Qonaq Kitabı
DƏHNAMƏ

Oğurlanıb özü ota getdi.

Səhrayə buraxdı nafə ahu,

Xaki-siyəh oldu müşki-xoşbu.

Durna uçub ün çəkib həvadə,

Gedər ünü qırx ağac ziyadə.

Bağrı qaranın qarardı bağri,

Şahbaz ona varanda doğri.

Quşlar yuvadan uçurdu balə,

Ahu yenə sür verür ğəzalə.

Çıxdı günəşə yer əjdəhası,

Buynuzunu saldı dağ buğası.

Hər bir çiçək üstə qondu zənbur,

Dövşürməgə çıxdı danəsin mur.

Hər şey günəşə qurutdu yaşin,

Qövsi-qüzeh açdı tər qumaşin.

Şəb cü-cü edir ağacda sərçə,

Uçanda, qonanda beylə parçə.

Yaprağı ağaclar üstə lərzan,

Kimisi çü tir, kimisi peykan.

Şəh tuti oxur şəkər kəlamin,

Qənd ilə pür etdi bəndü damin.

Döndü vətəninə cümlə quşlar,

Gəldi yuvasına qırlaquşlar.

 

 

Dər zikri-ünvani-aşiqi və əhvali-xod.

(Bir aşiqin ünvanı və öz halı haqqında.)

 

Aləm qamusu bu dəmdə xoşhal,

Mən öz işimdə fariğül-bal.

Gəh yerir idim çü ahu dağda

Gəh axar idim çü cuy bağda.

Gəh könlüm ilən çəməndə xürrəm,

Gəh həmdəm ilən gəzəndə biğəm.

Məşuq ilə eşqi tanımazdım,

Heç kimə könül verim deməzdim.

Derlərdi bu eşq qissəsini,

Dil zərrə yeməzdi qüssəsini.

Öz pişəmə, öz işimə qane,

Heç kim yox idi kim, ola mane.

Kim desə mənə ki, aşiq oldum,

Rüsvayi-dili-xəlayiq oldum,

-Əbləh-deyübən gülərdim ana,

Hər tənə ki var, qılardım ana.

Key əbləhü kəcxəyalü biəql,

Bu sözmidürür ki, eylədin nəql.

Ol odə salamı canı kimsə,

Ğeydə verəmi inanı kimsə?

Çün düşməmiş idi dil bu qalə,

Yüz tənə qılurdum əhli-halə.

Yanmıyan oda nə bilsün odi?

Başdan çıxarur düşəndə dudi.

Yəqub oxurdu dər təəssüf

“İnna əcəda berihi-Yusif”.

Məcnun ögünə düşəndə Leyli,

Gözdən axırardı qanlu seyli.

Fərhadə dəyəndə eşqi-Şirin,

Eylərdi fəğani-zəhragin.

Əlqissə, bu sözi bilməz idim,

Üşşaqi gözümə almaz idim.

Bir gün çəmən içrə seyr edirdim,

Pərvanə misali teyr edirdim.

Bir sayeyi-sərvi-nazə yetdim,

Bir ləhzə orada xabə getdim.

Ruhaniyə ruh qıldı seyran,

Gəl gör ki, mana nə qıldı dövran?

Göründü gözümə bir pəriru,

Xoş ləhcəvü xubcəmalü xoşru.

Çün seyr ilə gəldi mana yetdi,

Canü könül aldı beylə getdi.

Hüsnü sifətin nə qılım anın,

Nuri fələkin, gözü cəhanın.

Xoş qaməti kəşki-sərvi-rəna,

Xaşak yüzündə vərdi-həmra.

Qaşları kəmanü kiprigi ox,

Aləm gözü qatda nərgisi-şux.

Nə şəkli- pəri, mələk, nə insan,

Rövşən yanağında nuri-rəhman.

Oldum beməsəl divanə bidar,

Nə məstü nə aqiləm, nə hüşyar.

Bilmən özümi ki, xandəyəm mən,

Ya mürdəmi, yoxsa zindəyəm mən.

Bağrım yaralu misali-lalə,

Ğəmdən yürəgim dolu piyalə.

Sona kimi göz yaşında qərqab,

Səyyarə kimi du çeşmi bixab.

El lalə təki piyalə nuşan,

Susən kimi mən zi ləb xəmuşan.

Göglərdə sədayi-əbr ünüm tək,

Aləm gözümə qara, günüm tək.

Bağlarda nəsim ənbərəfşan,

Sünbül təki mən könül pərişan.

Gər dağda, əgər çəməndə idim,

Heç bilməz idim ki, xandə idim.

İşim gecə-gündüz ahü zari,

Dutmazdı dəli könül qərari.

Nə fikri-yemək, nə xab dər çəşm,

Xabim yerin aldı ab dər çeşm.

Nə ab gözümdə, bəlkə xunbar,

Qan doldu yaşımla kuhü gülzar.

Bülbülni fəğanım eylədi lal,

Boynumda səlasil oldu əğlal.

Uzun gecələr səhər görünməz,

Zülmətdə mana qəmər görünməz.

Bu yola, ilahi, yoxmu payan?

Bu dərdə, ilahi, yoxmu dərman?

Biçarəvü zarü natəvanəm,

Mən taqəti-ğəm nəmitəvanəm.

Yar zülfi təki günüm qarardı,

Yar ağzı kimi yerim darardı.

Qanlar yuduram yüzündən ayru,

Bimar tənəm gözündən ayru.

Bilmən necədir kəminə halım,

Artır dinü gün ğəmü məlalım.

Səbrin səbəbini pişə qıldım

Kim, mən bu xəyalı nişə qıldım?

Qıldım könülə hezar nifrin,

Kim, şad ikən etdi bizni ğəmgin.

 

 



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-30 ] [ 31-31 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info