Qonaq Kitabı
LEYLİ VƏ MƏCNUN

Sarmışdı başa siyəh əmamə.

Çizgindi başına dudi-ahi,

Yandırdı əmameyi-siyahi.

İkrah ilə çıxdı pirəhəndən,

Ar etdi şəhidi-ğəm kəfəndən.

Nəleyni buraxdı ol bəlacu

Kim, aşiqə payibənddir bu.

Həmdəmlərə üzr qıldı ağaz:

- "Key bir neçə həmnişinü həmraz!

Seylabi-hücumi-əşk yetdi,

Mən şiyftəhalı qərq etdi.

Olman[17] məni-xəstə ilə həmdəm

Ta batmayasız bu suya siz həm,

Mən, rəngi-məlamətə boyandım,

Sövdazədəlik oduna yandım,

Əlbəttə, bu od ki, düşdü canə,

Axır tutuşub çəkər zəbanə.

Dişvar bəlami səhl sanman[18]!

Siz dəxi mənim oduma yanman[19]!

Məndən sizə düşməsin bir əxgər,

Çün dəymədi xeyr, dəyməsin şər.

Sövda siyəh etdi ruzigarım,

Eşq aldı inani-ixtiyarım.

Mən bir quşam uçdum aşiyandan,

Mən qandanü meyli-xanə qandan.

Qılman mənə ev hekayətin çox,

Dəxi mənim onda getməyim yox!

Sizdən sorar olsa ata halım,

Keyfiyyəti-möhnətü məlalım,

Söylən ki: "Fənayə verdi rəxtin,

Əyyam siyah qıldı bəxtin.

Ey piri-şikəstəhalü naşad,

Tanriçün əlimdən eyləmə dad!

Demə ki, "nədir bu macəralər?"

Səndən mənə yetdi bu bəlalər!

Mən bilməz idim qəmi-cəhanı,

Təşvişi-zəminü asimanı.

Asudə səraçeyi-ədəmdə

Nə qüssədə idimü, nə qəmdə.

Bilməzlik ilə xoş idi halım,

Nə hüsn, nə eşq idi xəyalım.

Sən vasiteyi-vücudim oldun!

Sən manei-feyzi-cudim oldun!

Umdun ki, mənimlə olasan şad,

Dərda ki, ümidin oldu bərbad.

Mən yox olubam, sən indi var ol!

Özgə xələfə ümidvar ol!

Məzur tut, ey əziz, məzur!

Mən qəsd ilə səndən olmadım dur

Çox sidq ilə eylədim ona əzm

Kim, dövləti-vəslinə edəm cəzm,

Su saldı yoluma əşki-həsrət,

Damanımı tutdu xari-möhnət".

Təhrir qılıb münasibi-hal,

Bu şeiri həm etdi ona irsal:

 

 

QƏZƏL

 

Fəzayi-eşqi çün gördüm, səlahi-əqldən durəm,

Məni rüsva görüb, eyb etmə, ey naseh ki, məzurəm!

 

Əgər çaki-giriban eyləsəm, mən eyləmin[20], çün mən

Mətai-nəngdən ari, libasi-ardən urəm.

 

Mənü səhrayi-vəhşət, mənzil etməm[21] afiyət küncün,

Əsiri-dami-zülmət olmazam, çün talibi-nurəm.

 

Təmərrüd, əql fərmanından etsəm, dustlar, billah,

Məni rəyimlə sanmın[22], eşq sultaninə məmurəm.

 

Mənə kim tənə eylər, kim nəsihət əhli-aləmdən,

Xoşam kim, etibari-eşq ilə hər dildə məzkurəm.

 

Bəlayi-eşqü dərdi-dust tərkin qılmazam, zahid,

Nə müştaqi-behiştəm, sən kimi, nə talibi-hurəm.

 

Xəyali-çini-zülfü taqi-əbrusilə zövqüm gör,

Sanasan həşmət ilə kəsriyəm, qədr ilə fəğfurəm.

 

Qərəz, bir ad imiş aləmdə, mən həm eylərəm bir ad,

Bihəmdillah, Füzuli, rindü rüsvalıqda məşhurəm.

 

 

TƏMAMİYİ-SÜXƏN

 

Ol şiveyi-eşq içində mahir,

Qaldıqda vəsiyyətini axir,

Qıldı gözədib təriqi-vəhşət,

Əshabdən inqitai-ülfət,

Səhrayə düşüb, günəş misali,

Tənha yürür oldu laübali.

Hər daşə ki, yetdi tökdü yaşın,

Ləl eylədi kuhü dəşt daşın.

Göz yaşını bəs ki, tökdü hər su,

Hər mərhələdən axıtdı min cu.

Bir əbri-bəla idi, güvahi;

Baran - sirişki, bərq - ahi.

Baran ilə bərqi cismü candan,

Bir mərtəbədə ki, mundan, andan

Dəryalərə yetsə ləməyi-tab,

Səhralərə düşsə qətreyi-ab,

Dəryalər olurdu cümlə səhra,

Səhralər olurdu cümlə dərya.

Fəryad ilə doldurub bu deyri,

Fəryadə gətirdi vəhşü teyri.

Əfğanı yetirdi asimanə,

Atəş salıb ah ilə cəhanə.

 

 

BU, MƏCNUN ATASININ VAQİFİ-HAL OLDUĞUDUR VƏ ONU BİYABANİ-MÖHNƏTDƏ BULDUĞUDUR[23]

 

Gəncinəgüşayi-gəncgöftar,

Olmuş bu əda ilə gühərbar:

Kol bir neçə biqərarü məhzun,

Naçar qılıb vidai-Məcnun,

Nomid dönüb şikəstəvü xar,

Qıldılar atasını xəbərdar.

Ol piri çü vaqif oldu halə,

Məcnun kimi etdi ahü nalə.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-30 ] [ 31-26 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info