Qonaq Kitabı
İSKƏNDƏRNAMƏ - İqbalnamə

Xoruzlar banlamır, gəlməyir bir səs.

Daxmada gecənin hörüklərindən

Yeddi rəng ipəklər toxuyuram mən[22].

Bu lacivərd küpdən mən də İsatək

İplər çıxarıram hər an rəngbərəng[23].

Əvvəldən bəsləyib tərbiyə verən

Bir nəcib insandır məni yetirən:

Mötəbər bir şəxsdir o Xoylu Imad;

Qalxmaq istəyənə o edər imdad.

Səxası dünyanı salmış heyrətə,

Dürlə bəzək vurmuş o, səxavətə.

Bu qoca dünyada ona tay hanı

Ki, sözü, səxası tutsun cahanı?

Onda Müştərini görərək hər an,

Vurar üzüyünə Ütarid nişan[24].

Əfsus ki, bəxtimin sərkəşliyindən,

Gizləyir bu dünya o zatı məndən.

Işlərim düyünlü, nəsibim dərd-qəm,

Nə yaxın bir dost var, nə də bir həmdəm.

Məgər neçə uşaq tutar bir mama?

Bir ağac nə qədər yetirər xurma[25]?

Yuxusuz, ac-susuz qalıb o gecə,

Bu mavi dəryada üzürdüm təkcə[26].

Gecə gecə deyil, dibsiz bir quyu,

Ayı da, günü də udmuşdu suyu[27].

Gecənin bağrını yarmışdı zülmət,

Kölgə eləyirdi işığa töhmət.

Atdığım kəməndlə, şahın bəxtindən.

Əmlik ceyranları ovlamışam mən[28].

Əngin dənizlərə mən tor atmışam,

Bu torla növbənöv balıq tutmuşam[29].

Xoş görüb bəxtini şahın rəsəddə,

Mən sözə başladım xoş bir saətdə.

Vuruşur önümdə Çin ilə Həbəş[30],

Şaha edəcəyəm onları peşkəş.

O qorxunc gecədə süstləşərdim mən,

Tutmasaydı şahın bəxti əlimdən.

Çatdı mədəninə gövhər axtaran,

Könül azad oldu qəmdən, qubardan.

Qızıl çadırını günəş ucaltdı.

Ipləri dağların başına atdı.

Gecəki əzabı unutmaq üçün

Bir məclis bəzədim mən də həmin gün.

Ariflər bəyənən bir yer seçərək,

Orda bir taxt qurdum mən sultanlartək.

Yeni bir üsulla büsat quruldu,

Düşüncəm məclisə xidmətçi oldu.

Şərabım, reyhanım, məzəm, həmdəmim

Sözümdü, fikrimdi, qəlbimdi mənim

Qızışıb coşduqca beynim şərabdan.

Gəldi səxavətə söz də bu zaman[31].

Ilham buludlarım çəkdi nərələr,

Gövhərşünaslara yağdırdı gövhər[32].

Iki şey cəsarət istər insandan:

Biri od, biri də yırtıcı aslan.

Sanki həmcins imiş odla aslan da,

Nə düşsə məhv edər bunlar bir anda.

Taleyim açıldı, oldum bəxtəvər,

Zöhrə dəf göndərdi, Müştəri dəftər[33].

Lütfdən gah bəzək yaradıram mən,

Gah hikmət saçıram söz xəzinəmdən.

Saçdığım gövhərlə bəzəndi cahan,

Çünki var şah kimi bir gövhər alan.

Yenidən mədənə mən əl uzatdım,

Gedib xəzinənin məğzinə çatdım.

Heç yaxşı iş deyil yalan danışmaq,

Bu qızıl, bu da od, ərit, yoxla, bax!

Neçə vaxt ağ rəngə lacivərd qatdım,

Bitdi "Şərəfnamə", murada çatdım[34].

Coşdu Çin naxışlı şerim, sənətim,

Gör hara qalxacaq mənim şöhrətim!

Gör əvvəl nə əkdim, gör bitdi nələr,

Sınığı bu sayaq bitişdirərlər[35].

Neçə il olar ki, gövhər sevənlər

Axtarıb tapmayıb bir belə gövhər.

Axır ki, tapıldı bir gövhər satan,

Yaxşı mal alınar satıcısından.

Padişah əmr etdi: bəzənsin bir bağ,

Sərvlər çəmənə gətirsin növraq.

Qəlbi nurlu şahın şərəfinə mən

Güc alıb idrakın şəfəqlərindən,

Bir sərv bəzədim ki, məclis şad olsun,

Onun şərəfinə badələr dolsun.

Şer yox, mənasız nəzm yazanlar

Çətinlik çəkməzlər, onlara nə var?

Daşlardan cəvahir çıxaran ancaq

Bilir ki, çətindir gözəl söz tapmaq.

Bu incə xəyallar məni coşdurdu,

Könlümün atəşi beynimə vurdu.

Öz tüstüm başıma qalxdıqca mənim,

Quruyub qaxaca döndü bədənim.

Gəlincə bu gözəl gəlin hasilə

Məndə səbr gərək, şahda hövsələ.

Sözə bax, baş alıb hara ucalır,

Mən nələr deyirəm, o nələr çalır?

Bilmirəm bu qədər füsunkar sözlər

Babil quyusundan çıxır nə təhər?[36]

Zöhrəyə o "Zənd"i kimlər öyrətdi,

Oxuyub Harutu tamam bənd etdi?[37]

Sehirli nəğməmdən Zərdüşt xar oldu.

Söndü çox "Zənd"lərin alovu, odu[38].

Dəryaya dürr saçsın qətrə buradan,

Qoy xurma daşısın Bəsrə buradan[39].

Bu altıkünc tağda bir buludam mən,

Səpərəm hər yana su ciyərimdən[40].

Bitkitək pay alır hamı suyumdan.

Yağışım sərvlər yetirir hər an[41].

Kölgətək işıqdan kim çəksə zərər.

Əlbəttə, həmişə ondan çəkinər.

Çeşməmdən feyziyab olsa da çoxu,

Getmir gözlərinə həsəddən yuxu[42].

Mənim meyxanamdan içərlər şərab[43],

Mənim sözlərimdən bağlarlar kitab.

Bu feyzi onunçün qazandım ki, mən

Əsla su içmədim yad bir çeşmədən[44].

Xəlvətdə poladdan sildim ki, pası,

Yaqut rəngi alsın onun aynası[45].

Silib bu aynanı parlatdım par-par,

Yerdən toz-torpağı külək aparar.

O Çin üzlü nigar, bilmirsən məgər



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-30 ] [ 31-45 ] [ 46-60 ] [ 61-75 ] [ 76-73 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info