Qonaq Kitabı
ŞEYX SƏNAN

Gəl, canım, gəl!.. Bütün bu sözləriniz

Fəzlədir onca, dinləməz hərgiz.

(papasın köksündəki xaça işarətlə)

İştə Məryəmlə, ruhi-İsayə,

Şu böyük xaçə, həm kəlisayə,

Əhd edib, bən yürəklə and içdim;

İlk talib Xumar üçün hər kim,

Hər kim olmuş olursa, rədd etməm,

Bıqdım artıq, nədir bu cövrü sitəm?

 

Papas

Səni məcbur edənmi var əcəba!

Neçin and içdin? A-h, iştə xəta!..

 

P l a t o n

Ya xəta, ya savab... haydı burax,

Gəl, sözüm sözdür, etmə fəzlə maraq.

 

Papasla Platon içəri girər. Xumar əli alnında olaraq balkonda iskəmləyə oturub düşünür.

 

Nina

(bağça tərəfindən gələrək)

Yenə bilməm nədir bu küskün hal?

Daima həmdəmin düşüncə, xəyal...

Nə qədər qız yetirsə Gürcüstan,

Sana bənzər mələk yetirməz, inan.

Sana hər kəs, böyük, kiçik məftun,

Sən neçin böylə daima məhzun?..

 

Xumar

Cümlə əhval əyandır iştə sana,

Çarə yox, çarə yox, gözəl Nina!..

Tutmasam annəmin vəsiyyətini,

Tutacaq sonda bəd duası bəni.

Bana söylərdi daima: “Yavrum!

Ərə getmək həyat üçün uçurum...

Yoxdur erkəklərin vəfası, Xumar!

Yerin olsun fəqət manastırlar”.

 

Nina

Neyləsin binəva qadın!.. Hər an

Ona dünyayı tar edərdi baban.

Baban olduqca içkidən sərsəm,

Kədərindən zavallı oldu vərəm...

 

Şeyx Sənan

(təkrar dönərək Xumarı görüncə)

A-h, o, mütləq o!.. Gördüyüm röya!

(yaxlaşaraq)

İştə, nazəndə heykəli-sevda!..

 

Xumar

Söylə kimsin?

 

Şeyx Sənan

Zavallı bir məftun...

 

Nina

Kim bilir... Bəlkə...

 

Xumar

Qaliba məcnun...

 

Şeyx Sənan

Bəlkə məcnunum, eyləməm inkar,

Bais ancaq o hüsni-əfsunkar...

 

Serqo

(Gələrək)

Şu hərif kim?.. Nə söylənib duruyor?

(Şeyx Sənanın əbasından tutub bağıraraq)

Söylə kimsin?.. Nə istiyorsun?

 

P l a t o n

(əlində şərab ilə dolu bir qədəh olduğu halda papasla bərabər dışarı çıxaraq, hiddətlə Serqoya)

Dur!

Bir müsafir ki gəldi, ikram et,

Şu bağırmaq nə? Haydı, dəf ol, get!

(Serqo bir tərəfə çəkilir, Platon Sənana)

Şeyx! Bir əmrinizmi var əcəba?

 

Şeyx Sənan

Onu kəndim də anlamam əsla.

 

P l a t o n

Söyləyin, heç çəkinməyin zira...

 

Şeyx Sənan

A-h, röya, o gördüyüm röya!

 

P l a t o n

Şeyx, sözsüz deyilsiniz əlbət...

 

Şeyx Sənan

(Xumara işarətlə)

İstəyim yalnız iştə bir şəfqət,

Bir təbəssüm o hüsni-dilbərdən,

Bir nəvaziş o mavi gözlərdən...

 

Papas

(qaba bir qəhqəhə ilə)

Aşiq olmuş Xumara zənn edərim.

 

Şeyx Sənan

(Xumara)

Bən neçin böylə zarü dərbədərim?

Söylə, ey nazənini-qönçədəhən!

Söylə, ruhum, nə tez unutdun sən,

Bana “gəl-gəl!” deyən nəvazişlə,

Əcəba sən deyilmisin? Söylə..

 

P l a t o n

(heyrətlə, Şeyx Sənana)

Bu görüş oldu hanki məvadə?

 

Ş e y x   S ə n a n

Gecə röyadə, ərşi-əladə.

 

Papas

(zəhrxənd ilə)



 
[ 1-15 ] [16] [17] [18] [19] [20] [21] [22] [23] [24] [25] [26] [27] [28] [29] [30] [ 31-37 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info