Qonaq Kitabı
LEYLİ VƏ MƏCNUN

Dust rüxsarinə eyni-şövq ilə heyran deyil!

 

Canın canan ittihadi fariq eylər cismdən,

Cismdən agah olan can, vasili-canan deyil!

 

Der imiş düşmən ki, Həmdəmdir Füzuli yar ilə,

Hər sözü böhtan isə, həqqa bu söz böhtan deyil!

 

 

BU, MƏCNUNUN ATASI LEYLİYƏ XASTKARLIĞIDIR VƏ LEYLİ ATASININ MƏCNUNDAN BİZARLIĞIDIR[28]

 

Saqi, gətir ol şərabi-nabi!

Kim, yetdi nisabə qəm hesabi.

Qəm, düşməni-cani-mübtəladır,

Dəf eyləyə gör ki, bir bəladır!

Söz cövhərinə olan xiridar,

Bu növ ilə qıldı gərm bazar

Kim, aciz olub qəm içrə ol pir,

Məcnununa qıldı fikri-zəncir.

Bildi ki, gər olmaz olsa Leyli,

Mümkün deyil olmağı təsəlli,

Qıldı tələbin özünə lazim,

Çəm etdi əaliyü əazim.

Ümmid ilə bağladı umub kam,

Ol kəbeyi-arizuyə ehram.

Çün Leyli atası bildi hali,

Uydurdu əkabirü əali,

Qarşılarına olub rəvanə,

Qıldı olar ilə əzmi-xanə -

"Əhlən və səhlən!" - deyib dəmadəm,

Min gəz dedi: - "Ola xeyr məqdəm!"

Çün şəm sifət olar oturdu,

Ol sərv kimi ayağa durdu.

Ortaya buraxdı türfə xanlar,

Ta kami-dil ala mehmanlar.

Olmuşdu dolub kəbab ilə xan,

Cədyü Həməl ilə asiman san.

Əmma, əcəb ər qıla xirədmənd,

Ol xanları asimanə manənd,

Hər kim qərəzin bulurdu xandan,

Bu mümkün olurmu asimandan?

Xanlar götürüldüyündə ol pir,

Təqrib ilə dərdin etdi təqrir: -

"Key, qədrlə qibleyi-qəbail!

Səndən qamunun muradı hasil,

Əslü nəsəbim sənə əyandır,

Hökmüm neçə min evə rəvandır.

Məşhuri-qəbailəm səxadə,

Mərufi-təvaifəm ətadə.

Həm var məhəbbətimdə təsir,

Həm var ədavətimdə təşvir.

Sərdəftəri-əhli-ruzigarəm,

Hər necə desəm, yüz onca varəm.

Nəxli-əməlim səmər veribdir,

İyzəd mənə bir gühər veribdir.

Hala dilərəm bu türfə lölu,

Bir ləl ilə ola həmtərazu,

Ta lölö olanda lələ vasil,

Tərkib qılam müfərrihi-dil.

Çox kanlara tişəvəş üz urdum,

Çox ləl həqiqətini sordum,

Hər kanda əgərçi ləl çoxdur,

Bir ləl ki, layiq ola yoxdur.

Bir ləlin eşitmişəm sənin var

Kim, lölöümə odur səzavar.

Lütf eylə, inayətü kərəm qıl!

Ol ləl ilə dürrü möhtərəm qıl!

Qılsın gülü sərv sayəpərvər,

Olsun gülə sərv sayəgüstər.

Fəhm et sözümü, təğafül etmə!

Bir xeyr işidir, təəllül etmə!

Gər hasil olur bu kam səndən,

Hər nə ki, dilərsən, istə məndən!

Onca qılayın sənə rəvan gənc

Kim, yer üzün eyləyə nihan gənc.

Onca gühər eyləyim rəvanə

Kim, bulmayasan ona xəzanə".

Ol sərvi-səmənbərin atası,

Ol gənci-nihanın əjdəhası,

Lütf ilə dedi ki: "Ey xirədmənd!

Mən kimi əsiri-dami fərzənd!

Sən xoş gəldin, səfa gətirdin,

Topraqlardan bizi götürdün!

Müşkülcə xitabdır xitabın,

Bilmən necə verəyin[29] cəvabın?

Qürbün bilirəm mənə şərəfdir,

Əmma xələfin əcəb xələfdir.

"Məcnun" deyə tən edər xəlayiq

Məcnuna mənim qızım nə layiq?

Leyli deməyim ki, nazənindir,

Bir tirə kənizi-kəmtərindir,

Olmazmı kəniz cinsi-mərdüm?

Yoxdurmu kənizə həm tərəhhüm?

Div ilə pəri olurmu həmdəm?

Olmaz, sözü açma, əbsəm, əbsəm!

Divanəyə zaye eyləmə rənc,

Viranə gərək ona, nədir gənc?

Tədbir ilə döndərib mizacın,

Sövdasının eyləsən əlacın,

Leyli onun olsun, eylədim əhd,

Var indi, sən et əlacına cəhd!"

 

 

BU, MƏCNUNUN ATASININ HİRMANIDIR VƏ QEYRİ BABDAN TƏDBİRİ-DƏRMANIDIR[30]

 

Ol sahibi-nəngü namü namus,

Döndü evə, gəldi xarü məyus.

Məcnuna dedi ki: - "Ey cəfakeş!

Hacət yetər, olmağıl müşəvvəş!

Əql ilə açılır ol müəmma,

Leyliyi sənə verərlər, əmma,

Şərti bu ki, olasan xirədmənd,

Ərbabi-xirəddən alasan pənd!

Rəf ola əlaməti-cünunun,

Əql ola həmişə rəhnümunun".

Məcnun dedi:- "Ey ədibi-kamil!

Divaneyi-eşq olurmu aqil?

Gər məndə bir ixtiyar olaydı,

Tədbirimə etibar olaydı,

Əvvəldən ədəb şüar edərdim,



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-30 ] [ 31-26 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info