Qonaq Kitabı
DƏHNAMƏ

Ancaq sizi gördügümni bildim.

Gər bir igidin düşə məlali,

Yetər sənə bildirincə hali.

Başuma mənim nələr gətürdün?

Ərzi-dilim ana xub yetürdün.

Yüz dürlü mana ğəramət etdin,

Aləmdə məni məlamət etdin.

Səbr etməgə hiç çarə yoxdur,

Bağrımda nə dürlü yarə yoxdur.

Bəs neyləyim, ey hərimi-gülşən?

Həll eyləmədin bu müşkülüm sən.

Bu həsrət ilən həlak oluram,

Bu dərd ilə dərdnak oluram.

Ol dəxi eşitdi uş bu hali,

Aşiqliğimi, ğəmü məlali.

Bir ol dəxi aşiq olmuş imiş,

Eşqin hünərini bilmiş imiş.

Ah eyləyübən təəssüf etdi,

Üzrin diləyib təkəllüf etdi.

Aydır ki, əya ğəribü bikəs,

Bildim sözüni nə olduğun bəs.

Amma ki, yetirmək olmaz anə

Kim, xişm edər ol mana, nə sanə.

Çox eyləmə dəxi fikri-fasid,

Gər sana gərək bu yolda qasid,

Bir qutlu nəfəs, Səbadır adı,

Aşiqlərə ol verir muradı.

Məşud ilə aşiqə rəsuldur,

Hər yerdə ki, var sözü qəbuldur.

Anı bula gör nə yerdə kim var,

Desən varur ana xanda kim var.

Məşuq ilə aşiqə rəsuldur,

Əzrayə gedər zi suyi-Vamiq.

Mən dəxi görüm gələndə ani,

Bilim sözü necədir nihani.

Varmı diləgin məhəlli billəm,

Gər könlü xoş olsa, ərz qıllam.

Olmasa qəbul, ola mərdud,

Gər qılsa, yetə muradə məqsud.

 

 

Baz gəştəne-aşeq əz dəre-məşuq be tələbə-səda

(Aşiqin səbanı tapmaq üçün məşuqənin qapısından geri qayıtması.)

 

Allaha şükür qılub yer öpdüm,

Bulmağa Səbanı yola qopdum.

İstəməgə anı bağə düşdüm,

Eşq ilə, nedim ki, dağə düşdüm.

Həm bərgi-bənövşə, lalə gördüm,

Xinzalə yüzündə jalə gördüm.

Həm firqələrin ləçəklərini,

Həm tutiyənin çiçəklərini.

Həm dəstə bütük vərdi-qaymaq,

Sünbül çiçək ilə oymaq-oymaq.

Quzuqulağı, gülü qərənfil,

Təkəsaqqalivü göy sünbül.

Sordum bulara dəmi-səbanı,

Uzatdı cənab içün zəbanı.

Derlər ki, nedir bu dağ içində?

Var istəgil ani bağ içində.

 Hər gülşəni ol müzəyyən eylər,

Gülzar içində məskən eylər.

Bu sözü eşitdim, ağladım zar,

Yetdim yügürdüm besəhni-gülzar.

Gördüm çəmən içrə bağbani,

Sordum ki, xanı ana səbanı.

Der oldur əsər budağlar üstə,

Titrətmə salur vərəqlər üstə.

Pərvazi müdam olur çəməndə,

Pərvasi səndədir, nə məndə.

Öz eyşinə, öz dəminə məşğul.

Bu aləm anın qatında bir pul.

Görsətməz özin, gəzər nihani,

Bari de ki, sən nedirsən ani?

Dedim ki, sən ani sorma məndən,

Məndən sana bu cəvab xandən?

Bir bağbanına söylədim söz,

Nə qaldı ağız, nə yüzü, nə göz.

Heç görməmisən bu heyətimni,

Bu şəkli-bədiü surətimni.

Gər munda işimni sorasan sən,

Andan qalanın bitürəsən sən.

Hər nə sözüm olsa, hər nə vayə,

Pünhani derəm ani Səbayə.

Sən varmaz isən, vararum özüm,

Ərz eylərəm ana gizli sözüm.

Əlqissə, varu Səba qatinə,

Yetürdüm özümni xidmətinə.

Gördüm ki, gəzər çəməndə xoş dəm,

Güllər vərəqini eyləmiş nəm.

Sərvin yenə təprədir budağın,

Güldən çü ərus alır duvağın.

Nərgis gözün açmış, ana baxər,

Sünbül yüzinə tapança qaxər.

Bir gülşən içində buyi-güldən,

Şəbnəm pür edir səbuyi-güldən.

Gəh qəddi-bənövşə xəmdir andan,

Gəh dideyi-əbr nəmdir andan.

Meydanda atı həmişə tövsən,

Uzatmış ana zəbanı susən.

Gülzari-çəmən münəvvər andan,

Eylər damağı müəttər andan.

Şax üstə şükufələr açırdı,

Boyunu çiçəklərin saçırdı.

Bürqə götürürdü ruyi-güldən.

İsar qılurdu buyi-güldən.

Çün bülbüli-aşiqi-xoş avaz

Eylərdi çəməndə nəğmə ağaz.

Dutmuş qulağın çiçəklər ana,

Zikr ögrədədir mələklər ana.

Gəh dağda əsərdi, gah bağda,

Gəh solda əsərdi, gah sağda.

Dedim ki, əya Səbayi-xoş dəm,

Allah dəmini qılmasun kəm.

Başuma mənim bir iş gəlibdir,

Eşq atəşi yürəgim dəlibdir.

Biçarəvü zarü müstəməndəm,

Hicranın əlində dərdməndəm.

Uğraşdı gözümə bir pəriru,

Dağlara düşüb olubmən ahu.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-30 ] [ 31-31 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info