Qonaq Kitabı
DƏHNAMƏ

Bülbüllər oxur, nizam dutmuş.

Əflak yüzündə kaxü eyvan,

Bir təxti-səradə bürci-Keyvan.

Gül yastanuban nigar oturmuş,

Qanlardan əli nigar oturmuş.

Əz bərgi-səmən sərirü təxti,

Gül kimi güşadə ruyi-bəxti.

Məhlər qamusu əyağə durmuş,

Kim solavü kimi sağə durmuş.

Çakərlər içində şah nisbət,

Kövkəblər içində mah nisbət.

Şəhlər qamusu yanında nökər,

Yusif yüzinə ğulami-kəmtər.

İskəndər ana bir ayinədir,

Darab qatında bəndə girdar.

Cəmşid anın piyalə giri,

Cəm bəzmi-şərabının əsiri.

Yüz qeysər ona ğulami-Rumi,

Rüxsarı günəşmi, yoxsa rumi?

Əngüştəridar ana Süleyman,

İnsanü pəri sözinə fərman.

Bir zərrə yüzi qatında xurşid,

Bir ləmə cəmal qatında Nahid.

Peyvəstə qılur itabü nazi,

Dəstində inani-sərfərazi.

Durdu, yeridi çəməndə rəna,

Başından ayağa candır əza.

Gül ğönçəsi tək niqab yüzündə,

Məh kimi hezar tab yüzündə.

Heç kimsə anın yanına varmaz,

Heç mərdüm anın yüzini görməz.

Doğru baxanın alırdı canın,

Gözü görənin tökürdü qanın.

Çün gördüm anı bu səltənətdə,

Eyvani-kəmali-mənzələtdə.

Vəhşət ətəginidutdu könlüm,

Öz halətini unutdu könlüm.

Dedim ki, diriğ, neyləyim ah.

Mən zərrə ilən nə nisbət ol mah.

Ol gögdə yerir, bəndə bər xak,

Bu xak necük yetər bər əflak?

Mən bir qulam, ol bir ulu sultan,

Sultan ilə qul məqami xandan?

Bu gücləri mana eşq qıldı,

Bu vərtəyə canı eşq saldı.

Fəryad ilə ah eşq əlindən,

Ömr oldu təbah eşq əlindən.

Eşqi anuban şikayət etdim,

Ğəm şərhini binəhayət etdim.

 

 

Dər sefəte-atəşe-eşq

(Eşq atəşinin səciyyəsi haqqında.)

 

Eşq odu yamandır, ey xirədmənd,

Bu bənd dolaşma, gəl eşit pənd.

Eşq uğraşur olsa kuhi-Qafə,

Ənqa qıla Qafə irtihafə.

Gər eşqi götürsə nöh fələklər,

Çərx üzrə fələk yana, mələklər.

Gər eşqin odu düşər zəminə,

Suzi yetə ərzi-həftüminə.

Bir zərrəcə eşq canə düşsə,

Ya rəglər içində qanə düşsə,

Bir dəm tən içində durmaya can,

Həm rənglər içində xüşk ola qan.

Gər atəşi-eşq başə düşsə,

Bir zərrəcə suzi daşə düşsə

Qatlanmaya ana, çatlaya daş,

Meydani-həvadə oynaya baş.

Gər atəşi-eşq dilə düşsə,

Bir qətrəcə bəhri-Nilə düşsə,

Bir ləhzədə oda yana dillər,

Hirqətdə quruya bəhri-Nillər.

Gər eşqin odu düşərsə bəhrə,

Səbr etməyə bəhr uş bu qəhrə.

Ol oddur çıxardı daşdan,

Əqli gəlicək apardı başdan.

Ol oddur o kim, Xəlili Nəmrud

Ba Məncəniq atdı anə çün dud.

Eylərdi ol od Xəlili Möhrəq,

Yanar günüdə deməsə “ya həq”.

Uğraşdı ol od beqəlbi-Məcnun

Fərhadı ğəm ilə qıldı məhzun.

Vətfindən anun yetərdi neylər,

Fərhadə son ucu gör ki, neylər?

Oldur ki, ana sataşdı həllac,

Mahmud misali sahibi-tac.

Bir darə birini mənzər etdi,

Bir qula birini çakər etdi.

Oldur ki, ana yaxıldı Yəqub,

Həm çəkdi anın bəlasin Əyyub.

Ağlatdı birini, kur qıldı,

Birin bəlaya səbur qıldı.

Bir oda sataşdı Şeyx Sənan,

Həm cani-Züleyxa Misrə sultan,

Ol birini kafir etdi, bidin,

Ol biri şəh ikən oldu miskin.

Bu eşq ilə kim, əsir boldum,

Dər vəqti-cəvani pir boldum.

Qalmadı dəxi tənimdə taqət,

Qəsd etdi mana hücumi-firqət.

Eşq oduna bir rəvayət etdim,

Adın dutuban şikayət etdim.

 

 

Şeir be rəsme-şekayət əz eşq

(Eşqdən şikayət yolu ilə şeir)

 

Ey canü dili xərab edən eşq,

Üşşaqı kəm əz türab edən eşq.

 

Odlarə salıb fərağət əhlin,

Yaxıb cigərin kəbab edən eşq.

 

Məşuqə müdam içmək içün

Dillər qanını şərab edən eşq.

 

Divanələrin dutub təriqin,

Tərki-vərəü səvab edən eşq.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-30 ] [ 31-31 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info