Qonaq Kitabı
ŞEYX SƏNAN

Of, bəndən nə istiyorsun, get!

Bəndə can qalmamış, bir insaf et.

 

Xumar qürur və istiğna ilə gedəcək olur. Şeyx Sənan böyük bir təlaş və nədamətlə.

 

Gediyor... a-h... getmə, atma bəni!

Mərhəmət qıl, aman, unutma bəni!

Getdi, eyvah, getdi...

 

Zəhra

Sənan, kim?

 

Şeyx Sənan

(Xumara)

Getmə, gəl a-h, nazənin mələgim!..

 

Xumar

(çəkilərək)

Qal, səlamətlə qal, böyük Sənan!

 

Ucdakı pərdə qapanır, səhnə aydınlaşır.

 

Şeyx Sənan

Getdi, eyvah, küsdü getdi... Aman!

Məcnunanə bir ıçqırıqdan sonra bayğın bir halda düşəcək olur.

 

Zəhra

(dərhal tutar, başını dizi üstünə alaraq)

Nə fəlakətli hal, aman, ya Rəb!

 

Əzra

(gələrək)

Bu nə dəhşət! Nədir bu halə səbəb?

 

Bu sırada Şeyx Mərvan ilə Şeyx Əbuzər qapı arasında görünür.

 

Şeyx Mərvan

(istehzalı bir tövr ilə)

Şeyx Əbuzər! Bax, iştə seyr eylə.

Hər nə gördünsə get də aç, söylə.

Olmuş ağuşi-nərmi Zəhranın

Bəstəri-nazi Şeyx Sənanın.

 

Əzra

(bunları görüncə Zəhraya)

Gəldilər a-h, aman, çabuq gedəlim.

Durma, Zəhra!..

 

Zəhra

Fəqət, yazıq!..

 

Əzra

Gedəlim!

 

Hər ikisi çəkilib gedər. Şeyx Əbuzərlə Şeyx Mərvan həman Sənanın üstünü alırlar.

 

Şeyx Əbuzər

Bu nə pəjmürdə hal... Aman, Sənan!

 

Şeyx Mərvan

Büsbütün hiylədir, inan...

 

Şeyx Əbuzər

Sənan!

 

Şeyx Mərvan

Xain, alçaq! Nasıl da bax, susuyor?

Sanki bir tülkü seyd üçün pusuyor.

 

Şeyx Əbuzər

Sus bə!

 

Şeyx Mərvan

Aldanma tülküdür, tülkü.

(acı-acı gülər)

 

Şeyx Sənan

(hiddətli)

Nə təbiət bu səndə, bilməm ki!..

 

Şeyx Mərvan

(müstəhzi)

Əhli-hal eşq üçün əvət, bayılır,

Haydı, Zəhrayı get, çağır, ayılır.

 

Şeyx Əbuzər

Sus, yetər, iştə gəldi Şeyx Kəbir.

 

Şeyx Mərvan

Gəlsin, etsin də barı bir tədbir...

 

Şeyx Kəbir digər şeyxlər və müridlər ilə daxil olur. Böyük bir heyrətlə ətrafı sararlar. Şeyx Hadi Şeyx Sənanın başını qolları arasına alır.

 

Şeyx Kəbir

Bu nasıl bət-bəniz? Oğul, Sənan!

(Şeyx Əbuzərə)

Su gətir, haydı qoş!

 

Şeyx Hadi

Gecikmə, aman!

 

Şeyx Əbuzər gedər.

 

Şeyx Kəbir

Heç səbəbsiz deyil bu müdhiş hal!?

 

Şeyx Hadi

Nə də bayğın!.. Yoq onda tabü məcal.

 

Şeyx Kəbir

Şübhəsiz, burda bir fəlakət var.

 

Ü m u m

Şübhəsiz, şübhəsiz bir illət var.

 

Şeyx Mərvan

Şübhəsiz, var cəzası hər əməlin,

Heç zərər yox, cəzasıdır çəksin.

 

Şeyx Kəbir



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-30 ] [ 31-37 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info