Qonaq Kitabı
DƏHNAMƏ

Allahü Məhəmmədü Əlidir.

 

Olmağ diləsin işin mülayim,

Olgil Əlinin işinə qayim,

Kim, əhli-həqin dilində dayim

Allahü Məhəmmədü Əlidir.

 

Ol sirri-vilayətüb kəramət,

Sahibhünərü düri-vilayət,

Həqqi sevənə qılan himayət

Allahü Məhəmmədü Əlidir.

 

Gər dilər isən olasan adəm,

Xəlq içrə sözün ola mükərrəm,

Yad et ki, duayi-ismi-əzəm:

Allahü Məhəmmədü Əlidir.

 

Övqati-cəmadü virdi-heyvan,

Bər ruyi-zəminü çərxi-eyvan,

Təsbihi-mələk, duayi-insan

Allahü Məhəmmədü Əlidir.

 

Səhradə zəbani-hər giyahi,

Dəryadə həmişə zikri-mahi,

Hacət diləyəndə, ya ilahi,

Allahü Məhəmmədü Əlidir.

 

 

Murü məgəsü tüyurü zənbur,

Hüşyarü divanə, məstü məxmur,

Hər şamü səhər dilində məzkur

Allahü Məhəmmədü Əlidir.

 

Əsrari-məqami-qabi-qövseyn,

Gözlərdə rəvaqi-qürrətül-eyn,

Dillər diləgi, muradi-kövneyn

Allahü Məhəmmədü Əlidir.

 

Hər şey ki, yaratdı dər du aləm,

Adəm dəmidin be dövri-xatəm

Zikrində həmin səbahü əxşəm

Allahi Məhəmmədü Əlidir.

 

İqbali-üməm, kəmali-taət,

Ənvari-hüda, çiraği-dövlət,

Miftahi-kəlid, babi-cənnət

Allahü Məhəmmədü Əlidir.

 

Yazıldı vəlilər adı üstə,

Həm zülfiqarın poladı üstə,

Cəbrili-əmin qanadı üstə

Allahü Məhəmmədü Əlidir.

 

Mömində nihadi-əsli-iman,

Həm dəfi-bəlayi-şərri-şeytan,

Həqdən səbəbi-nüzuli-fürqan

Allahü Məhəmmədü Əlidir.

 

Qalxani-qəza-zəmani-möhlət,

Tiği-kərəmü kəmani-nüsrət,

Ümmidi-cəhan, şəfii-ümmət

Allahü Məhəmmədü Əlidir.

 

Həm mötəkifin könüldə fikri,

Həm sufilərin dilində şükri,

Həm qazilərin qəzadə zikri

Allahü Məhəmmədü Əlidir.

 

Möminlərə yarü ğəmgüsari,

Üsyan qışının gözəl bəhari,

Ərşin dirəgi, yerin qərari

Allahü Məhəmmədü Əlidir.

 

Başlarda hümayi-taci-dövlət,

Mərvanə bəla, Yəzidə lənət,

Həm qazilərin qolunda qüvvət

Allahü Məhəmmədü Əlidir.

 

Fəxrü şərəfü nüfusi-əyyam,

Zikrü həvəsi-xəvasü əvam,

Nəqşi-ələmi-dəvazdəh imam

Allahü Məhəmmədü Əlidir.

 

Mətlubi-ibadətü şəriət,

Məzmuni-iradətü təriqət,

Məqsudi-həqaiqü həqiqət

Allahü Məhəmmədü Əlidir.

 

Musayə mədəd qılan əsanı,

Həm Xızra həyati-cavidanı,

İsa dəmi, Nuh kəştibanı

Allahü Məhəmmədü Əlidir.

 

Yəqubi ğəm ilən ağladan zar,

Yusifə verən cəmali-rüxsar,

Həm odu qılan Xəlilə gülzar

Allahü Məhəmmədü Əlidir.

 

Qəmxari-əmanü hövli-məhşər,

Əllər dutuban siratə rəhbər,

Mizanda ağır, behiştə yavər

Allahü Məhəmmədü Əlidir.

 

Şəh qullarının ümidgahı,

Dünya bilə üqba padşahı,

Biçarə Xətayinin pənahı

Allahü Məhəmmədü Əlidir.

 

 

Fi zikri-əsmai-əimme

 

Övsafi-əimmeyi-məfaxir,

Ümmət olarunla boldu faxir.

Ol nur ki, adı Mustafadır,

Kövneyn ümidi Murtuzadır.

Bəs nuri-həsən livayi-ədyan

Kani-kərəmü dili-rizadır.

Fəxri-şühəda Hüseyni-məqtul,

Məzbuhü şəhidi-Kərbəladır.

Bəs zini-zəmanə Abidin şah



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-30 ] [ 31-31 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info