Qonaq Kitabı
ŞEYX SƏNAN

Şeyx Nəim

Əvət,

Heç də mənası yox bunun, əlbət.

 

Əbülüla

Yalnız borcumuz itaətdir.

 

Şeyx Sədra

Başqa söz söyləmək cəhalətdir.

 

Şeyx Əbülləhyə

Nə çıxar böylə boş səyahətdən?

Xəlqi məhrum edər ibadətdən.

 

Şeyx Cəfər

Bəncə heç şübhə yox ki, insilə cin

Yaradılmış fəqət ibadət üçün.

 

Şeyx Sədra

Buna idrakınız varırmı sizin?

Sizcə məchul... qədri şeyxinizin.

Hər kimin qəlbi korsa, keçmiş ola!..

Şeyx Sənanı anlamaz əsla.

 

Əbülüla

Şeyximiz sahibi-kəramətdir,

Hər nə söylərsə eyni-hikmətdir.

 

Dəvəçi

(çabuq dönərək)

Əcəba şeyx nərdədir?.. Dəvələr,

Yük ağırdır, əzildilər yeksər.

 

Şeyx Mərvan

Pək təbii bu, yüklənən əzilir.

 

Şeyx Sədra

Heç maraq etmə, şimdi gəlir.

 

Dəvəçi sürətli addımlarla gəldiyi tərəfə dönər.

 

B i r i n c i  k o r

Bizə imdad edin, aman!

 

İ k i n c i  k o r

Hələ dur!

 

Əbülüla

(yola baxaraq, arqadaşlarına)

Gəliyor, iştə şeyximiz gəliyor.

 

Hər kəs bir tər tərəfə çəkilib şeyxin vüruduna müntəzir olur; Şeyx Sənan, Şeyx Hadi və Şeyx Əbuzər sürətli addımlarla gəlirlər.

 

Şeyx Hadi

(ümuma)

Möhtərəm arqadaşlar! On sənədir,

Tərk qılmış cihanı Şeyx Kəbir.

Şeyx Sənan ki, bəhri-hikmətdir,

İştə ondan bizə əmanətdir.

İctihadilə bəlli bir ustad.

Bizi on yıldır eyliyor irşad.

Şimdi əzm eyliyor də Turana,

Keçəcək sonra xaki-Irana.

Bu səfərdən məramı şeyximizin,

Pək böyük, pək ağırdır, iştə bilin!

Bən də yoldaşlarımla bir yandan,

Hində əzm etmək üzrəyim əl’an.

Pək böyükdür bu yolda niyyətimiz,

Böyük olsun gərək də himmətimiz,

Məqsəd ancaq Məhəmmədin dini

Bürüsün az zamanda yer yüzünü,

Yola gəlsin də bəzi sapqınlar,

Haq nədir anlasınlar azğınlar.

Dini-islama istəməz pərdə,

Nəşr edilsin gərək o hər yerdə.

Böylə haq yolda kim olursa fəda,

Ona yardımçıdır rəsuli-xuda...

 

Ş e y x l ə r

Öylədir, öylə...

 

M ü r i d l ə r

Şübhə yox artıq.

 

K o r l a r

Şeyx, ya şeyx!

 

Şeyx Əbuzər

(korlara)

Bəkləyin azacıq.

 

Şeyx Sənan

(parlamaqda olan günəşi göstərir)

Arqadaşlar! Şu parlayan günəşin,

Feyzi birdir cahanda hər kəs üçün.

Türk, hindu, ərəb, əcəm bilməz,

Nuru hər yanda artar, əksilməz.

Mənəvi bir günəş də var: nəvvar –

O da islam dinidir, parlar.

Parlar, afaqı nura qərq eylər.

Həq, həqiqət nədirsə həp söylər.

Pək müqəddəsdir, iştə məqsədimiz,

Bunu lakin, saqın unutmayınız:

Bir çox alimnüma xəyanətkar,

Dini-islamə rəxnə salmışlar.

Bir yığın ictihadi-biməna.

Qaldırır hər tərəfdə bir dəva.

 

Şeyx Sənan söylədiyi sırada: göyə, Kəbəyə, həmayilindəki Qurani-şərifə işarətlə birər-birər göstərir.

 

Xaliqi-kainat halbuki bir...

İştə Quran və Kəbə həp birdir.

Əhli-islama həp şu birliyi biz

Nəşrü isbata qeyrət etməliyiz.

 

Bu sırada Əbülüla, Şeyx Əbülləhyə və Şeyx Cəfər kəndi aralarında qonuşurlar. Şeyx Sənan sözünə davam ilə

 

Arqdaşlar! Bu yolda zəhmət var;

İstirahət deyil, əziyyət var.

Cəbr yox, zor yox, istəyən qalsın,



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-30 ] [ 31-37 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info