Qonaq Kitabı
LEYLİ VƏ MƏCNUN

Mən qandanü mülaziməti-etibarü cah,

Qıl qabili-səadəti-fəqrü fəna məni!

 

Öylə zəif qıl tənimi firqətində kim,

Vəslinə mümkün ola yetirmək səba məni!

 

Nəxvət qılıb nəsib Füzuli kimi mənə,

Ya rəb, müqəyyəd eyləmə mütləqmana məni!

 

 

BU, KƏBƏDƏN MƏCNUNUN MÜRACİƏTİDİR VƏ VÜHUŞ İLƏ MÜSAHİBƏTİDİR[33]

 

Bir-bir eşidib sözün atası,

Bildi ki, qəbul olur duası,

Əfzun olur ol qəmü məlamət

Mümkün deyil oğluna səlamət.

Çox qıldı fəğanü naləvü zar,

Oğlundan ümidi kəsdi naçar.

Ol pir qalıb orada heyran.

Məcnun tutuban rəhi-biyaban,

Tənha səfər ixtiyar qıldı,

Əzmi-səri-kuyi-yar qıldı.

Gündüz gözü yaşı hadiyi-rah,

Gecə yolu şəmi şöleyi-ah.

Gərdi-rəhi-yari yad edərdi,

Gəh otura, gəh dura gedərdi.

 

 

BU, MƏCNUNUN DAĞ İLƏ MÜSAHİBƏTİDİR VƏ CARİ OLAN ÇEŞMƏ İLƏ MÜNASİBƏTİDİR[34]

 

Bir dağə irişdi yolda nagah,

Qəddinə libasi-vəhm kytah,

Tiğində üqabi-çərx qanı,

Müzmər kəmərində ləl kanı,

Münim sifəti, libası faxir,

Cibu bəğəli dolu cəvahir.

Dərya qılıban ona təzərrö,

Eylərdi zəxirəsin təvəqqö,

Səhra edibən ona təvəlla,

Eylərdi məişətin təmənna.

Ol çeşmələr eyləyib rəvanə,

Olmuşdu olara ata-anə.

Təzim ilə qılmış onu həq yad,

Quranda - "Əlcibalü ovtad".

Məcnun ona eyləyib tamaşa,

Bir odlu sürud qıldı inşa.

Olduqda sürud ilə nəvasaz,

Ondan həm eşitdi əksi-avaz,

Sandı ki, özilə həmnəfəsdir,

Dedi: - "Mənə bir rəfiq bəsdir.

Yüz şükr ki, yari-qar buldum,

Gəzdim bu cəhani yar buldum".

Eşq olun ona həm etdi rövşən: -

"Key guşənişin pakdamən!

Suzi-cigərimdən oldun agah,

Əhsənt-əhsənt, barəkəllah!

Bir aşiqi-mübtəla imişsən,

Dərd əhlinə aşina imişsən.

Sənsən mənə həmdəmi-müvafiq,

Dağ ilə olur həmişə aşiq.

Bidad ilə göysünə urub daş,

Dərd ilə gözündən axıdıb yaş,

Noldu sənə, böylə məst olubsan,

Qəm daminə paybəst olubsan,

Qan ilə dolubdurur kənarın,

Nə güldən ola bu laləzarın?

Bağrın görürəm olubdurur su,

Nə sərv qədin həvasıdır bu?

Gəl, ağlayalım bu macərayə,

Bir dəm qoşalım səda-sədayə!"

Çün bir dəm onunla ağladı zar;

Dərdi-dili-zarın etdi izhar.

Əzm eylədi xaki-kuyi-yarə,

Leylinin evi olan diyarə.

 

 

BU, MƏCNUNUN ĞƏZAL İLƏ MƏQALATIDIR VƏ EŞQ BABINDA ONUNLA OLAN HALATIDIR[35]

 

Gördü ki, bir ovçu dam qurmuş,

Daminə ğəzallər üz urmuş.

Ol damə cəfayi-çərxi-qəddar,

Bir ahunu eyləmiş giriftar.

Boynu burulu, əyağı bağlı,

Şəhla gözü nəmli, canı dağlı,

Əhvalına rəhm qıldı Məcnun,

Baxdı ona, tökdü əşki-gülgyn,

Könlünə qatı gəlib bu bidad,

Yumşaq-yumşaq dedi ki: - "Səyyad!

Rəhm eylə bu mişkbu qəzalə!

Rəhm etməzmi kişi bu halə?

Səyyad, bu natəvanə qıyma!

Qıl canına rəhm, canə qıyma!

Səyyad, saqın, cəfa yamandır!

Bilməzsənmi ki, qana qandır?

Səyyad, mənə bağışla qanın!

Yandırma cəfa oduna canın!"

Səyyad dedi: - "Budur maaşım,

Açman[36] əyaqın gedərsə başım,

Qətlində bu seydin etsəm ehmal,

Ətfalü əyalıma nolur hal?"

Məcnun ona verdi cümlə rəxtin,

Pak eylədi bərgdən dirəxtin.

Ol türfə qəzalın açdı bəndin,

Şad eylədi cani-dərdməndin.

Üz urdu üzünə qıldı əfğan,

Göz sürdü gözünə oldu giryan:

- "Key badiyəgərdü badnavərd!

Nazik bədənilə nazpərvərd!

Sən zinəti-hər gili-zəminsən,

Gül kimi lətifü nazəninsən.

Ey, səbzeyi-cuybari-vəhşət!

Rəna səməni-bəhari-vəhşət!

Tənha qoyma məni-zəbuni,

Olğıl mənə dəşt rəhnümuni!

Gəz bir neçə gün mənimlə həmrah,

İnsan deyib etmə məndən ikrah!

Yaşım kimi getmə çeşmi-tərdən,

Kəsmə əyağın bu rəhgüzərdən!

Sərçeşmeyi-çeşmim eylə mənzil,

Sərmənzilimizdən olma ğafil!



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-30 ] [ 31-26 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info