Qonaq Kitabı
DƏHNAMƏ

Kim məndən ana yetürə peyğam.

Aydır ki, mənəm ol, ey xoş avaz,

Ölmüşlər içün Məsihi-dəmsaz.

Mən dəxi nigarə bağbanəm,

Aşiqlərə yarü mehribanəm.

Mən demişidim, sana ki, gəlsin,

Məşuqə nə der, sözünü bilsin.

Oldur oturur otağ içində,

Sən bir dəm otur bu bağ içində.

Mən varayım ol nigar qatına,

Ol dilbəri-gülüzar qatına.

Könlün görəyim neçükdür anın,

Sözün deməgə o natəvanın.

Oturdu Səbavü ol yeridi,

Söz deməgə fürsət istər idi.

Qulluğa irişdi, durdu bir dəm,

Könlüni aradı, gördü xürrəm.

Xəndan çəmən içrə tazə gül tək,

Boynu sürahi, dodağı mül tək.

Aydır ki, deyim sözü, məhəldir,

Könlü fərəhü dəmi gözəldir.

Qorxar yürəgivü gah edər dəf,

Der ərzə edim, yenə qılur rəf.

Bir qatla özünə eylədi fərz,

Bəs qıldı nigarə sözləri ərz.

Aydır ki, əya dəm afitabi,

Bir söz desəm, eyləmə itabi.

Bir qasidi-xəstə hali gördüm,

Yox gəlməgə heç məcali gördüm.

Gəlməz yavuğa, həzər qılur ol,

Dərgah saru nəzər qılur ol.

Vardım yanına, dedim nə kəssən?

Kim əhli-səfər, zəbun fərəssən.

Var yazılı əldə bir kitabi,

“Əteyni” dedimü bilxitabi.

Qıldım aluban nəzər be məktub,

Gördüm yazılu kəlam be məhbub.

Yaş ilən anın donu nəm olmuş,

Qan ilən anın yüzü dəm olmuş.

Çəkmişdi bəsi rəhi-bəid ol,

Çıxmış zi zəbani-müstəid ol.

Nəzm ilə sözü behəm müqabil,

Göftari cəmii-yerdə qabil.

Yazılmış, əya əmiri-xuban,

Dərd ilə ölürmən, eylə dərman.

Oldu ğəm ilən belim xəmidə,

Rəhm eylə mana, e nuri-didə.

Ol dəm ki, mən ol cəmali gördüm,

Özümdən özümni xali gördüm.

Biəqlü kəlamü huş boldum,

Yüz dərdü bəlayə tuş boldum.

Ol dəm ki, mən ol pəriyə baxdım,

Canü dilimi ocağə yaxdım.

Ol dəm ki, yüzünü gördüm anın,

Qalmadı dəxi qərarı canın.

Rəna bəzənib çü bağə düşdü,

Dil eşq ilə dərdü dağə düşdü.

Nomidi buluban əz dilü can

Məcnun təki kuhlərdə üryan.

Yox dəxi cəhanda ğəmgüsarım,

Səhradə keyiklər oldu yarım.

Çox oldu könüldə fikri-fasid,

Qıldım bu yola Səbanı qasid.

Öz halımı ərzü faş qıldım,

Yaşımla bitikni yaş qıldım.

Bu vəch ilə halım etdim elam,

Şəhlərdən olur gədayə ənam.

Gögdən yer üzə yağar yağışlar,

Qullar günəh etsə, şah bağışlar.

 

Soxən şənidəne-məşuq və etab kərdəne-bağban və səbara

(Məşuqənin sözü eşidib bağbanı və Səbanı danlaması.)

 

Eşitdi bu sözü çün pəriru,

Aydır: – Nə söz idi söylədin bu?

Sən bilməmisən nə vəhşiyəm mən,

Bihudə sözə nə yəxşiyəm mən.

Sən bilməmisən ki, mən nə nazəm,

Söz əhliyəmü nə əhli-sazəm.

Sən bilməmisən gözüm nə gözlər,

Könlüm dilər eşidim nə sözlər.

Sən bilməmisən ki, mən nə şahəm,

Hüri həşəmü mələk süpahəm.

Sən bilməmisən ki, mən nə şuxəm,

Kirpigi, qaşı yay ilə oxəm,

Ol bilməz isədə sən bilürsən,

Bu həsrəti bəs nədən qılursan?

Vargil degil ol rəsulə gəlsün,

Ol sözləri naqəbulə gəlsün.

Kimdir görəyim gəlür buradən,

Vaqif olayım bu macəradən.

Bir xoş qulağını burayım mən,

Yüzinə tapançə urayım mən.

Ta görə əzabi-guşmali,

Başdan çıxara çürük xəyali.

Öz naməsi tək qılam siyəhru,

Ta getməyə hərzə yerə hər su.

Qayıtdı çü bağbani-miskin,

Yardan naümid, könül ğəmgin.

Çün bu xəbəri Səbayə verdi,

Ol miskini yüz bəlayə verdi.

Aydır: dedi ol nigari-bədxu,

Hey, hef, nə dedin, nə sözdürür bu?

Mən xandanü ol gəday xandan?

Gün zərrə məqami ay xandan?

Gəlsün dedi ol özü burayə,

Şayəd ki, sözün ana yarayə.

Hala yeri, var özün qatinə,

Ərz eylə pəyami xidmətinə.

Şayəd ki, oxuya namən ol yar,

Bir vədeyi-vəslə qıla iqrar.

Kim, namədə xoş kəlam vardır,

Söz yaxşılığı tamam vardır.

Bir müstəidin şüarıdır ol,

Rəhm edüb apara könlünə yol.

Allaha Səba qılıb təvəkkül,

Yeridi rəvani bitəəllül.

Görsətdi səlamü izzü ikram,

İstərdi kəlamın edə elam.

Öpdü ədəb ilə asitani,



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-30 ] [ 31-31 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info