Mən xəstəyə düşdü yenə firqət.

Həzl eylədim ol dəm afitabı

Kim, nişə götürdü bu niqabı?

 

 

Şeir dər babe-həzle-Afetab

(Günəşi tənqid tərzində şeir.)

 

Çıxdı yenə mana zur edən gün,

Məsturləri zühur edən gün.

 

Bu sirri cahanə söyləməzmi,

Bir zərrəni pür zi nur edən gün.

 

Xəffaşi-şikəstə ruzə aşiq,

Çeşmin həsəd ilə kur edən gün.

 

Gər düşməz arayə şəb niqabi,

Hər qatda vücudə zur edən gün.

 

Olmuşdu Xətayi yarə vasil,

Yardan yenə anı dur edən gün.

 



 
[ 1-15 ] [16] [17] [18] [19] [20] [21] [22] [23] [24] [25] [26] [27] [28] [29] [30] [ 31-31 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info