Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - İqbalnamə

 

[139]                    Bizə yeddi hüdud çəkmişdir fələk,

Onlardan kənara çıxmayaq gərək.

Yeddi hüdud sözündə sehirbazların dövrələrinə çəkdikləri tilsimli xətlər nəzərdə tutulur.

Beytin mənası: insan bu dünyada yeddi tilsim içində yaşayan kimidir, bu aləmdən kənara çıxmağa, bu aləmdən başqa bir aləm axtarmağa çalışmamalıdır.

 

[140]                    Qılınc, teşt gözləyir kənar çıxanı.

Kim bu aləmdən kənara çıxmaq istəsə (Allahı axtarmaq fikrinə düşsə) onu ölüm gözləyir.

 

[141]                    Bu uca barigah - uca bir hasar,

İçində əsirdir bütün xəyallar.

Uca barigah və uca hasar - maddi aləm, kainat deməkdir. Yəni bütün bizim fikirlərimiz, xəyallarımız içində yaşadığımız bu varlıqla hüdudlanmışdır.

 

[142]                    Yuxuda gördüyün canlı, ya cansız

Sənin öz şamının odudur yalnız.

Yuxuda gördüklərin fövqəladə bir şey deyil, onlar sənin öz fikir-xəyalının məhsuludur.

 

[143]                    Gövhəri almazla deşərək dedi...

Yəni sözlərini almaz kimi kəskin və parlaq mənalarla birləşdirib danışmağa başladı.

 

[144]                    Rumipərəst hindli doymaq bilmədi,

Öz hind qılıncını çəkərək dedi.

Rumipərəst - yəni Yunandan, Rumdan (burada isə rumlu İskəndərdən) xoşu gələn deməkdir. Hind qılıncını çəkərək - yəni qılınc kimi kəskin dili ilə danışmağa başlayaraq...

 

[145]                    Hindli bu şərabdan məst olub qaldı...

Burada şərab İskəndərin sözləri deməkdir. Yəni: İskəndərin dedikləri hindlini heyran etdi.

 

[146]                    Bu küpdə olan rəng yalnız bircədir.

Bu küpdə - bu dünyada deməkdir. Misranın mənası: bu dünya üçün bütün insanlar bərabərdir.

 

[147] Rühulqüdüs - İskəndər nəzərdə tutulur.

 

[148]                    Qoy açsın bu sirri ağlın açarı:

Necə çiçək açmış yerin baharı?

İnsan öyrənməli, bilməlidir ki, bu dünya necə yaranmışdır.

 

[149]                    Padişah beləcə dürlər saçdı,

Bağlı xəzinənin ağzını açdı.

İskəndər öz mənalı sözləri ilə mübahisə açdı və filosoflar söhbətə başladılar.

 

[150]                    Bunlar andırırdı müşkü, kafuru,

Yarısı mayedi, yarısı quru.

Kafurun təbiətindəki nəmlik və müşkün təbiətindəki quruluq, eyni zamanda, kafurun ağlığı ilə - yer, torpaq nəzərdə tutulur.

 

[151]                    Hürmüz də əl atdı qıfıla san,

Zənciri çeynədi əqlin açarı.

Bəhs olunan mövzu barədə fikir demək növbəsi Hürmüz çatanda o da məsələni öz anladığı kimi dərindən izah etməyə başladı.

 

[152]                    Mayedən doğurmaq - yaratmaq deyil,

Kəndxuda başqadır, xuda başqa, bil!

Bir kəs ki, əql ona ad verib: Qadir,

Özü bildiyini özü xəlq edir.

Hazır bir maddədən - mayedən bir şey yaratmaq qüdrət, allahlıq deyildir. Şərt odur ki, yoxdan, heç nedən bir şey yaradasan; allahlıq budur. Bu qüdrətə ancaq Allah malikdir.

 

[153]                    Bu zidd qüvvələri bir yerə qatdı,

Ağıllı, hünərli insan yaratdı.

Zidd qüvvələr - bir-birinə zidd keyfiyyətlərə malik olan dörd ünsür (su, od, torpaq, hava) deməkdir. Yəni Allah insanı bu dörd ziddiyyətli maddədən yaratdı.

 

[154]                    Hər camı ayrıca alıb nuş etdi.

İskəndər bəhsdə iştirak edən hər filosofun sözlərinə ayrı-ayrı, diqqətlə qulaq asdı.

 

[155]                    Nizami, bu qapı açar götürməz,

İlk nəqş bağlananda görməyib heç kəs.

Nizami, kainatın - varlığın bu əsrarına ağıl çatmaz, yaradılışın başlanğıcını heç kəs görməmişdir, əzəl nəqşini oxumaq mümkün deyil.

 

[156]                    Bu gizli sözləri, fikirləri sən

Neçin lal dillərə isnad edirsen?

Lal dillər – özü ölüb getmiş filosoflara işarədir.

 

[157]                    Yemə çörəyini yad süfrələrdə,

Öz süfrən üstünə gəl çəkmə pərdə.

Lal dillər ifadəsində olduğu kimi burada da guya Xızır Nizamiyə öz sözlərini ölüb getmiş filosoflara isnad etməməyi söyləyir.

 

[158]                    Mərhəmət umarlar qara torpaqdan,

Torpaqdan yaxşıdır ancaq sağ insan.

Nizami öz dövründəki hakimlərin əsil elmə qiymət vermədiklərindən və ölüləri dirilərdən üstün tutduqlarından şikayətlənir, diriləri daha çox sevmək lazım gəldiyini söyləyir.

 

[159]                    Hoqqabaz torpaqda sehirbazlıq var,

Həm möhrə oğurlar, həm də oynadar.

Burada və bundan aşağıdakı misralarda Nizami torpağın sehrbazlığını, yəni

onun ölü bədənləri quru xəzəlləri udub, təkrar canlı heyvanlar, yaşıl otlar, nəbatat

şəklində meydana çıxartdığını söyləyir.

 

[160]                İstədi çalışıb sirləri örtən

Yeddi qat sürməni silsin tamamən.

İskəndər kainatın sirlərini kəşf etməyə çalışdı, həqiqəti örtən yeddi qat sürmə

rəngli, dumanlı göy perdələrini açıb axtardığını tapmaq istədi.

 

[161]                    Qərbdə bir tayfa var, özü köçəri,

Nasikdir adları, yoxdur dinləri.

Şərqdə bir tayfa var, xislətdə mələk,

Onlara layiqdir Mənsək ad vermək.

Nasik – ümumi mənasmda abid, zahid, Allaha ibadət edən, xüsusi mənada isə mifik bir tayfadır ki, güya Qərbdə heç bir dinə bağlanmayaraq və heç bir ibadətgaha malik olmayaraq çöllərdə yaşamışdır. Mənsək - ibadət yeri, dini ayinlərin icra olunduğu yer. Burada isə ibadət və pərəstiş olunmağa layiq, mələk xislətli tayfa mənasında işlənmişdir.

 

[162]                    Nasikdən Mənsəkə çək qoşunları,

Keç sonra Habildən Qabilə san.

Ordunu qərbdən şərqə çək, sonra da cənubdan şimala tərəf apar. Qabil və Habil - dini əfsanələrə görə Adəmin oğlanlarıdırlar. Guya qısqanclıq və paxıllıq nəticəsində Qabil Habili öldürmüş, sonra peşman olmuşdur. Bu dünyada insanın ilk cinayəti hesab edilir. Şərq əsatirində guya Habilin nəsli cənubda, Qabilin nəsli isə şimalda imiş.

 

[163]                    İşıq bəxş edersən sən də o şəxsə.

Sən də o adama ədalət göstərib yaxşılıq edərsən.

 

[164]                    Sən də qaranlıqdan bir pay ver ona.

Sən də o adama zülm elə, cəza ver, yamanlıq et.

 

[165]                    Allah tərəfindən gəlmiş mükəmməl

O "Sifri-əzəm"dən başqa üç gözəl

Nəsihətnamə də keçirdi ələ...

Sifr - kitab; "Sifri-əzəm" - Tövratın beş cildindən böyüyü. Üç nəsihətnamə - Ərəstunun, Əflatunun və Sokratm "Nəsihətnamə"ləri. İskəndər "Sifri-əzəm"dən və bu nəsihətnamələrdən öz işlərində rəhbərlik göstərən əsərlər kimi istifadə edərmiş.

 

[166]                    O, bir gün çıxaraq öz ac təxtinə...

Ac təxtinə - fil sümüyündən qayrılmış təxtə.

 

[167]                    Mədəndən gövhərlər çıxarmaq üçütı...

Ağıllı fikirlər, gözəl tədbirlər söyləmək üçün.

 

[168]                    Diltək itiləyib qələmi, yenə

Qamışdan qend səpdi kağız üstünə.

Qamışdan qənd səpdi - yəni qamış qəlemlə qiymətli, şirin sözlər yazdı. Burada eyni zamanda şəkər qamışına işarə edilir.

 

[169]                    Naqqaya qonşudur sədəf dəryada,



 
[ 1-15 ] [ 16-30 ] [ 31-45 ] [ 46-60 ] [61] [62] [63] [64] [65] [66] [67] [68] [69] [70] [71] [72] [73] [ 76-73 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info