Qonaq Kitabı
DIŞ OĞUZUN İÇ OĞUZA YAĞI OLMASI

Qız-gəlinim ağlatdılar,

Gör başıma nələr gəlmiş,

Dayım Uruz gəlsin demiş!

Uruz aydır:

– Üç Ox, Boz Ox yığnaq olsa,

Qazan evin yağmalatsa,

Hamı birdən yağmalardıq.

Günahımız nə olmuş ki,

Yağmada biz çağrılmadıq?

Qoy Qazana bəla gəlsin,

Aruz ona qarşı dursun,

Biz Qazanın düşməniyiz

Bunu daxı bəlli bilsin!

 

Qılbaş burada söyləmiş,

Eşidəlim nə söyləmiş:

– Mərə, Qavat! Salur Qazan

Qalxıbanı çıxa gəldi,

Ala dağda çadır tikdi, otaq saldı,

Üç yüz altmış altı ərən dövrəsinə

Yığnaq oldu, yemək-içmək

Arasında səni andı.

Üstümüzə heç bir yağı

Gəlməmişdi. Mən də sənin

Dost, ya düşman olduğun,

Sınayı, gəldim xan Qazana.

Sənin düşman olduğunu

Yaxşı bildim.Qalxdı Qılbaş

Xoş qal! – Deyə, yola düşdü.

Aruz qayət acıqlandı,

Dış Oğuzun bəylərinə adam saldı:

Əmən gəlsin, Alp Rüstəm,

Dönəbilməz, Dülək Əvrən,

Qalan bəylər bütün gəlsin.

Dış Oğuz bəyləri gəlib yığnaq oldu,

Aruz bargah tikdirdi,

Atdan ayğır, qoyundan qoç,

Dəvədən buğra qırdırdı.

Dış Oğuz bəylərin toyladı

Sonra dedi:

– Bəylər, sizi çağırmaqdan

Məqsədimi bilirsizmi?

Söylədilər: – Yox, bilmirik.

Uruz aydır: Qazan Qılbaşı

Göndərmiş və demişdir:

– Elim-günüm çapıldı, 

Qara başım büküldü, 

Dayım Aruz mənə gəlsin.

Mən Qılbaşa belə dedim:

– Qazan haçan öz evini

Yağmalatmaq istəsəydi,

Dış Oğuz bəylərin də

Çağırardı, bəylər gəlib

Qazan xanı salamlayıb qayıdardı.

Əmən aydır:

– Sən daha nə cavab verdin?

Aruz aydır: – Mərə, Qavat,

biz Qazanla düşmanıq – dedim.

Əmən aydır:

– Lap iyicə demişsən, sən. 

Aruz aydır:

– Mərə, bəylər, siz nə deyərsiz?

Bəylər aydır:

– Biz də onunla düşmanıq.

Aruz durub ortalığa

Müshif[6] gətdi. Hamı bəylər

Əl basıban and içdilər:

– Bizlər sənin dostunla dost,

Düşmanın ilə düşmanıq.

Aruz cümlə ərənləri

Xələtlədi, sonra aydır:

– Mərə, bəylər, Beyrək bizdən 

Qız almışdır, köygümüzdür, 

Lakin işdə Qazan xanın

İnağıdır. Gəlsin bizi

Qazan ilə barışdırsın.

Çağıralım, gətirəlim.

Bizə müti olursa xoş,

Olmaz isə mən saqqalından

Tutaram sizlər isə

Qılınc çəkib paralayın.

Beyrəgi aradan götürək,

Ondan sonra Qazan ilə

İşlərimiz xeyir ola.

Beyrəgə kağaz yazdılar.

Bamsı Beyrək odasında

İgitlərlə yeyib-içib

Oturarkən Aruz bəydən

Adam gəldi, səlam verdi.

Beyrək isə əleyk aldı.

Qasid aydır: – Xan Beyrək,

Aruz sizi səlamlayıb

Söyləmişdir, kərəm edib

Varıb gəlsin, bəlkə bizi

Qazan ilə barışdırsın.

Beyrək isə qəbul edib

Atlanıban qırx igitlə

Aruz bəyin obasına 

Varıb gəldi, Aruz bütün

Dış Oğuzun bəyləri ilə

Oturarkən varıd olub

Səlam verdi.

Aruz aydır:

– Bilirsənmi, niyə çağırmışıq?

Beyrək aydır:

– Söylə, niyə çağırdınız?

Aruz aydır:

– Bu oturan bəylər bütün

Qazan xana asi olub,

And içmişik, indi müshif

Gətirərik sən də and iç!

Beyrək isə: – Mən heç zaman

Xan Qazana asi olmam!

– Deyə, müshifə and içib,

Dönər söylər:

– Mən, Qazanın ətməgini

Çox yemişəm, bilməz olsam,

Gözlərimi tutar olsun!

Qaraqoçda qazılıq atın

Çox minmişəm, bilməz olsam,



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-17 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info