Qonaq Kitabı
DƏHNAMƏ

 

Bir zərrə təki vücudə düşsə,

Məşhur çü afitab edən eşq.

 

Dünyadə hər əhli-xanümani

Biməskənü xürdü xab edən eşq.

 

Zöhd əhli sual edəndə hər dəm

Min höccətə bir cəvab edən eşq.

 

 

Məşuqə saruya baxsa aşiq,

Bəxti-siyəhin niqab edən eşq.

 

Bir dəmdə Xətayi xəstə halə

Səd naz ilə min itab edən eşq.

 

 

Didənə-bağban aşeqra və azad kərdən

(Bağbanın aşiqi görməsi və azad etməsi)

 

Bu vəhşət ilən ki, baxar idim,

Vəhşətdə könülni yaxar idim.

Nomid bolub könül pərişan,

Giryanü nizarü sinə büryan.

Nagah yoluxdu bağbani,

Bağ saxlamağa qomişdi ani.

Pünhani yerildi, gəldi qarşu,

Aydır: – Sorayım, nə kişidir bu.

Kim, munda əqilli kimsə gəlməz,

Bu dəli məgər özüni bilməz.

Xişm etdi, itab ilən yeridi.

Həddin tanigil mana der idi.

Çün yetdi mana, salam qıldım,

Öz dərdi-dilim təmam qıldım.

Nə baxdı səlamə, nə kəlamə,

Nə alqışıma, nə xod duamə,

Bir yumruğ urub qəfamə möhkəm,

Başumə dəxi yetirdi üç bəm.

Usum yeridi, bulandı beynim,

Öz yolunu görməz oldu eynim.

Der: – Kimsən, əya xəsisi-bədru?

Gör kim, gəlicək yerinmidir bu?

Kim burada muş olur qəzənfər,

Tülküyə dönər hünərvər əjdər.

Bu yerdə nəmir olur çü xərguş

Gögdən uçamaz qanad çalıb quş.

Divanəmisən, və yaxud əhməq,

Get, yoxsa yeyərsən əlli toxməq.

Casusmisən ki, yoxsa oğru,

Ya əgrimisən və yoxsa doğru?

Bildir mana kim, nə pişəsən sən?

Əlqissə, buradə nişəsən sən?

Ya yolmi azub burayə düşdün?

Bir dəm bizim ilə xub dürüşdün.

Çox qılma mənimlə höqqəbazi,

Min müşt sana urarmən azi.

Bir ursam, on ol qədər sürəyim,

Fəryad edəsən ki, mən durayım.

Bir bəndədürür bu yerdə şəhlər,

Bir zərrədürür buradə mehlər.

Əflakə qaxar ki, sərnigunsan,

Pa yerə dögər ki, gunə-gunsan.

Kövneyn munun qatında bir çub,

Xublar qamusu yanında məyub.

Oldur bu ki, kəfşi payə qoymaz,

Həmrah özinə sayə qoymaz.

Bu yerdə muradü halətin nə?

Nerdənsənü əsli-millətin nə?

Gər munda səni duyarsa ol mah,

İşlər qıla sana, allah, allah!

Ancaq nə səni sürür, məni həm,

Hərgiz gəzəmi bu yerdə adəm?

Munda nə muradü məqsudun var?

Gəlməz bu arada hiç dəyyar.

Baği-pəridir bu bağın adı,

Qoymaz bu yerə firiştə zadı.

Sözün var isə, yeri var özün,

Nə qala yüzün bütün, nə gözün.

Yüzün qanadına yetə qaşın,

Qarışa burun suyilə yaşın.

Çeşmin genənə misali-qazğan,

Sarxa dodağın besani-ənban.

Bilinməyə önün, ardü yanın,

Əngində zühur ola dəhanın.

Canın sağ ikən yeri buradən,

Söyləmə dəxi bu macəradən.

Baxdım ki, munun qırımı özgə,

Mənimlə alum-verimi özgə.

Varmağ həvəsini tərk qıldum,

Qurtulmağa şimdi razı boldum.

Düşdüm yüzüm əyağına sürdüm,

Könlüm xəbərini cümlə verdüm.

Dedim ki, mən ol pəri nigarə

Heyranəmü bağı parə-parə.

Bir gün gözümə göründü nagah,

Canü dilimi apardı həmrah.

Səbr ilə qərarım aldı, getdi,

Nə səbr ki, varım aldı, getdi.

İşim gecə-gündüz ah boldu,

Eşqimə cəhan güvah boldu.

Qalmadı qərarü xurdü xabım,

Qan oldu axub gözümdən abım.

Həq dərgəhinə niyaz qıldım,

İxlas ilə kəşfi-raz qıldım.

Hatifdən eşitdi guşim avaz:

- Bu razi-dilin ki, qıldın ağaz,

Həzrətdə qəbul düşdü hali,

Dildən götür ol ğəmü məlali.

Verən sana bu fəğanü ahi

Ol gülşən içində bəzmgahi.

Baği-pəri derlər ol məkanə,

Bənzər dərəcati asimanə.

Dur, imdi anın məkanına var,

Durmagil iraxda, yanına var.

Gər görməginə düşə məcalın,

Gəşf eyləgil anda ərzi-halın.

Mundax dura-düşə yola düşdüm,

Gəh açuğa, gahi kola düşdüm.

Yetdigim ol idi sizni buldum,



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-30 ] [ 31-31 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info