Qonaq Kitabı
DƏHNAMƏ

Ol sərvi-səhi çü gördü ani,

Sordu: – Nə gərək, e hərzə-mərzə,

Kim dedi sana ki, gəl bu mərzə?

Aydır ki, əya şəhi-zəmanə,

Yüz sürməgə gəldim asitanə.

Nəvvabü qapuçivü süpəhdar,

Qəsd etdi Səbayə cümlə yekbar

Kim, öldürübən həlak edələr,

Xəncərlə tənini çak edələr.

Qaxıdı sənəm oları varın,

Der: – Mən verəyim cəzayi-karın,

Məcnun çanağın uşatdı Leyli,

Bil kim, var idi onunla meyli.

Gər aşiq olursa eşqə sadiq,

Məşuqi qılur özinə aşiq.

Əlqissə, sözünü guş qıldı,

Bəs cami-itabi nuş qıldı.

Yırtdı əlidən alıb kitabın,

Saydı yüzünə üyubi babın.

Eybini varın şümar qıldı,

Gül yüzlü Səbanı xar qıldı.

 

 

Ğayeb şomordəne-məşuq Səbara

(Məşuqənin Səbanı qovması.)

 

Aydır: –Niyə gəldin, ey qədəmsiz?

Bisəbtü səbat, kal, ədəmsiz

Olsan ki, məkanü millətin yox,

Biçarələr üstə heybətin yox.

Yox səndən vüqarü ğeyrətü ar,

Tü yüzinədir nə yerdə kim var.

Kim qarşuna varsa, gözün örtər,

Ancaq nə gözün ki, yüzin örtər.

Şaxlar çiçəgin yerə tökərsən,

Ağac budağın iki bükərsən.

Saru qıluban nihal bənzin,

Süst etdi dəmin hilal bənzin.

Yol kəsmək işin bu zirvələrdə,

Qoparma könülni girvələrdə,

Məsturların açan hicabın,

Əldən sənəmin qapan kitabın.

Girən çü dilənçi hər qapudan,

Görməz gözün əma tək səbudan.

Yüzündə savux, qoxunda nikbət,

Hər dəmdə sözün yalanü ğeybət.

Bir parə ağacları yıxarsan,

Mərdüm gözünə tütün tıxarsan.

Damular odunu yandıransan,

Sirlərni açub utandıransan.

Yaman gün olur dəm ol qiyamət,

Sən olasısan ana əlamət.

Əz ziri-zəmin qılasısan cuş,

Aləmni qılıb xərabü mənquş.

Çox eyləmə hərzə yerə küf-küf,

Şəm ilə çirağı qılma pür-pür.

Savux toxunub, səbük qaçarsan,

Örtülü eyibləri açarsan.

Gəh məbrəz ara qəbih olursan,

Gəh məqəd içində rih olursan.

Gəh saiqələr turur tozundan,

Gəh fəlsəfə dersən öz-özündən.

Hərzə yerə laflər urursan,

Toprağ ilə külü savurursan.

Yüz eybilə kim, bu şöhrətin var,

Bu şəhvət ilən nə hörmətin var,

Tez yeri, var ol gədayə söylə,

Məndən təmə etmə vayə söylə.

Ol göndərənün sanadurur xas,

Kim, əmayə əma xas ba xas.

Yoxsa səni mən bir işə saləm,

Fəryadın ünilə dola aləm.

Məndən yeri var, qılma çox toz,

Sürgil eşəgivü satmagil qoz.

Bir zərrə odu salıb cahanə,

Odlarsan ulusu yanə-yanə.

Dəryadə gəmilər azıdarsan,

Görər gözə tozu tozudarsan.

Ünün çıxar əz vücudi-bican,

Səndən dolu əşgimə cuyistan.

Çox söyləmə, ey yalançı göftar,

Vardır bu dəmində buyi-murdar.

Hər nikbət ağız ki, sözün açar,

İman gedərü firiştə qaçar.

Əsmə gəhi solda, gah sağda,

Təzmə gəhi yolda, gah dağda.

Mən səncələyin yalançı sürmən,

El ğarət edər talançı sürmən.

 

 

Təhsin kərdəne-məşuq xişra

(Məşuqənin özünü öyməsi.)

 

Olam ki, mənim cəhanda həmtam,

Nə gördü zəmanə, nə xud əyyam.

Kim gördü yüzüm bəğeyri-güzgü?

Kim dutdu saçım bəğeyri-giysu?

Zənəqdə qomən səvayi-yaşmaq.

Geymən əyağa be ğeyri-başmaq.

Könlüm tənim üstə məhrəm ancaq,

Özüm mən özümə həmdəm ancaq.

Kim dutdu saçımni ğeyri-şanə?

Cüz sayə qomən ki, kimsə yanə.

Qədr etmən aya ki, var hilalın,

Baxman günəşə ki, var zəvalın.

Pürxun deyə baxmazam be lalə,

Nərgisdən alurmiyəm piyalə?

Baxman qədi-sərvə nazlığdan,

Dərya suyun içmən azlığdan.

Müşk iyləmənəm, yüzü qaradır,

Güldəstələmən, yüzü paradır.

Dadman şəkəri ki, əsli neydir,

Mey içmən əz an ki, feli qeydir.

Çəng alman ələ ki, bulhəvəsdir,

Ney dinləmənəm ki, əz nəfəsdir.

Nərgisni görəndə xəstə dermən,

Reyhanü bənövşə dəstə dərmən.

Şəhlər eşigimdə qul qamusi,

Gül yaprağı hücleyi-ərusi.

Nə itdir o kim, özün der adəm,



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-30 ] [ 31-31 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info