Qonaq Kitabı
DƏHNAMƏ

Şeir berəsmi-şekayət əz del

(Ürəkdən şikayət yolu ilə şeir.)

 

Ey eşqə özin fəda qılan dil,

Əz səbr məni cüda qılan dil,

 

Üşşaqı cəhanda xürrəm ikən

Pür möhnətü pür bəla qılan dil.

 

Məhbubi-xücəstə zülfi çinin

Bəndinə düşüb xəta qılan dil.

 

Dilşadləri könül gözündən

Ğəm kuyinə aşina qılan dil.

 

Xoş xatir ikən fərağət əhli

Dərdü ğəmə mübtəla qılan dil.

 

Yüz dürlü bəlayi-eşqə hər dəm

Könlün verübən riza qılan dil.

 

Hər busəsinə gözəl nigarın

Can ilə cəhan bəha qılan dil.

 

Sidqi-dil ilən yolunda yarın

Öz ölməginə dua qılan dil.

 

Məşuqədən alsa qərz busə,

Canü sər ilən əda qılan dil.

 

Bir zərrə təki günəş yolunda

Yüz min həvəsü həva qılan dil.

 

Yarın diləyib bəqayi-ömrin,

Öz varlığını fəna qılan dil.

 

Yüz hökm ilə şah ikən Xətayi,

Yar eşiginə gəda qılan dil.

 

 

Dər vəsfi-hali-xod quyəb

(Öz vəziyyəti barədə deyir.)

 

Bu növ ilə iş kim, oldu bəd hal,

Hər ruz mana keçirdi bir sal.

Naləm gecələr olurdu yahu,

İncəldi tənim misali-yek mu.

Həm yox mana bir rəfiqü həmdəm

Kim, eyləyə bu yaramə məhrəm.

Həm səbrü qərarə taqətim yox,

Həm dəxi kişilə ülfətim yox.

Yüz dutdum ilah həzrətinə,

Ol cümləyə şah həzrətinə.

 

 

Dər təzərröi-həzrəti-həqq.

(Tanrıya yalvarış.)

 

Dedim ki, əya kərimi-biçun,

Qoyma məni sən bu halə məğbun.

Bu eşqə məni düçar qıldın,

İşimni fəğanü zar qıldın.

Bu mur gəzərdi binəva tək,

Eşq ağzına saldın əjdəha tək.

Lütf eylə məni-fəqirə bari,

Öldürmə ğəm içrə zar-zari.

Odu buraxan bu canə sənsən,

Məqsudi verən cəhanə sənsən.

Məqsudə yetir məni-fəqiri,

Sənsən qamunun çü dəstgiri.

Ya hicri mana vüsal qılgil,

Ya həsrəti bu könüldən algil,

Bu növ ilə kim, niyaz qıldım,

İxlas ilə kəşfi-raz qıldım,

Hatifdən eşitdi guşim avaz

Key sidqilə eşq evində sərbaz,

Ol könül alan gözəl pəridir,

Gülzari-cinan anın yeridir.

Oldur oturur filan çəməndə,

Çün sərvi-çəmən, çü ğönçə xəndə.

Cövlandadurur qamu pərilər,

Gün tələtü mah peykərilər.

Dur, şimdi anın saru səfər qıl,

Fərxəndə cəmalına nəzər qıl.

Çün görə gözün rüxi- dilaram,

Ol vəchlə duta könlün aram

Kim, ayrulığ atəşi-səqərdir,

“Əlqürb” civari-mötəbərdir.

Göz görməsə, dil gətürməz aram

Kim, gözə verür məhəbbət ilham.

Şayəd səni hər görəndə ol yar

Könlündə mürüvvət edə izhar.

Canın məgər anda bula rahət,

Didarə baxıb edə qənaət.

Bu sözə hezar şükr qıldım,

Varmağa yolumni fikr qıldım.

Yarəb, mana sən o yari vergil,

Əğyardən ayru yari vergil.

 

 

Rəftəne-aşeq besuye-məşuq

(Aşiqin məşuqəyə tərəf getməsi.)

 

Ol gülşəni soruban yeridim,

Yarəb, nə ola işim der idim.

Hər dəm yürəgim qılırdı tıp-tıp,

Canım zi həvəs edirdi gup-gup.

Özümni yetirdim anda naçar,

Ol bağə ki, bəzm edirdi dildar.

Bir şəkl göründü, bir şəmail,

Huşum bilə əqlim oldu zail.

Gün kimi cəmalı tab salmış,

Zülfi yüzinə niqab salmış.

Yüz hurü pəri, hezar qılman

Qulluqda durur mütii-fərman.

Sərv anın içün əyağə durmuş,

Xublar qamu solu sağə durmuş.

Gül yüzi qızarmış infialdan,

Bənövşə yerə baxır məlaldan.

Nərgislər önündə cam dutmuş,



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-30 ] [ 31-31 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info