Qonaq Kitabı
BAYBURANIN OĞLU BAMSI BEYRƏK

Baş kəsmədən, qan tökmədən

Sayıban ad qoymazdılar.

Bayburanın oğlu bir gün

Atlanıban ova varıb,

Quş-quşlarkən babasının

İlxısına gəlib vardı.

Əmiraxur qarşı gəlib

Hörmətlə qonaqladı,

Yeyib-içib oturdular.

 

Bu tərəfdən bəzirganlar

Gəlib çatıb Qara Dərbənd

Ağızında qonmuşdular.

Yarımasın yarçımasın

O, qalanın kafərləri

Gələnləri casusladı.

Bəzirganlar yatar ikən,

Qafilcədən beş yüz kafər

Basqın edib qafiləni

Taladılar. Tacirlərin

Ulusunu dustaq edib.

Kiçiyi can qurtarıb

Oğuzlara gəlib çatdı.

Baxıb gördü Oğuzların

Ucunda bir ala seyvan

Tikdirmiş bir imirzə.

İgid oğlan, qırx igidi

Sağ-solunda oturmuşlar:

– Oğuzun bir igididir, 

Yürüyəyin, ondan mədəd 

Diləyəlim, deyə, tacir

Gəlib aydır:

– İgid, igid, ünüm ünlə,

Sözüm dinlə. On altı il

Bundan əzəl, oğuzlardan

Getmiş idik, dan-danışıq

Kafər malın Qalın Oğuz

Bəylərinə gətirirdik.

Parasarın Qara Dərbənd

Ağızına düşmüş idik.

O, qaladan beş yüz kafər

Üstümüzə basqın edib

Qardaşımı düstaq etdi,

Malımızı rizqimizi

Yağlamayıb qayıtdılar.

Qara başım götürübən

Sənə gəldim qara başın

Sədəqəsi, aman igid,

Mədəd mənə!

 

İgid oğlan al şərabı

İçər ikən içməz oldu.

Əlindəki qızıl camı

Yerə çaldı belə aydır:

– Dedigimi yetirin,

Geyimimlə mənim şahbaz

Atımı gətirin!

Məni sevən igid minsin!

Bəzirgan da onlar üçün

Bələdçi olub at saldılar.

Kafər isə bir məhəldə

Oturaq edib, altun-ağça

Bölüşərkən, ərənlərin

Meydandarı, meydandarın

Boz aslanı, pəhləvanlar

Pəhləvanı igid oğlan,

Çapar yetdi. Bir söyləməz,

İki deməz, kafərlərə

Qılınc qoydu, baş qaldıran

Kafərlərin boynun vurdu,

Tacirlərin malın aldı.

Bəzirganlar gəlib aydır:

– Bəy igid, sən bizə böyük

Ərlik etdin,var gəl indi

Bəyəndigin malı götür.

Boz oğlanın gözü ancaq

Dəniz atı dölü olan

Boz ayğırı, ağca tozlu

Qatı yayı, altı pərli

Gürzü tutdu:

– Bəzirganlar!

Mərə, mən bu

Ayğır ilən gürzü, bir də

Qatı yayı xoşlayıram.

Bunu decək bəzirganlar

Səxt oldular.

İgid aydı:

– Bəzirganlar, mərə, məgər

Çox istədim?

Bəzirganlar ayıtdılar:

Yox, çox deyil, ancaq bizim

Bəyimizin bir oğlu var,

Bu üçünü onun üçün

Aparmağımız gərəkdir.

Oğlan aydır:

– Bəyinizin oğlu kimdir?

– Bayburanın Bamsı adlı 

Oğlu vardır.

Bu igidin Bayburanın

Oğlu özü olduğunu bilmədilər.

Oğlan barmağın isırdı:

– Burada mən minnət ilən

Almağımdan, bəy babamdan

Minnətsizcə almaq iyidir.

Dönüb atın qamçılayıb

Yola düşdü. Bəzirganlar

Dalısınca baxar qaldı.

– Vallah, əcəb yaxşı igit,

Mürüvvətli igid imiş,

Söylədilər.

İgid oğlan babasının

Ordusuna gəldi çıxdı.

“Bəzirganlar gəldi”, – dedi.

Baybura bəy sevinibən

Çadır otaq, ala seyvan

Tikdirdi, ipək xalça

Döşətdirdi, oturuban

Oğlunu da sağ yanında

Əgləşdirdi. İgid oğlan

Bəzirganlar xüsusunda



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-17 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info