Qonaq Kitabı
BAYBURANIN OĞLU BAMSI BEYRƏK

Banıçiçək xidmətinə

Apardılar. Baxdı gördü

Sultansevdi sığın-səmiz

Keyikdir bu.

Banıçiçək burda söylər:

– Mərə, qızlar, bu igid necə igitdir?

 

Qızlar aydır:

– Vallah, xanım bu qoç igid

Üzünə niqab salmış,

Yaxşı igid, bəy oğlu bəy

Bir igitdir.

– Hey, dayələr, babam mənə

Qızım səni niqabüzlü bir Beyrəgə 

Verəcəgəm, söyləyərdi.

Olmaya bu özü ola.

Mərə, qaçın xəbərləşin!

Deyə, – xanım hökm eylədi.

Çağırdılar. Beyrək gəldi,

Baniçiçək yaşmaqlandı

Xəbər sordu:

– Bəy, gəlişin hayandandır?

Beyrək aydır:

– İç Oğuzdan.

– İç Oğuzda kimlərdənsən?

– Baybura bəy oğlu Bamsı Beyrək 

Adlı dedikləri mənəm! – Dedi.

Qız soruşur:

– Ya!

Nə üçün gəldin igid?

Beyrək aydır:

– Ulu bəyim, Baybicanın

Bir qızı var, onu görmək üçün gəldim.

Qız söyləyir:

– O elə bir adam degil,

Özün sənə nişan verə.

Və lakin mən bəy qızının

Dayəsiyəm, gəl mən ilən

Ova çıxaq, əgər sənin

Atın, mənim ayğırımı

Keçər isə, onun atın

Daxı keçər. Həm sən ilən

Ox atarıq, məni keçsən,

Onu daxı, keçəcəksən.

Sonra sənlən güləşərik,

Məni bassan, onu daxı basacaqsan.

Beyrək aydır:

– Xoş, gəl, indi atlanayın.

Hər ikisi atlandılar,

Meydan açıb at təpdilər,

Beyrəgin atı, qızın

Atın keçdi. Ox atdılar

Beyrək, qızın oxun yardı.

Qız söyləyir:

– Mərə, igid mən atlanıb

At salarkən, ayğırımı

Keçən at yox. Mən yay çəkib

Ox atarkən, atdığımı

Yaran ox yox. Gəl sən ilən

Gürəş tutaq. Beyrək haman

Atdan yendi, qavraşdılar

Cüt pəhləvan, aslan kimi,

Bir-birinə sarmaşdılar.

Beyrək alıb qızı, yerə

Vurmaq istər, qız, Beyrəgi

Alıb yerə vurmağ istər.

Beyrək öz-özünə aydır:

Bu qız məni basar olsa,

Qalın Oğuz ellərində

Bu başıma qaxınc olar.

Həm özümə toxunc olar.

Beyrəgə qeyrət gəldi,

Qıvrayıban bağdamasın

Aldı qızın əmcəgindən

Yapışınca qız qucundu.

Sonra qızın incə belin

Qoltuqladı badaq atdı

Arxasını yerə vurdu.

Qız söyləyir:

– Mərə, igid, Baybican qızı 

Baniçiçək mən özüməm!

Beyrək üç öpdü, bir dişlədi.

– Xan qızı, toyun mübarək!

 – Deyə, üzüyünü barmağından çıxarıb 

Xan qızının barmağına keçirtdi.

Ortamızda bu nişan olsun, – dedi.

Qız aydır: – A bəy oğlu,

Çün belə oldu, indi irəli

Durmaq gərək. Beyrək aydır:

– Nola xanım, başım üstə.

Beləliklə, Beyrək qızdan

Ayrılıban evlərinə

Varıb gəldi. Ağsaqqallı

Bəy babası qarşı çıxdı.

Baba aydır: – Canım oğul,

Söylə görək Oğuz içrə

Dan-danışıq nələr gördün?

– Nə görəyim? Oğlu olan 

Evləndirmiş, qızı olan 

Köçürmüşdür.

Babası aydır: – Bəs sən

Evlənmək istərsən?

– Bəli, bəs nə, əziz baba,

Məni evləndirmək gərək.

Baba aydır: – Oğuzlarda

Kimin qızın istəyirsən

Alım sənə. Oğlan aydır:

– Baba, mənə bir qız al ki,

Mən yerimdən durmamış

Yerdən dura, mən atıma

Minməmiş o ata minə,

Mən qırıma varmamış

O mənim üçün baş gətirə,

Mənə belənçi qız gərək!

Xan babası Baybura bəy

Yenə aydır: – Oğul sən

Qız diləməzsən, özünə 

Hamaş istərsən.

Olmaya sən istədigin

Baybicanın aslan qızı



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-17 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info