Qonaq Kitabı
BAYBURANIN OĞLU BAMSI BEYRƏK

Dəli bəyin əli-qolu

Sap-sağ oldu. Dönüb aydır:

– Qız qardaşımın yolunda

Nə istəsəm verərsənmi?

Dədə aydır: – Verərəm əlbət, 

Söylə görüm nə istərsən?

Dəli aydır:

– Min boğra gətirərsiz ki,

Mayaya çatmamış ola,

Min də ayğır gətirərsiz

Qısrağa aşmamış ola.

Min daxı qoç gətirərsiz,

Qoyuna minməmiş ola.

Min daxı da quyruğu

Qulağı yox, köpək gərək,

Min dana da birə gərək.

Bu dedigim nəsnələri 

Gətirsəniz, xoş gəlibsiz.

Gətirməsiz, bu qatla öldürmədimsə, 

Onda səni öldürəyim!

Qorqud Dədə Bayburanın

Odasına dönüb gəldi.

Bəybura bəy aydır: – Dədə,

Oğlanmısan, ya qızmısan?

Dədə söylədi: – Oğlanam!

– Onda söylə, Dəli Qoçar əlindən sən

Necə can qurtara bildin?

Haqq Tanrının inayəti,

Ərənlərin himməti oldu.

Vardım qızı aldım, – dedi.

Beyrəgə və anasına,

yeddicə qız qardaşına 

Muştuluqçu göndərdilər.

Sevindilər, şad oldular.

Baybura bəy yenə sordu:

– Söylə görək, Dəli Qoçar 

Nə istədi? Dədə aydır:

– Yarımasın, yarçımasın,

Dəli Qoçar elə bir mal 

İstədi ki, heç bitməsin!

Baybura bəy: – Hələ söylə,

Nə istədi? Dədə aydır:

– Min dana ayğır istəmiş

Qısrağa aşmamış ola.

Min daxı buğra istəmiş,

Kim maya görməmiş ola.

Min dana qoç istəmiş, 

Kim qoyun görməmiş ola.

Min də quyruqsuz-qulaqsız

İt istəmiş,

Min dana da qara-qara 

Birə istəmiş.

Bu nəsənələri gətirsən,

Qız qardaşımı verərəm,

Gətirməzsən daha burada görünmə, 

Yoxsa səni öldürərəm.

Baybura bəy yenə aydır:

– Dədə, üçün mən taparsam

İkisini sən taparsan?

Dədə aydır: – Bəli, bəyim

Mən ikisini taparam.

Baybura bəy: – İndi Dədə,

Köpəklərlə birələri sən tap, – Dedi.

Özü isə töylə-töylə atlarından 

Min dana ayğır ayırdı.

Dəvələrə varıb gəldi,

Min daxı dəvə ayırdı.

Qoyunlara varıb gəlib

Min daxı qoyun ayırdı.

Dədə Qorqud min quyruqsuz-qulaqsız 

İt, min dana da birə tapdı.

Bunları alıb birlikdə

Dəli Qoçara gətirdi.

Dəli Qoçar xəbər tapıb

Qarşı gəldi və söylədi:

– Baxaq görək, dediklərimi gətirdin?

Ayğırları görcək bəyəndi,

Dəvələri gördü bəyəndi,

Qoçlara baxdı bəyəndi,

Köpəklərə gözü düşcək

Qas-qas güldü.

Birələri görməyincə, – Dedi:

– Dədə, hanı mənim birələrim?

Dədə aydır: – Oğul Qoçar,

O bir yavuz canavardır

Bircə yerdə ilişib durur,

Gəl gedəlim səmizin al,

Arığın qoy. Sonra da

Alıb dəlini bit-birəli yerə gətdi,

Dəli bəyi soyundurub birəlikə

İtələdi. Birəciklər

Dəli bəyə daraşdılar.

Gördü əlindən iş gəlməz,

Haray çəkdi: – Aman, Dədə,

Kərəm eylə, Tanrı-taala eşqi üçün

Qapını aç, məni çıxart.

Dədə aydır: – Oğul Qoçar,

Niyə qarqış söyləyirsən?

İsmarladığın nəsnədir,

Nə oldu belə büküldün,

Səmizin al, arığın qoy!

Qoçar aydır: – Dədə, mədəd!

Sultan Tanrı özü bunun

Səmizin də, arığın da

Yox eyləsin! Fəqət məni

Qapını aç burdan çıxart.

Baxdı gördü dəli bəyin

Birələr canına geçmiş,

Başı-götü görünməzdir,

Üzü-gözü bilinməzdir.

Dədəyə iltimas etdi: – Dədə, məni

Tanrı-taala eşqi üçün,

Bu bəladan qurtar, – dedi.

Dədə aydır: – Oğul, Qoçar,

Qaç özünü suya yetir.

Dəli qaçdı suya girdi,

Birələri su apardı.

Qoçar gəldi qeyimin geydi,

Ağır toy yarağın gördü.

Oğuzların zamanında



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-17 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info