Qonaq Kitabı
DƏHNAMƏ

Derlər ki, bolur bu çarə səndən,

Məqsudə yetər biçarə səndən.

Çoxların işini bitirənsən,

Çoxlarni muradə yetirənsən.

Hər sübh dəmində zikri-yahu

Söylərsən, əya nəsimi-xoşbu.

Səndən irişir məşamə ənbər,

Aləmni qılur dəmin müəttər.

Sən yari qılanda Mustafayə

Dedi ki, “nəsərtə bissəba”yə.

Ey mərkəbü-mövkəbi-Süleyman

Nəfxinlə hava pür oldu yeksan.

Səndən dutadır zəmin qərari,

Səndən çıxadır fələk buxari.

Əz lütf degil tənin hüveyda,

Olmaz vücudun çü ruh peyda.

Manəndə-hüma yerin həvadır,

Məcruhlərə dəmin dəvadır.

İsayi-zəmanü xoş nəfəssən,

Kim qalsa piyadə, sən fərrəssən.

Ey Xızra mədədçi hər aradə,

Yetir bu fəqiri sən muradə.

Vəlfəcr nəsimisən behişti,

Çün Nuh yerir dəminlə kəşti.

Yerlər yüzünü sən eylədin pak,

Gül yaxasını sən eylədin çak.

Çox vardır əgərçi qiylü qalın,

Heç kimsənə anlamaz məqalın.

Dilin sənin, ey nəsimi-xoşxan,

Gahi ərəb oldu, gahi imran.

Sən rih degilsən, ey verən ruh,

Bağlı qapı səndən oldu məftuh.

Bu dəmdə qatında hacətim var,

Aləmcə bu işdə minnətim var.

Bu müşkülümü gər eyləsən həl,

Həq duta əlin ki, dutasan əl.

Bir dilbəri-dilrübayi sevdim,

Mən zərrə bu gün bir ayi sevdim.

Lütfü kərəm eylə, var ana sən,

Qatında anın məni anasən.

Aydır – Varayım, bu canə minnət,

Mən xeyrə yetəm, sana nə minnət.

Bu yola gedəm piyadə səd bar,

Üşşaq işinə mənəm vəfadar.

Amma ki, mənimlə namə yazgil,

Dərdi-dilini pəyamə yazgil.

Mən aparayım anı nigarə,

Şayəd ki, bulam bu dərdə çarə.

Qıldım mən ana yügüş dualər,

Adın dutub oxudum sənalər.

 

 

Şeir berəsme-tərife-səba

(Səbanı tərif yolu ilə şeir.)

 

Dedim ki, əya Səbayi-xoşdəm,

Xublar hərəminə yarü məhrəm.

 

Oldun çü mənim işimə qəmxar,

Ayruluğ odunda çəkmənəm qəm.

 

Hicran oxidən bulam səlamət,

Gər sən qılasan yaramə mərhəm.

 

Hər xanda ki, var qəbul nəfəssən,

Aşiqlərə qılma hümmətin kəm.

 

Buldu bu Xətayi nəfxinizdən

Buyi-nəfəsi-Məsihü Məryəm.

 

 

Rəftəne-səba bexabqahe-xod ke fərda beyayəd

(Sabah gəlmək üçün Səbanın öz yatağına getməsi.)

 

Dedim ki, əya qamudan uli,

Oldu bu sözə könül təsəlli.

Əzm etdi həvəs ki, yazə namə,

Baş qoydu günəş məqami-şamə.

Xurşid çü məğribinə batdı,

Bəs vardı Səba yerində yatdı.

Qövl etdi mənə ki, dan atan çağ,

Bülbül budağə qonub ötən çağ,

Olmuş ola namə cümlə təhrir,

Hər ərzə ki, var içində təqrir.

Gəlim aparım anı nigarə,

Başəd ki bula bu dərdə çarə.

Ol getdivü bəndə bağda qaldım,

Məcnun təki dəştü dağda qaldım.

Aldım qələmi ki, namə yazəm,

Əhvali-dilim kəlamə yazəm.

 

 

Yari xastəne-Aşeq dər name neveştən əz dəvato qələm və əzaye-xod

(Aşiqin məktub yazarkən mürəkkəb, qələm və öz bədən üzvlərindən kömək istəməsi.)

 

Yadıma mənim zi fikr əksər

Gəlməzdi hüruf şəkli əzbər.

Yar ilə özüm müqabil etdim,

Yazmağa özümni qabil etdim.

Əqlimə dedim ki, hazir olgil,

Gözümə dedim ki, nazir olgil.

Bir dəm dedim, ey qərarım əylən,

Getmə bu gün ixtiyarım, əylən.

Ey səbr, dedim bu gün cəmil ol,

Bir dəm dedim, ey süxən dəlil ol.

Gözümə dedim ki, tərki-xab et,

Qoy fikri-xətayi, bir səvab et.

Dedim ki, qələm, yüzün siyah et,

Yusif tək özün beqəri-çah et.

Dedim: – Sağ əlim, al imdi xamə,

Dedim: – Sol əlim, dut imdi namə.

Qıldı sözümü qamusu məqbul,

Lövhi-dilim oldu eynə mənqul.

Yondum qələmi, dilini dəldim,

Həm yonub anın yüzüni sildim.

Lövh üstə sürüb bu başın anın,

Tökdüm vərəq üstə yaşın anın.

Kafurə qarışdı müşkü ənbər,

Bilməzdi hürufi fikrim əzbər.

Zülfin anuban çü “cim” yazdım,



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-30 ] [ 31-31 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info