Qonaq Kitabı
DƏHNAMƏ

Dər cəmi-əimmə müqtədadır.

Baqir sifət ol imam Məhəmməd

Kim, doğru imamü pişvadır.

Bəs Cəfəri-sadiq, ol dili-sidq

Ba fəzlü ülum mühtədadır.

Bəs Musa gəlür, sifatı Kazim,

Nuri-kərəmü dəmi-xudadır.

Bəs Musiyi-ben riza ki, dər din

Safi dilü şəmi-əsfiyadır.

Bəs gənc Təqi Məhəmməd, ol kim,

Dər mülki-əimmə müttəqadır.

Bəs kani-Təqi Əliyi-Nəqi

Məcmuyi-cəhanə rəhnümadır.

Bəs şah Həsən, sifatı Əskər,

Ədyanü miləldə padşadır.

Bəs xətmi-zəman Məhəmmədi-din

Kim, Mehdiyi-mülki-ənbiyadır.

 

 

Sifəti-gülşəni-bahar (Bahar güllüyünün təsviri)

 

Qış getdi, yenə bahar gəldi,

Gül bitdivü laləzar gəldi.

Quşlar qamusu fəğanə düşdü,

Eşq odu yenə bu canə düşdü.

Yer geydi qəbayi-xizrpuşan,

Cümlə dilə gəldi ləbxəmuşan.

Sərvin yenə dutdu damənin su,

Su üstə oxudu faxtə gu-gu.

Ğönçə dəhəni çəməndə xəndan,

Gülmaxdan ənar açıldı dəndan.

Bülbül oxudu sifati-hicran,

Dəryadə dür oldu əbri-neysan.

Durna uçuban həvayə düşdü,

Laçın aluban ovayə düşdü.

Alma ağacı dibində sayə

Tən eylər did bulutda ayə.

Yaşin yerə tökdü əbri-neysan,

Bülbüllər oxudu səd hezaran.

Mey bəslədi jalə hər vərəqdə,

Türrac kitab oxur təbəqdə.

Qum-qum der idi ağacda qumri,

Məst oldu bənövşə içdi xəmri.

Şax üstə qabaqlar hali,

Qu gərdənindən verür misali.

Quş beççələri ünü yuvadən

Məktəb ünü tək gəlür həvadən.

Boyandı zəmin hezar rəngə,

Övraqi-şəcər də təngə-təngə.

Nilufər açıldı, suyə girdi,

Pirahənini başına sardı.

Çinar əlini çü rəqsə açdı,

Gül xurda zərin şəbaşə saçdı.

Çaylar bulandı, yıxdı arxın,

Bağlar ağacı gögərtdi şaxın.

Gilas ağacı dibində mahüm,

Çün mah idi dər miyani-əncüm.

Yüz dürlü qəba geyib çəmənlər,

Ağ donunu geydi yasəmənlər.

Şax üstə şükufeyi-şəcərlər

Musa əlindən verür xəbərlər.

Sirabi gülün yüzündə abi,

Nərgis oturub gözündə xabi.

Hər ğönçədə vərdi-ərğəvani,

Qumri gözündən verür nişani.

Ta çalmaya dan yeli tapınçə,

Yüzinə niqabın örtdü ğönçə.

Yaşıl çəmən üstə jalə çin-çin,

Əxzər fələk üstə rəşki-Pərvin.

Sərv etdi çəməndə sərfərazi,

Gül cilvələnir başında nazi.

Çıxmış budağ üstə əndəlibi,

Mənbərdə oxur çəmən xətibi.

Cular axadır çəməndə hər su,

Nərgis gülünün gözündə yuxu.

Lalə oturub başında taci,

Heç sərvərə yoxdur ehtiyaci.

Sünbül daramış başın be şanə,

Ənbər qoxusun qılur fəşanə.

Cular axadır kənari-bağdan,

Su içməgə ahu gəldi dağdan.

Lalə gecələr yaxıb çiraği,

Aşiq cigərinə çəkdi daği.

Naz ilə bəzəndi bağ sərvi,

Sancıb başına dümi-təzərvi.

Güllər vərəqinə doldu şəbnəm,

Çün birgeyi-hövzi-abi-zəmzəm.

Al ilə yaşıl geyindi bağlar,

Ağ ləçəgi sərpə saldı dağlar.

Süsən qılıc aldı, bid xəncər,

Eyş etməyənin gözinə sancər.

Pərvaz qılur havadə turğu,

“Ya rafe” oxur, kimisi yahu.

Sayrar ağac üstə yüz sığırçın,

Ahəng dutar ona gögərçin.

Əsməkdə nəsimi-ənbərəfşan,

Yaprağnı qılur budağda lərzan.

Ötkün quşu köçdü, qıldı pərvaz,

Durnavü üqabü qurqura, qaz,

Murçinü çürəvü nərgə, sona

Yaydı qanadın ki, gölə qona.

Kəklik gülür idi dağda qah-qah,

Bayquşlar oxurdu “li məallah”.

Sərv öz ayağına sayə salmış,

Zilli-saçını hümayə salmış.

Novruz gülünün açıq dəhanı,

Mürğ anda hezar oxur zəbanı.

Daylar tülədi, buraxdı yalı,

Kişnər çalağan qulun misalı.

Quzladı qoyin, töküldü döllər,

Yaylağ həvəsini qıldı ellər.

Düşmən qanı tək qızardı hər su,

Ötkün saruya yeridi ahu.

Biri-birini qavur keyiklər,

Bala dölümün qılur peyiklər.

Durmuş çəmən üzrə sərv ayağə,

Qılmağa təmaşa solu sağə.

Gül düxtərinin ərusi yetmiş.

Gülgün duvağın başına örtmüş

Ahu quzu doydurub uyutdu,



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-30 ] [ 31-31 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info