Qonaq Kitabı
DƏHNAMƏ

Ol mayə məqami-qabi-qövseyn.

Ol qıldı münəvvər afitabi,

Şəqq etdi əlilə mahtabi.

Kafir dilədi dəlili-tövzih,

Rik etdi anın əlində təsbih.

Çün badi-səhər pəyamə gəldi,

Ahu yügürüb səlamə gəldi.

Qəsd etdi ana çü xəsmi-bədxu,

Şəhd oldu anın önündə ağu.

Gül verdi anın düri-sifatın,

Qumrular oxudu möcüzatın.

Daş möcüzü birlə dilə gəldi,

Həm sayəsi nuri bilə gəldi.

Ayağı basan yer oldu sər tac,

Cövlani-Buraqi suyi-merac.

Tən etdi fələkdə mehrü ayə,

Salmadı vücudi yerə sayə.

Din ləşkərinə himayət etdi,

Həq yolu bizə hidayət etdi.

Öz ümmətini qılıb güzidə,

Oldu dü cəhanda nuri-didə.

Həm şəninə münzəl oldu Quran,

Qərq eylədi küfrü, oldu fürqan.

Çün xətmi-dəlili rövşən oldu,

Əşcar əgildi, səcdə qıldı.

Nur etdi yeri yüzi çırağı,

Pür etdi saçı qamu dimağı.

Ol şəb ki, yeridi suyi-cəbbar,

Cəbril önüncə ğaşiyədar.

Həq həzrəti saru yol varanla,

Rəfrəflə töküldü səndəs anda.

Xətm oldu cəmii-ənbiyadə,

Oldu mələkut ana piyadə.

Ruhül-qüdüs oldu ğaşiyədar,

Keçdi yedi gögləri səbəbkar.

Nəlini-xücəstə basdı ərşə,

Nuri-rüxi doldu ərşü fərşə.

Gər cümlə peyəmbər etdi möciz,

Möcüzdə qamuni qıldı aciz.

 

 

Dər mənqəbəti-şahi-mərdan əli (Əlinin tərifi.)

 

Ol şah ki, məzhəri-xudadır,

Həqdən kim anı deyər cüdadır.

Cümlə səbəqaldı övliyadən,

Piş oldu kəmalı ənbiyadən.

Məqsudi-cəhan cəmii sənsən,

Ey gövhəri-pak, sən nədənsən?

Adəm nə bilür həqiqətini,

Bilməz çü mələk təriqətini.

Gəldi süvəri-vücudə həq sən,

Həq səndə zühur, eyni-həqsən.

Ey sirri-hidayətü vilayət,

Bu bəndənə qıl kərəm inayət.

Qədrin ki, göründü müntəhadə,

Ərş oldu çü kürsi üstivadə.

Məzduti-yəqin məqami səndə,

Cəbrili-əmin kəlami səndə.

Ruhül-qüds oldu ismi-zatın,

Münkir nə bilür nədir sifatın.

Həm səndən bulundu ismi-əzəm,

Həm səndə göründü ruhi-Adəm.

Tiğində yazıldı sətri-lolak:

Lövlak lima xilqətül-əflak.

Dərya qamusı mürəkkəb olsa,

Katib mələkut mürəttəb olsa,

Yazmaya olar qamusı vəsfin,

Həqdən həq olur nəsibü qismin.

Könlün sənin oldu bəhri-qüdrət,

Ol bəhr ki, oldu mövci rəhmət.

Ayırma həqiri rəhmətindən,

Dur eyləmə şükri-nemətindən.

Mən tək sana bəndə ola bihəd,

Kəmtər zi kəmin, ğulami-biəd.

Lütf eylə fəqirə, ya ilahi,

Əzl eyləməgil bu rusiyahi.

Kuhi-kərəmü livayi-rəhmət,

Dəryayi-fütüvvətü mürüvvət.

Çün nuri-zəminü asimansan,

Məqsudü muradi-kün-fəkansan.

Təndir bu cəhan, içində sən can,

Yalğuz nə can ki, cani-canan.

Sən məzhəri-lütfi-həqsən, ey şah,

Ol bəndələrin işindən agah.

Çox rəhmətinə ümidvarəm,

Kim var dəxi, bəndə kimə varəm?

Gər məqbul isəm, məni qəbul et,

Həq dərgəhinə kəminə qul et.

Vər müdbir isəm, həman səninəm,

Gər yaxşı və gər yaman səninəm.

Heç yox mənim əlimdə nəstə,

Biçarə qulam şikəstə bəstə.

Sən şahi-kərimi-pür kərəmsən,

Ümmidi-əmaimü üməmsən.

Həqqin sağ əli sənin əlindir,

Allah yolu sənin yolundur.

Həq yoldan azıtma, ya ilahi,

Kim, sənsən iki cəhan pənahi.

Həq gördü nəbi beşəkli-ərslan,

Yeddinci fələkdə sizni dərban.

Kəsmə nəzərin bu natəvandan,

Ayırma məni ol asitandan.

Sənsən yaradan bu xasü ami,

Küstax demən dəxi kəlami.

Ey nuri-xuda, çıraği-aləm,

Qoyma məni zülmət içrə qaləm.

Ey iki cəhanın afitabi,

Var eylə çü zərrə mən türabi.

Qıl baqi məni fəna yüzündə,

Sən həqsənü mən xəta yüzündə.

Sən kani-mürüvvətü ətasin,

Bağışla Xətayinin xətasin.

 

 

Mürəbbe

 

Şah iki cəhanın əfzəlidir,

Allahın əli anın əlidir,

Ol söz ki, zəmanə heykəlidir,



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-30 ] [ 31-31 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info