Qonaq Kitabı
LEYLİ VƏ MƏCNUN

Kim, yetdi mənə yetən sənə həm.

Düş! Ey əlif, istiqamətindən,

Şərm eylə bu qəddü qamətindən!

Qəddi həvəsilə dəm urarsan,

Ol getdi, əcəb ki, sən durarsan!

Ey nun! Çü nihandır əbruyi-yar,

Sən dəxi nəzərdə durma, zinhar!

Ey mim! Çü ağzı oldu ğaib,

Oldu sənə həm ədəm münasib!

Olsan nola, ey dəvat, diltəng

Ayineyi-xatirin tutub jəng,

Ol türreyi-mişkbudan ayru.

Hicran qara bağrın eyləmiş su,

Ey xamə! Sirişkbar olubsan,

Sərgəştəvü biqərar olubsan!

Guya bu gün etməmiş müyəssər

Dövran sənə dəstbusi-dilbər.

Ey lövh! O xəttin eylə yadın!

Qıl sinədə nəqş qəm səvadın!"

Bir neçə gün ol əsiri-hicran,

Məktəbdə gəzib qılırdı əfğan,

Hər ruz fəğanı ilə ta şəb,

Təzib çəkərdi əhli-məktəb.

Şəb həm qılıban fəğanü zari,

Eylərdi müxatəb ol nigari: -

"Key göz nuri, könül süruri!

Sənsiz gözümün yox oldu nuri.

Əvvəl nə idi bu aşinalıq?

Axır niyə eylədin cüdalıq?

Əvvəl niyə eylədin məni məst,

İzhari-məhəbbət ilə pabəst?

Axır nə üçün xumarə saldın,

Bu mehnəti-intizarə saldın?

Saldın dili-zarə nari-firqət,

Qıldın gözümü pür abi-həsrət!

Könlüm odu qıldı yanə-yanə,

Ahəng, şəfəq tək asimanə.

Yaşım suyu oldu varə-varə,

Bir bəhr ki, yox ona kənarə.

Mən istəməzəm bu gündə həmdəm,

Yanımdan ilət xəyalını həm!

Olmaya düşüb xəyalın, ey məh,

Oda yana, suya bata nagəh.

Sərməsti-şərabi-iştiyaqəm,

Mədhuşi-təhəyyüri-fəraqəm,

Qoyma qəmini mənimlə həmrah,

Faş eylərəm onu xəlqə nagah.

Sərməstdə ixtiyar olmaz,

Mədhuşda etibar olmaz.

Can oldu qəmin yolunda bərbad,

Təşvişi-fənadən oldum azad.

Göstərdi mənə qəmin məzaqi,

Eyşi-əbədi, nişati-baqi.

Gər gəlsə əcəl, mənim nəm[13] ala

Can xud yoxdur məgər qəm ala.

Şəmi-şəbi-mehnətü bəlayəm,

Aşüfteyi-cünbüşi-həvayəm.

Suzi-dil ilə tökülsə yaşım,

Tiği-ğəm ilə kəsilsə başım,

Candan çıxarıb həvayi-eşqi,

Tərk eyləməzəm bəlayi-eşqi.

Bu günləri kim, qəm içrə zarəm,

Hicran ələmilə biqərarəm,

Gər nameyi-ömrə kilki-təqdir,

Gündür deyibən qılırsa təhrir,

Eylər məni ol hesab məğbun

Kim, surəti-haldır digərgun.

Gün şərti demişlər afitabi,

Billah ki, bu nüktədir hesabi.

Hər gün ki, görünməz afitabım,

Mən gün deməzəm budur hesabım.

Yox kimsə bu dərdi-dildən agah,

Bu dərdi-dil ilə neyləyim? Ah!

Dərdim sözə gəldigincə artar,

Oddur, yel ilə zəbanə dartar".

Əyyami-visalı eyləyib yad,

Ol xəstə bu şeiri etdi bünyad:

 

 

QƏZƏLİ-MƏCNUN

 

Ey xoş ol günlər ki, mən həmraz idim canan ilə,

Neməti-vəslin görüb, nazın çəkərdim can ilə.

 

Görməmişdi gülşəni-eyşim xəzani-təfriqə,

Olmamışdı tirə əyyamım şəbi-hicran ilə.

 

Məhvəşimdən, dustlar, dövran cüda istər məni,

Düşmənimdir, hiç bilmən netmişəm[14] dövran ilə.

 

Yetsə gər aşiqlərin əflakə əfğanı, nə sud,

Yetmək olmaz mahvəşlər vəslinə əfğan ilə.

 

Yaşırıb saxlardım eldən daği-hicranın, əgər

Etmək olsaydı müdəra dideyi-giryan ilə.

 

Zövqdən dibaçə bağlandı kitabi-ömrümə,

Qoymadı dövran keçə ovqatım ol ünvan ilə.

 

Ey Füzuli, əxtəri-bəxtim müsaid olmadı

Kim, olam bir dəm müqarin ol məhi-taban ilə.

 

 

TƏMAMİYİ-SÜXƏN

 

Söz müxtəsər ol əsiri-sevda,

Bir növ ilə oldu xəlqə rüsva

Kim, Qeys ikən, oldu adı Məcnun,

Əhvalını etdi qəm digərgun.

 

 

BU, LEYLİYƏ MƏCNUN GÜZƏRDƏ MÜQABİL OLDUĞUDUR VƏ GÜN MÜQABİLİNDƏ HİLALİ-MEHRİ BƏDRİ-KAMİL OLDUĞUDUR[15]

 

Bir gün ki, bahari-aləməfruz.

Vermişdi cəhanə feyzi-novruz.

Salmışdı niqab çöhrədən gül,

Çəkmişdi sürudi-nalə bülbül.

Şəbnəm meyi-nabı ilə lalə,

Doldurmuş idi qızıl piyalə.

Olmuşdu gül ilə səbzeyi-tər,



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-30 ] [ 31-26 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info