Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - İqbalnamə

Bu beyt də əsərin Məhəmməd tərəfindən arxayınlıqla mühafizə edilib bakirə bir gəlin kimi sahibinə çatdırılmasını bildirir.

 

[261]                    Canımı yollayıb bir peşkəş kimi.

Qoşmuşam mən ona ciyərparəmia.

Burada yenə canımı - "İqbalnamə"mi, ciyərparəmi isə oğlumu deməkdir.

 

[262]                    Dedim: "Gövhər üçün edərlərmi cəng?

Nəğmə gözəl olar, olsa həmahəng".

Əsərimi tələb edənlərə dedim ki, dürr satıb almaq müharibə etmək deyil; burada zor işə keçməz. Nəğmə o zaman bəyənilər ki, o, musiqi ilə həmahəng ola; belə qiymətli əsəri yalnız sənəti başa düşən şəxs qiymətləndirə bilər.

 

[263]                    Saz olsa qarğanın əgər bədəni,

O, Bəsti ənciri bilər hər dəni.

Bəsti - Xorasan vilayətində bir şəhərdir ki, gözəl ənciri ilə məşhurdur, qarğa da çox əncir yeyən olur.

Beytin mənası: qarğanın canı sağlam olsa, hər əlinə düşən dən ona Bəsti ənciri kimi dadlı gələr. Səhhətin möhkəmliyi insanı bir çox qayğıdan azad edər.

 

[264]                    Şahın adı kimi o, Məsud olsun.

Şah da bu dastanla qoy Mahmud olsun.

Burada Nizami "İqbalnamə"ni Firdovsinin "Şahnamə"si ilə, İzzəddin Məsudu da Sultan Mahmud Qəznəvi ilə müqayisə edir.



 
[ 1-15 ] [ 16-30 ] [ 31-45 ] [ 46-60 ] [61] [62] [63] [64] [65] [66] [67] [68] [69] [70] [71] [72] [73] [ 76-73 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info