Qonaq Kitabı
BAYBURANIN OĞLU BAMSI BEYRƏK

Banıçiçək olmuş ola?!

Beyrək aydır:

– Ağsaqqallı əziz babam, 

Mənim istədigim odur.

Baba aydır: – O qızın bir 

Dəli Qoçar adlı, dəli

Qardaşı var, kimsə ondan

Qız istəsə, tutar boğar.

Beyrək aydır:

 – Elə də bəs nə etməli?

Baybura bəy belə aydır:

– Canım oğul, Qalın Oğuz 

Bəylərini evimizə çağıralım.

Hər nə onlar səlah bilsə,

Ona görə iş edəlim.

 

Qalın Oğuz bəylərini

Oxudular evlərinə,

Gətirdilər qoyanlayıb,

Ağırlayıb danışdılar.

Bəylər hamı ayıtdılar:

– Biz bu qızı istəməgə, 

Kimi gərək elçi salaq?

Belə səlah gördülər ki, 

Dədə Qorqud varıb getsin.

Qorqud dədə belə aydır:

– Hey ərənlər, çünkü məni

Göndərirsiz, bilirsiniz ki, 

Dəli Qoçar qız qardaşın

İstəyəni tutub boğar. 

Barı gedin Bayındır xan

Töyləsindən iki yügrək

At ayırın, biri keçi başlı keçər,

Biri toxlu başlı duru.

İşdi, birdən qaçmaq olsa,

Qovmaq olsa, birin minim

Birisini yedək çəkim.

Dədə Qorqudun diləgi

Məqbul gəldi. Varıb-gedib

Bayındır xan töyləsindən

İstədigi iki atı

Gətirdilər. Qorqud Dədə

Birin mindi, birini də

Yedəklədi. Dostlar, sizi

Ulu haqqa ismarladım.

Məgər dostlar, Dəli Qoçar

Ağban evin, ağ otağın,

Qara yerin üzərinə

Qurdurmuşdu, yar yoldaşı

Dövrəsində oturmuşdu.

Qorqud Dədə ötəridən bəri gəldi,

Baş endirdi, bağır basdı, 

Ağız dildən salam verdi.

Dəli Qoçar qaba ağzın

Köpüklədib belə dedi:

– Əleykum salam, ey əməli azmış,

Feli dönmüş, qadir Allah

Ağ alnına qada yazmış!

Ayaqlılar bu yerlərə

Gəldigi yox, ağızlılar

Bu suyumdan içdigi yox,

Səni hardan qada tutdu?

Əməlinmi azdı sənin?

Əcəlinmi gəldi sənin?

Buralarda nə gəzirsən?

 

Qorqud Ata belə aydır:

– Qarşı yatan Qara dağın

Aşmaq üçün gəlmişəm,

Axıntılı gur suların

Keçmək üçün gəlmişəm.

Haqq-taala buyuruğu,

Peyğəmbərin qovlu ilə

Aydan arı, gündən duru

Qız qardaşın Banıçiçəgi

Bamsı Beyrəgə

Diləməyə gəlmişəm.

Qorqud Dədə belə decək,

Dəli Qoçar dedi:

– Mərə, nə dedigimi yetirin,

Qara ayğırı yarağı ilə gətirin.  

Qara ayğırı yarağı ilə gətirdilər, 

Dəlicəni mindirdilər.

Qorqud Dədə 

Köstü, üzdü, durmadı qaçdı.

Dəli Qoçar dalısınca

At saldı. Toxlu başlı

Duru ayğır yoruldu, dildən düşdü,

Qorqud Ata keçi başlı 

Keçər ata sıçradı .

Dəli Qoçar zavallını

Qova-qova on yelək yer

Aşırıban yaxaladı.

Dədə özün itirərək

Ulu Tanrıya sığındı.

İsmi-əzəm oxuyuban,

Durdu baxdı. Dəli Qoçar

Əl qılınca həmlə qıldı.

İstədi ki, daldan çala,

Qorqud aydır: 

– Çalar olsan, qollarını

Haqq qurutsun!

Haqq-taalanın

Əmri ilə dəli bəyin

Əli-qolu quruyuban

Asılı qaldı.

Dədə Qorqud zəmanənin 

“Vəli”si idi, dilədigi

Qəbul oldu. Dəli Qoçar aydır:

– Dədə, aman, haqq Tanrının

Birliginə yoxdur güman!

Kərəm eylə, sən əlimi sağlat gilən,

Mən Tanrımın buyruğu, 

Peyğəmbərin qovlu ilən,

Qız qardaşımı Beyrəgə

Verər ollam. Üç yol təkrar

Ağzı ilə iqrar edib

Günahından tövbə qıldı.

Qorqud Dədə dua edib,

Ulu haqqın əmri ilən



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-17 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info