Qonaq Kitabı
BAYBURANIN OĞLU BAMSI BEYRƏK

Bu gəz boğaz qısırğaya

Mindigim yox, qaravaşa vardığım yox,

Evinizin ardı dərəcik, deyilmi?

İtinizin adı Pəraq, deyilmi?

Sənin adın qırx oynaşlı boğazca Fatma, deyilmi?

Daxı eybini açaram, bəlli bilgil,

Səninlə mənim oyunum yox,

Var yerinə oturgil!

Ərə varan qız gərəkdir

Yerdən dura, qopuz çalam

Qol salıban oynaya.

Belə decək boğazca Fatma 

Belə aydır: – Buy, bu dəli

Boğma çıxaracaq qədər

Eybimizin üstün açdı.

Özün dur qız, oynayırsan

Oynagilən, oynamazsan

Cəhənnəmdə oynagilən.

Beyrəkdən sonra biz sənin

Belə olduğunu bilirdik.

Burla Xatın burada demiş:

Qız, qalx oyna, əldən nə gəlir?

Banıçiçək qırmızı

Xəftanın geydi,

Əllərini yengisində gizlədərək

Oyuna girdi: Mərə, ozan,

Çal qopuzunu, söylədi.

Beyrək aydır: – Mən bu yerdən

Gedəli dəli olmuş,

Ağca-ağca qarlar yağmış,

Dizə çatmış, xan qızının

Obasında, qul-qaravaş

Tükənmiş, küzə almış

Suya varmış, biləgindən

On barmağın soyuq almış,

Qızıl altun gətirin,

Xan qızına dırnaq yonun!

Eybəcər xan qızına

Ərə getmək eyb olur.

Bunu eşitcək Banıçiçək

Qaqıdı: – Dəli ozan,

Mərə, mən eybliyəm,

Mənə eyb qoşarsanmı?

Gümüş kimi ağ biləgin

Çıxardaraq əlin açdı,

Beyrəgin barmağına keçirdigi 

Altun üzük göründü.

Beyrək üzügü tanıdı.

Dönüb burada söyləmiş,

Görək, xanım, nə söyləmiş:

– Beyrək gedəli gündən sən

Bam-bam təpə başlarına 

Çıxdınmı qız?

Qamarlanıb dörd yanına

Baxdınmı qız?

Qarğı kimi qara saçın

Yoldunmu qız?

Qara gözdən acı yaşı

Tökdünmü qız?

Alma kimi al yanağın

Dırnaqlayıb yırtdınmı qız?

Qız, sən ki, ərə varırsan,

Qızıl üzük mənimkidir,

Çıxarıban qaytar mənə!

Burada qız belə aydır:

– Beyrək gedəli Bam-bam təpə

Başlarına çıxdığım çox,

Qamarlanıb dörd yanıma

Baxdığım çox,

Qarğı kimi qara saçım

Yolduğum çox,

Alma kimi al yanağım

Yırtdığım çox,

Hər gələndən, hər gedəndən

Xəbərləşib sorduğum çox,

Vardı gəlməz bəy igidim,

Xan igidim Beyrəgim,

Acı yaşı qara gözdən

Tökdüyüm çox.

Sevişdigim Bamsı Beyrək

Sən deyilsən, altun üzük

Sənin deyil, bu üzükdə 

Çox nişan var,

Altun üzügü istər isən 

Nişanəsin söylə, ozan.

Beyrək aydır: – Alan sabah

Xan qızı mən yerimdən

Durmadımmı?

Boz ayğırın belinə mən

Minmədimmi?

Sənin evin üzərinə 

Sığın keyik 

Yığmadımmı?

Sən məni öz yanına

Çağırmadınmı?

Səninlə meydanda 

At çapmadıqmı?

Mənim atım sənin atını

Keçmədimi?

Ox atanda mənim oxum 

Sənin oxun yarmadımı?

Güləşəndə qız mən səni

Basmarlayıb yıxmadımmı?

Üç öpüb, bir dişləyib

Altun üzük barmağına

Taxmadımmı?

Sevişdigin Bamsı Beyrək

Degiləmmi?

Böylə decək qız tanıdı,

Bildi kim Beyrək özüdür.

Cübbəsilə, çuxasıyla 

Beyrəgin ayağın öpdü.

Dayələrə hökm qıldı, Beyrəgə

Xəftan-cəbbə geydirdilər

Qız özü də sıçrayıb

Ata mindi, Beyrəgin atasına, anasına 

Muştuluğa çapar getdi. Belə dedi:

– İrğab-irğab qara dağın 

Yıxılmışdı, ucaldı axı!

Qanlı-qanlı gur suların



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-17 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info