Qonaq Kitabı
LEYLİ VƏ MƏCNUN

Bizdən bu nəsihəti qəbul et!

Hər ləhzə bizi, yetər, məlul et!

Üşşaq səfahətin qılıb yad,

Bu şeiri nə xoş demiş bir ustad:

 

 

QƏZƏLİ-USTAD

 

Can vermə qəmi-eşqə ki, eşq afəti-candır,

Eşq afəti-can olduğu məşhuri-cahandır!

 

Sud istəmə sövdayi-qəmi-eşqdə hərgiz!

Kim, hasili-sövdayi-qəmi-eşq ziyandır!

 

Hər əbruyi-xəm qətlinə bir xəncəri-xunriz,

Hər zülfi-siyəh qəsdinə bir əfi ilandır!

 

Yaxşı görünür surəti məhvəşlərin, əmma

Yaxşı nəzər etdikdə, sərəncamı yamandır!

 

Eşq içrə əzab olduğun ondan bilirəm kim,

Hər kimsə ki, aşiqdir, işi ahü fəğandır!

 

Yad etmə qara gözlülərin mərdümi-çeşmin,

Mərdüm deyib aldanma kim, içdikləri qandır!

 

Gər dersə Füzuli ki: "Gözəllərdə vəfa var"

Aldanma ki, şair sözü, əlbəttə, yalandır.

 

 

BU, MƏCNUNUN NƏSİHƏT QƏBUL ETMƏDİYİDİR VƏ ATASININ DƏRDİ DƏRMANƏ YETMƏDİYİDİR

 

Məcnun ki, eşitdi bu xitabı,

Verdi bu əda ilə cəvabi: -

Key ruhi-rəvanım ata, ana!

Kami-dilü canım ata, ana!

Təhqiq edibəm işim xətadır,

Hər nə desəniz mənə rəvadır.

Aludeyi-rəngi-dudi-ahəm,

Zülli-günəh ilə rusiyahəm.

Mən həm olubam bu işdən agah,

Əmma nə deyim, nə söyləyim? Ah!

Yoxdur bu işimdə ixtiyarım,

Zəbtimdə inani-iqtidarım!

Əql oldu zəifü eşq qalib,

Xatir nigəran, nigar cazib,

Tutdu tənü canımı qəmi-yar,

Ğeyrəl-məhbub leysə fiddar

Məndə dəxi necə mənlik olsun,

Məndən məni istəyən nə bulsun?

Təqdir çü böylədir, nə tədbir,

Təqdiri edərmi kimsə təğyir?

Olsaydı mənə nişat ruzi,

İstərmi idim bu dərdü suzi?

Gər səhhətə qadir olsa bimar,

Dərdə özün eyləməz giriftar.

Əl versə gədayə padişahlıq,

Sanman ki, qılır dəxi gədalıq.

Fitrətdə nə halət olsa məqsum,

Rəf olmadığıdır əmri-məlum.

İslahıma eyləmən[25] təəmmül,

Kim, gül tikan olmazü tikan gül.

Keyfiyyəti-abü cövhəri-xak,

Dönmək olamı qəbuli-idrak.

Su süfləliyindən ayrılırmı?

Od yandıra bilməyə bilirmi?

Ol gün ki, rəhimdə kilki-qüdrət,

İcadıma verdi ziybi-surət,

Doldurdu həva ilə dimağım,

Sövda ilə bağladı ayağım.

Doldu bədənimdəki rəkü pust,

Başdan-ayağa məhəbbəti-dust.

Mülk eylədi könlümü bəlayə,

Vəqf eylədi canımı cəfayə.

Yox məndə bu hökmdən təxəllüf,

Ol maliki-vəqfədir təsərrüf.

Dərdi-əzəli dəva bulurmu?

Mehri-əbədi fəna bulurmu?

Mən şəmi-səraçeyi-fəraqəm.

Suzi-cigər ilə xoşməzaqəm.

Məndən diləyən bu suzi zail,

Bidadıma olmuş ola mail.

Şəmin ki, həyatı oldu atəş,

Halı onun atəşilədir xoş.

Oddan diləyən onun nəcatın,

Fani diləmiş ola həyatın.

Düşmənliyə dustluq qılıb ad,

Tədbiri-nəcatım eyləmən yad!

Mən qərqeyi-bəhri-şövqi-yarəm,

Bərhəmzədeyi-qəmi-nigarəm,

Ancaq, səbəbi-qərarım oldur,

Arami-dili-fikarım oldur.

Onunla edin bu dərdə mərhəm,

Urman[26] dəxi özgə kimsədən dəm.

Dersiz mənə var dilrübalər,

Leyli kimi çox pəriliqalər...

Billah, deməniz bu hərfi zinhar

Aləmdə bir ondan özgə, kim var?

Bülbül gül üçün qılanda nalə,

Dərdinə dəva olurmu lalə?

Xosrov deyiləm ki, mənə dilbər

Şirin ola gah, gah Şəkkər?

Mən yekcəhətəm təriqətimdə,

Təğyir işi yox cibillətimdə.

Üzrünü bəyan edib həm ol dəm

Təqrirə gətirdi bir qəzəl həm:

 

 

BU QƏZƏL MƏCNUNİ-DİLPƏZİRİNDİR

 

Eşq dərdi, ey müalic, qabili-dərman deyil!

Cövhərindən eyləmək cismi-cüda asan deyil!

 

Dövr cövründən şikayət edənə aşiq demən[27],

Eşq məsti vaqifi-keyfiyyəti-dövran deyil!

 

Şəhrdən səhrayə bir fərq olduğun hər kim bilir,

Bilmiş ol kim, eşq səhrasında sərgərdan deyil!

 

Hər kim idrak eylər öz keyfiyyəti-halın, hənuz



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-30 ] [ 31-26 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info