Qonaq Kitabı
DƏHNAMƏ

Ağzını ananda “mim” yazdım.

Yazdım pitigi “əlif”, “he” yazdım,

Almamış ikən anı “xe” yazdım.

Eynini ananda “sadı” çəkdim,

Xal üstə gözündə “zadı” çəkdim.

“Rey” yazdım ananda şəkli-qaşın,

Çeşmim həvəs ilə tökdü yaşın.

“Lam” oldu beşəkli-zülfi-hindu,

“Nun” hərfi çəkildi şəkli-əbru.

Çəkdim bir “əlif” çü qaməti yar,

Yazdım xəmi-qəddimi digərbar.

Piçidə qılub oları bahəm,

Yazdım bilə lam əlifni ba həm.

Bu növ ilə hərfi cümlə yazdım,

Bir nöqtə demən ki, sözdə azdım.

Dilim dutulur gəh əz təhəyyür,

Ğəm könlüm ara qomaz təfəkkür.

Yazdım pitigi qamu sərasər.

Dutdum anı qarşuma bərabər.

Oxudum anı ki, qalmay şək,

Nəqs oldu gümani-zayidi-hək.

Kəsdim qulağın türabə tökdüm,

Çərtib yüzinə donunu bükdüm.

Hər növ ilə bari yazdım anı,

Dedim ki, Səba bu dəmdə xanı?

Kim, gələ apara namə yarə,

Bir mərhəm ola bu dilfikarə.

Gəldi qulağıma sazi-bülbül,

Şəb pərdəsin açdı çöhrədən gül.

Sübh oldu, dedim irişmədi bad,

Üşşaqi məgər çıxardı əz yad?

Miskin dil edirdi dəm-dəm ahi,

Gözlərdi gözüm begiryə rahi.

Gördüm ki, Səba irişdi nagah,

Görgəc anı dərdəm eylədim ah.

Dedim: – Sana təhsin, ey vəfadar,

Oldun yenə canıma mədədkar.

Gəl şimdi apar nigarə peyğam,

Ta bola fəqirə vəsli ənam.

Gəldivü əlimdən aldı məktub,

Əzm etdi, yeridi suyi-məhbub.

Aydır ki, bizimlə bağla hümmət,

Yar etmiyə ta bu işdə höccət.

Dedim ki, yeri, xuda biləncə,

Ər hümməti həm dua biləncə.

 

 

Ozr xastəne-aşeq əz səba və cəvab dadən beərəbi

(Aşiqin Səbadən üzr istəməsi və ərəbcə cavab verməsi.)

 

Üzr etdim anınla pür mükafat,

Ta ortada qalmaya münafat.

Dedim: – İrəmi rikabın əz rah?

“Nəsr” ayətin oxudu, “minəllah”.

Dedim: – Yetəmi dəva nəsibi?

Der: – Leytəni küntü min təbibi.

Dedim ki, işimdən eyləmə ar,

Der: – Lillahü rəbb fərdü qəffar.

Qəm etdi dedim zi şadi tərcih.

Der: – Heysə yəşa yüksəkkünürrih.

Dedim ki, “Vəcəd fəcud səvabən?”

Aydır ki, “Ləəlləni turabən”.

Dedim: – Bu sitəm olurmi kəsrən?

Der: – Ğəm yemə, “beynə üsr yüsrən”.

Dedim: – Əvəzin necük qılına?

Der: – Allahü əcr aləminə.

Dedim ki, işim neçük bola, ah?

La təqnətü, der, zi rəhmətullah.

Dedim: – Sana qıldım etimadi.

Oxudu dəlili-ya ibadi.

Dedim ki, təbarək, ey süxəndan,

Sana yaraşur süxən du çəndan.

 

 

Nameyi-əvvəl. Rəftəne-səba besuye-məşuq

(Birinci məktub. Səbanın Məşuqun yanına getməsi.)

 

Gəldi və əlimdən aldı məktub,

Əzm etdi, yeridi suyi-məhbub.

Der: – Hümmət edin bizimlə həmrah,

Etməyə məlamət ol şəhənşah.

Dedim ki, rəfiqin ola mərdan,

Tən munda qalıb, səninlədir can.

Ol getdivü qaldım anda giryan,

Səd nalə konanü zarü əfğan.

Gəh dağ üzə əsdi, gahi daşda,

Gəh xüşk üzə əsdi, gahi yaşda.

Sürdü qatı atın ol vəfadar,

Ol bağə irişdi k-andadır yar.

Gördü ki, bir adlı şah imiş ol,

Nə yerdə, fələkdə mah imiş ol.

Gülşəndə bülənd otağü eyvan,

Səncərlə səlatin ana divan.

Yüzinə baxarsa, gün dutar yüz,

Hər gün saçı birlə dil dutar yüz.

Qarşudadurur mələk yasavul,

Hər kimi görür, edir ki, savul.

Dutmuş yüzü birlə nur baği,

Eyvanı-fələkdədir otaği.

Çün gördü anı Səbayi-miskin,

Çəkdi cilovunu, oldu ğəmgin

Kim, bu pəridir cəhanda məşhur,

Xudbinü cəmalü hüsnə məğrur.

Necə varım imdi həzrətinə,

Ta irişə ərzə xidmətinə?

Dərman edə yar o dərdməndə,

Kar etdi anın bu dərdi məndə.

Durmuşdu Səba qılıb təfəkkür,

Barmağını dişlib əz təhəyyür.

Nagah önünə çü gəldi bir pir,

Xoş şəklü şəmayil, özü dilgir.

Yanına gəlib Səba rəvani,

Söylədi ana sözün nihani.

Sordu ana kim, Səbamısan sən?

Eşq əhlinə aşinamısan sən?

Kim, aşiqi-xəstədən gəlirsən.

Halından anın xəbər bilirsən.

Aydır ki, bəli, Səba mənəm der,

Sözüm yetürüm, xanı Sənəm der.

Ta andan ola bu iş sərəncam,



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-30 ] [ 31-31 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info